Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Qərbi Kaspi Universitetində dini maarifləndirmə tədbiri keçirilib

09 İyun 2018, 10:42 (GMT +4)

Bakı, 9 iyun, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, eləcə də təhsil müəssisəsinin müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Universitetin rektoru Andris Leitas bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Rektor gənclərin dini radikalizmin təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirərək qeyd edib ki, dinimizin dini radikalizm və məzhəbçilik kimi hallara alət olunması yolverilməzdir. Vurğulanıb ki, ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayır. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.

Ölkəmizdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan sədr müavini bildirib ki, yeni nəsil gənclərin məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “ideologiyaların”, tendensiyaların təsirindən qorunması əsas prioritet istiqamətlərdən birini təşkil edir.

“Şəhadət” sənədli filminin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışan sədr müavini gənclərin diqqətli olmalarının, müəyyən dini bilgilərə yiyələnmələrinin, eyni zamanda, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov isə dini radikalizmə qarşı mübarizə tədbirləri barədə fikirlərini bölüşüb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Kaspi” Təhsil Şirkəti birillik fəaliyyətinə dair hesabat verib

“Kaspi nəşrləri” seriyasından iki yeni kitab təqdim olunub

Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək olub

Bakcell və Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

“Kaspi - maarifçilik meydanı” kitabındakı materiallar “Kaspi” qəzetində yer almış mövzulardır - Sona Vəliyeva

Artkaspi.az saytının və “Kaspi - maarifçilik meydanı” kitabının təqdimatı olub (FOTOLAR)

MŞ “Kaspi” qəzetinə 135 illik yubileyi münasibətilə təbrik məktubu göndərib

Üç əsrin qəzeti olan "Kaspi" 135 illiyini qeyd edir

"Kaspi" qəzetinin saytına erməni xakerlər tərəfindən hücum olub

Kaspi.az saytının ingilisdilli versiyası fəaliyyətə başlayıb

Lənkəranda “Kaspi” Təhsil Mərkəzinin filialı açılıb

Azərbaycanlı sərbəst güləşçilər Kaspiysk şəhərində keçiriləcək Əli Əliyevin xatirə turnirində iştirak edəcəklər

22 Fevral 2019, 18:22 (GMT +4)
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

22 Fevral 2019, 18:00 (GMT +4)
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub

22 Fevral 2019, 17:55 (GMT +4)
Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşüb

22 Fevral 2019, 17:50 (GMT +4)
Bakının bir neçə rayonunda yollar yenidən qurulacaq

22 Fevral 2019, 17:45 (GMT +4)
Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

22 Fevral 2019, 17:36 (GMT +4)
Türkiyədə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

22 Fevral 2019, 17:29 (GMT +4)
Azercell 13 minə yaxın insanın tibbi yardım almasına kömək edib

22 Fevral 2019, 17:13 (GMT +4)
Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

22 Fevral 2019, 17:12 (GMT +4)
Fələstinlilər işğal edilən ərazilərə doğru izdihamlı dönüş yürüşlərinə başlayıblar

22 Fevral 2019, 16:59 (GMT +4)
Prezident İlham Əliyev Bruney-Darüssalamın dövlət başçısına məktub göndərib

22 Fevral 2019, 16:50 (GMT +4)
Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

22 Fevral 2019, 16:46 (GMT +4)
Abşeronda “KOB Dostu” fəaliyyətə başlayıb

22 Fevral 2019, 16:41 (GMT +4)
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

22 Fevral 2019, 16:40 (GMT +4)
Ərdoğan hərbi-tibb sahəsində Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

22 Fevral 2019, 16:36 (GMT +4)
Mingəçevirin innovativ layihələri müəyyənləşib

22 Fevral 2019, 16:31 (GMT +4)
Əməliyyat-axtarış fəaliyyətinin əsasları kitabı çapdan çıxıb

22 Fevral 2019, 16:24 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

22 Fevral 2019, 16:16 (GMT +4)
Pakistan XİN rəhbəri Zahidan terroruna münasibət bildirib

22 Fevral 2019, 16:02 (GMT +4)
Rusiya XİN: ABŞ Venesuelaya yaxın əraziyə xüsusi təyinatlılar və texnika cəmləşdirir 

22 Fevral 2019, 15:55 (GMT +4)
Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq

22 Fevral 2019, 15:44 (GMT +4)
Ekvadorda güclü zəlzələ baş verib

22 Fevral 2019, 15:35 (GMT +4)
Gömrük Akademiyası yeni binaya köçəcək

22 Fevral 2019, 15:30 (GMT +4)
ETSN: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

22 Fevral 2019, 15:26 (GMT +4)
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib

22 Fevral 2019, 15:15 (GMT +4)
İtalyan dilini öyrənənlər üçün Azərbaycan dilində ilk dərslik nəşr edilib

22 Fevral 2019, 15:14 (GMT +4)
Fələstinlilər ilk dəfə olaraq Qüdsdə Rəhmət məscidinə daxil ola biliblər (VİDEO)

22 Fevral 2019, 15:10 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Suriyadan qoşunların çıxarılmasına dair mövqeyini maraqla izləyir

22 Fevral 2019, 15:08 (GMT +4)
Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır

22 Fevral 2019, 14:55 (GMT +4)
DGK yeni yoxlama aparatları quraşdıracaq

22 Fevral 2019, 14:44 (GMT +4)
BDU-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə görüş keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66