Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

KOICA və BMqT arasında qrant razılaşması imzalanıb

13 İyun 2018, 11:47 (GMT +4)

Bakı, 13 iyun, SalamNews. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı" adlı layihəyə start verilməsi üçün Qrant Razılaşması imzalanıb.

KOICA-nın Azərbaycandakı nümayəndəliyindən SalamNews-a bildiriblər ki, layihənin əsas məqsədi məcburi köçkünlərin məskunlaşdığı icmalarda həyat şəraitinin və su təminatının yaxşılaşdırılmasından ibarətdir. KOICA layihəni maliyyələşdirən donor təşkilatı, məcburi köçkünlərin sıx məşkunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy, Göygöl şəhərlərində kəhrizlərin bərpasına 4.2 milyon ABŞ dolları ayırıb. IOM layihəni icra edən təşkilat, bu sahədə olan təcrübəsinə dayanaraq 8000-ə yaxın məcburi köçkün ailəsinin məskunlaşdığı ərazilərdə 4 il ərzində kəhrizlərin və suvarma kanallarının bərpasını icra edəcək. Layihə çərçivəsində, həmçinin biznes fəaliyyətinin təşviqi və potensialın gücləndirilməsi də nəzərdə tutulur.

İmzalanma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev əvvəlcə məcburi köçkünlərin məskunlaşdığı ərazidə belə bir layihənin icrasına təşəbbüs göstərdiyi üçün KOICA və BMqT-a minnətdarlığını bildirib və vurğulayıb ki, kəhrizlər əhalini içməli su ilə təmin etməklə yanaşı regionda torpaqların suvarılmasında da istifadə edilir.

KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru xanım Park Kumok, öz növbəsində, suyun insan ehtiyacları, kənd təsərrüfatı, sənaye və ətraf mühit üçün vacib olduğunu deyib. O, Azərbaycanın milli strategiyası və Koreyanın inkişaf təcrübəsi nəzərə alınmaqla su idarəçiliyi sahəsinin Koreya və Azərbaycan hökumətləri arasında prioritet sahələrdən biri kimi qəbul edildiyini qeyd edib. Ölkə üzrə direktor bildirib ki, KOICA hər bir ölkədə layihəyə başlamazdan əvvəl ilkin olaraq ən çox əhalinin ehtiyacı olduğu sahələri müəyyənləşdirir və yalnız bundan sonra həmin ölkələrdə layihələrin icrasına başlayır. Park Kumok, həmçinin qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin KOICA üçün hər zaman önəmli və prioritet olduğunu nəzərə çatdırıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin birinci katibi Şəfa Qasımova Qarabağa dair tarixi yenidən xatırladaraq qeyd edib ki, 1988-ci ildən Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində zəbt edilib və nəticədə azərbaycanlılar öz torpaqlarından didərgin düşüblər. Ş.Qasımova bildirib ki, ötən illər ərzində qaçqınlarla bağlı problemlərin aradan qaldırılması üçün bir sıra dövlət proqramlarının yerinə yetirilməsinə və hazırda bu sahədə işlərin davam etdirilməsinə baxmayaraq, qaçqın və məcburi köçkünlərlə bağlı problemlər hələ də qalmaqdadır və bu sahədə Azərbaycan beynəlxalq qurumların və donor təşkilatlarının yardımına ehtiyac duyur. O, bir daha KOICA agentliyinə Azərbaycanda məcburi köçkünlərlə bağlı belə bir layihənin həyata keçirilməsinə dəstək olduğu üçün dərin minnətdarlığını izhar edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak məhsuldar torpaqların çox olduğu Azərbaycan ərazisində qədim zamanlardan kənd təsərrüfatı mədəniyyətinin yüksək inkişaf etdiyini, bu torpaqların suvarılmasında kəhrizlərə önəm verildiyini vurğulayıb. O, KOICA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək bu layihə nəticəsində məcburi köçkün düşərgəsində məskunlaşan 28 mindən çox əhalinin layihədən yararlanacağını diqqətə çatdırıb, bu layihənin KOICA ilə birgə həyata keçirilən artıq ikinci layihə olduğunu və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinə ümid bəslədiyini bildirib.

Tədbirin sonunda KOICA, BMqT və Azərbaycan hökumət nümayəndələri ilə birlikdə xatirə şəkli çəkilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Agentliyi və KOICA nümayəndələri arasında görüş keçirilib

Dövlət Aqrar Ticarət Şirkəti KOICA ilə protokol imzalayıb

KOICA Bilik Mübadiləsi Seminarı təşkil edib

KOICA və NDU arasında anlaşma memorandumu imzalanıb

KOICA Azərbaycan XİN-in əməkdaşları üçün təlim keçirəcək

KOICA Azərbaycan nümayəndəliyinə yeni direktor təyin edilib

KOICA azərbaycanlı məzunlar Assosiasiyasının illik seminarı keçirilib (FOTO)

Bakıda KOICA və KOAZ-ın illik seminarı keçirilib

KOICA və KOAZ Türkan qəsəbəsində ağac əkmə mərasimi təşkil edib

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

19 Fevral 2020, 15:30 (GMT +4)
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

19 Fevral 2020, 15:13 (GMT +4)
İranda iki nəfərin koronavirusa yoluxması ilə bağlı testlər müsbət çıxıb

19 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ-dan olan nümayəndələr Bakı Limanına səfər ediblər

19 Fevral 2020, 14:56 (GMT +4)
Lavrov Rusiyanın Türkiyə ilə danışıqlarda İdliblə bağlı nəticə əldə edilmədiyini təsdiqləyib

19 Fevral 2020, 14:48 (GMT +4)
Hələb sakinləri ordunun uğurlu əməliyyatına görə şənlik mərasimi keçiriblər (VİDEO)

19 Fevral 2020, 14:46 (GMT +4)
Ötən il Azərbaycanda qaz istehlakı artıb

19 Fevral 2020, 14:33 (GMT +4)
Kreml Türkiyənin İdlibdə əməliyyat keçirmə ehtimalını şərh edib

19 Fevral 2020, 14:28 (GMT +4)
"Azərbaycan Dəmir Yolları"nın rəsmiləri Avropada görüşlər keçirib

19 Fevral 2020, 14:11 (GMT +4)
AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19 Fevral 2020, 13:58 (GMT +4)
Ərdoğan: İdlibdəki əməliyyat istənilən vaxt başlaya bilər

19 Fevral 2020, 13:47 (GMT +4)
Bakıda uşaqlara siqaret satanlar cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66