Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Nazir Əbülfəs Qarayev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

14 İyun 2018, 14:43 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Azərbaycana səfəri çərçivəsində iyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşdü. Qeyd olundu ki, ölkələrimiz arasında dostluq əlaqələri ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin möhkəm dostluq telləri üzərində daha da möhkəmlənib. İki ölkə rəhbərinin xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına göstərdiyi səylər, tarixi səfərlər, qarşılıqlı əlaqələrdəki isti münasibətlər bu gün də qorunur və yüksələn xətt üzrə inkişaf edir.

Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən söz açdı. Ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdıran nazir vurğuladı ki, bu tarixi, milli bağlılıq səbəbindən iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə birgə rəylə çıxış edir. Azərbaycanın Qazaxıstanla hərtərəfli əməkdaşlığı mövcuddur və bu əlaqələr daha da genişlənir.

Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olmasının əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin çox yaxın dostluğunun dayandığını vurğuladı. Diqqətə çatdırdı ki, iki ölkə arasındakı bu dostluq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyanda ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Əbülfəs Qarayev həmçinin TÜRKSOY-un layihələrində ölkələrimizin fəal iştirakını da yüksək qiymətləndirdi. Qeyd etdi ki, “İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı - 2010” mədəniyyət ili çərçivəsində I Beynəlxalq İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü ilə hazırlanmış “Koroğlu” operasının nümayişində və ümumilik də bu layihədə Azərbaycan və Qazaxıstan da yaxından iştirak edib. Bu tamaşa Bakı, Bişkek, Almatı və Ankara şəhərlərində də böyük uğurla nümayiş olunub.

Nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirdi.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşdü.

Görüşdə Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, habelə kino və teatr sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib

Əbülfəs Qarayev Xızıda vətəndaşlarla görüşəcək

Nazir Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət ictimaiyyətini təbrik edib

Nazir Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb

Əbülfəs Qarayev Nyu-Yorkda keçirilən Forumda iştirak edir

Əbülfəs Qarayev: 50 qısametrajlı bədii, 200-dən çox sənədli film çəkilib

Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

Əbülfəs Qarayev Mərakeşə səfər edib 

Əbülfəs Qarayev mədəniyyət təhsili müəssisələrinin müəllimlərini təbrik edib

Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşüb

Əbülfəs Qarayev İndoneziyanın mədəniyyət və təhsil nazirinin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Nazir Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin kollektivini təbrik edib

Əbülfəs Qarayev Perunun Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır

Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad naziri ilə görüşdü

Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Fransanın səfiri ilə görüşüb

Əbulfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev İndoneziya xarici işlər nazirinin müavini ilə görüşüb

22 Fevral 2019, 18:22 (GMT +4)
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

22 Fevral 2019, 18:00 (GMT +4)
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub

22 Fevral 2019, 17:55 (GMT +4)
Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşüb

22 Fevral 2019, 17:50 (GMT +4)
Bakının bir neçə rayonunda yollar yenidən qurulacaq

22 Fevral 2019, 17:45 (GMT +4)
Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

22 Fevral 2019, 17:36 (GMT +4)
Türkiyədə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

22 Fevral 2019, 17:29 (GMT +4)
Azercell 13 minə yaxın insanın tibbi yardım almasına kömək edib

22 Fevral 2019, 17:13 (GMT +4)
Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

22 Fevral 2019, 17:12 (GMT +4)
Fələstinlilər işğal edilən ərazilərə doğru izdihamlı dönüş yürüşlərinə başlayıblar

22 Fevral 2019, 16:59 (GMT +4)
Prezident İlham Əliyev Bruney-Darüssalamın dövlət başçısına məktub göndərib

22 Fevral 2019, 16:50 (GMT +4)
Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

22 Fevral 2019, 16:46 (GMT +4)
Abşeronda “KOB Dostu” fəaliyyətə başlayıb

22 Fevral 2019, 16:41 (GMT +4)
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

22 Fevral 2019, 16:40 (GMT +4)
Ərdoğan hərbi-tibb sahəsində Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

22 Fevral 2019, 16:36 (GMT +4)
Mingəçevirin innovativ layihələri müəyyənləşib

22 Fevral 2019, 16:31 (GMT +4)
Əməliyyat-axtarış fəaliyyətinin əsasları kitabı çapdan çıxıb

22 Fevral 2019, 16:24 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

22 Fevral 2019, 16:16 (GMT +4)
Pakistan XİN rəhbəri Zahidan terroruna münasibət bildirib

22 Fevral 2019, 16:02 (GMT +4)
Rusiya XİN: ABŞ Venesuelaya yaxın əraziyə xüsusi təyinatlılar və texnika cəmləşdirir 

22 Fevral 2019, 15:55 (GMT +4)
Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq

22 Fevral 2019, 15:44 (GMT +4)
Ekvadorda güclü zəlzələ baş verib

22 Fevral 2019, 15:35 (GMT +4)
Gömrük Akademiyası yeni binaya köçəcək

22 Fevral 2019, 15:30 (GMT +4)
ETSN: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

22 Fevral 2019, 15:26 (GMT +4)
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib

22 Fevral 2019, 15:15 (GMT +4)
İtalyan dilini öyrənənlər üçün Azərbaycan dilində ilk dərslik nəşr edilib

22 Fevral 2019, 15:14 (GMT +4)
Fələstinlilər ilk dəfə olaraq Qüdsdə Rəhmət məscidinə daxil ola biliblər (VİDEO)

22 Fevral 2019, 15:10 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Suriyadan qoşunların çıxarılmasına dair mövqeyini maraqla izləyir

22 Fevral 2019, 15:08 (GMT +4)
Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır

22 Fevral 2019, 14:55 (GMT +4)
DGK yeni yoxlama aparatları quraşdıracaq

22 Fevral 2019, 14:44 (GMT +4)
BDU-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə görüş keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66