Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM IX sinif buraxılış imtahanlarında inşalara verilən qiymətləri açıqlayıb

14 İyun 2018, 17:36 (GMT +4)

Bakı, 14 iyun, SalamNewsDövlət İmtahan Mərkəzi ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdlərinin yazdığı inşaların (esselərin) yoxlanılması prosesini başa çatdırıb. 

Mərkəzdən SalamNews-a verilən məlumata görə, şagirdlər DİM-in internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, inşa vərəqələrinin qrafik təsviri ilə və qiymətləndirmə meyarı ilə tanış ola bilərlər.

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında iştirak edən 108332 şagirddən 28933 nəfər inşa (esse) yazıb.

İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. İnşanın (essenin) qiyməti ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar. 8079 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib.

İnşaların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 25, 27, 28 iyun 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 20-22 iyun tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Apelyasiya Komissiyasına müraciət etmək üçün şagirdlər Dövlət İmtahan Mərkəzinin aşağıdakı ünvanlarda yaradılmış qeydiyyat mərkəzlərinə yaxınlaşa bilərlər:

• DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası)

• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100).


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Fevral 2019, 18:22 (GMT +4)
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

22 Fevral 2019, 18:00 (GMT +4)
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub

22 Fevral 2019, 17:55 (GMT +4)
Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşüb

22 Fevral 2019, 17:50 (GMT +4)
Bakının bir neçə rayonunda yollar yenidən qurulacaq

22 Fevral 2019, 17:45 (GMT +4)
Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

22 Fevral 2019, 17:36 (GMT +4)
Türkiyədə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

22 Fevral 2019, 17:29 (GMT +4)
Azercell 13 minə yaxın insanın tibbi yardım almasına kömək edib

22 Fevral 2019, 17:13 (GMT +4)
Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

22 Fevral 2019, 17:12 (GMT +4)
Fələstinlilər işğal edilən ərazilərə doğru izdihamlı dönüş yürüşlərinə başlayıblar

22 Fevral 2019, 16:59 (GMT +4)
Prezident İlham Əliyev Bruney-Darüssalamın dövlət başçısına məktub göndərib

22 Fevral 2019, 16:50 (GMT +4)
Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

22 Fevral 2019, 16:46 (GMT +4)
Abşeronda “KOB Dostu” fəaliyyətə başlayıb

22 Fevral 2019, 16:41 (GMT +4)
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

22 Fevral 2019, 16:40 (GMT +4)
Ərdoğan hərbi-tibb sahəsində Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

22 Fevral 2019, 16:36 (GMT +4)
Mingəçevirin innovativ layihələri müəyyənləşib

22 Fevral 2019, 16:31 (GMT +4)
Əməliyyat-axtarış fəaliyyətinin əsasları kitabı çapdan çıxıb

22 Fevral 2019, 16:24 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

22 Fevral 2019, 16:16 (GMT +4)
Pakistan XİN rəhbəri Zahidan terroruna münasibət bildirib

22 Fevral 2019, 16:02 (GMT +4)
Rusiya XİN: ABŞ Venesuelaya yaxın əraziyə xüsusi təyinatlılar və texnika cəmləşdirir 

22 Fevral 2019, 15:55 (GMT +4)
Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq

22 Fevral 2019, 15:44 (GMT +4)
Ekvadorda güclü zəlzələ baş verib

22 Fevral 2019, 15:35 (GMT +4)
Gömrük Akademiyası yeni binaya köçəcək

22 Fevral 2019, 15:30 (GMT +4)
ETSN: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

22 Fevral 2019, 15:26 (GMT +4)
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib

22 Fevral 2019, 15:15 (GMT +4)
İtalyan dilini öyrənənlər üçün Azərbaycan dilində ilk dərslik nəşr edilib

22 Fevral 2019, 15:14 (GMT +4)
Fələstinlilər ilk dəfə olaraq Qüdsdə Rəhmət məscidinə daxil ola biliblər (VİDEO)

22 Fevral 2019, 15:10 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Suriyadan qoşunların çıxarılmasına dair mövqeyini maraqla izləyir

22 Fevral 2019, 15:08 (GMT +4)
Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır

22 Fevral 2019, 14:55 (GMT +4)
DGK yeni yoxlama aparatları quraşdıracaq

22 Fevral 2019, 14:44 (GMT +4)
BDU-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə görüş keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66