Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək15 İyun 2018, 11:03 (GMT +4) Bakı, 15 iyun, SalamNews. Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri adi rejimdə işləyəcək.
DİN-in mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.
|