Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Azərxalça” yeni fabrik və emalatxanaların tikintisini davam etdirir

22 İyun 2018, 16:54 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkəmizin bölgələrində xalça emalatxanalarının yaradılması işini davam etdirir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, qurum 2019-cu ildə daha 10 xalça emalatxanası yaradaraq filiallarının sayını 30-a çatdıracaq.

“Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərov SalamNews-a açıqlamasında bildirib ki, hazırda 10 bölgədə xalça emalatxanası binalarının tikintisi davam etdirilir, gələn il yaradılması planlaşdırılan xalça emalatxanalarının inşası istiqamətində hazırlıq işlərinə başlanılıb: “2016-2017-ci illərdə 10 rayonda xalça emalatxanaları fəaliyyətə başlayıb. Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça emalatxanası binalarının tikintisi aparılır”.

T.Səfərovun sözlərinə görə, vahid layihə əsasında inşa olunan xalça emalatxanası binalarının sahəsi 1255 kvadratmetrdir. Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binalar toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarət olacaq. Emalatxanalarda müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunulacaq.

Xalçaçılığın inkişafına kompleks şəkildə yanaşıldığını bildirən “Azərxalça”nın mətbuat katibi onu da vurğulayıb ki, zəruri xammal bazasının yaradılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkında Yun-Əyirici Boyaq Fabriki tikilir. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıq quraşdırılacaq. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq.

Fabrikdə, həmçinin boyama prosesi həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin tikintisi sürətlə aparılır. İnşaatçılar yuxarı səviyyənin və köməkçi qurğuların qəlib-armaturlanma işlərini başa çatdırıblar.

Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa edilir. Tədarük məntəqələri binalarında metal konstruksiya işləri yekunlaşdırılıb.

Bütün obyektlərdə əməyin mühafizəsi və tikinti təhlükəsizliyi qaydalarına ciddi əməl olunur. İnşaatçılar üçün lazımi iş və istirahət şəraiti yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

“Azərxalça” ASC-nin Qobustan filialının açılışı olub

“Azərxalça” 2018-ci ili uğurla başa vurur

“Azərxalça” ASC-nin Ağdam filialının açılışı olub

“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb

“Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib

“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb

“Azərxalça” daha bir qədim xalçanı aşkara çıxarıb

Prezident “Azərxalça” ASC-nin Quba filialının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib (FOTO)

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar

“Azərxalça”nın Şəmkir filialı martın sonunda fəaliyyətə başlayacaq (FOTO)

"Halı" jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək

“Azərxalça” ASC-nin səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Füzulidə “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub (FOTO)

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılır

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66