Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ETSN və “Azərkosmos” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

23 İyun 2018, 12:07 (GMT +4)

Bakı, 23 iyun, SalamNews.  “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Cəmiyyətdən SalamNews-a verilən məlumata görə, görüş çərçivəsində nümayəndə heyətinə “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos” ASC-nin ekologiya sahəsində yerinə yetirdiyi layihələr barədə geniş məlumat verilib. Bundan əlavə, “Azersky” peykinin təsvirləri vasitəsilə icrası davam edən üç mühüm layihə – “Meşə fonduna daxil olan torpaqlarda meşələrin mövcud vəziyyətinin monitorinqi”, “Azərbaycan Respublikası göllərinin kadastrının hazırlanması” layihələri, eləcə də “Torpaqların şoranlaşma səviyyəsinin qiymətləndirilməsi və şoranlaşma dərəcəsinin müəyyən edilməsi” üzrə pilot layihənin ilkin nəticələri qonaqlara təqdim edilib.

Görüşdə həmçinin “Azərkosmos” ASC-nin dəvəti ilə Azərbaycana səfər etmiş Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) nümayəndələri Yer səthinin məsafədən müşahidəsi sahəsində təcrübələrini və həyata keçirilmiş layihələrini təqdim edib, eləcə də birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşün sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərkosmos” ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərkosmos” ASC arasında ekologiya və təbii sərvətlərin monitorinqi məqsədilə müasir və yüksək texnologiyalardan geniş istifadəyə, ətraf mühitin kosmosdan tədqiq edilməsinə və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına dair razılıq əldə olunub.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: “Zeytunluq” adlanan ərazidə ağacların kəsilməsi faktı yoxdur, park və istirahət mərkəzi salınır

ETSN Bakıda ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edib

ETSN bir neçə istirahət mərkəzinin bağlanması ilə bağlı məhkəməyə müraciət edib

ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib

ETSN-də Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib

ETSN-də İTOCHU Koorporasiyasının icraçı direktoru ilə görüş olub

ETSN və YAP arasında birgə fəaliyyət planının təqdimatı olub (FOTOLAR)

ETSN-də BMT rəsmisi ilə görüş keçirilib

ETSN-də Hindistanın İxrac Təşkilatları Federasiyasının nümayəndələri ilə görüş keçirilib

ETSN-də Oğuzda canavarın insanlara hücum faktı ilə bağlı İşçi Qrup yaradılıb

ETSN-də Azərbaycan-Yaponiya əlaqələri müzakirə edilib

ETSN: Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır

ETSN vətəndaşlara müraciət edib

ETSN ovlanmasına icazə verilən və verilməyən heyvanların adlarını açıqlayıb

ETSN: Məqsəd ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir

ETSN dövlət qurumları və jurnalistlər arasında bilik yarışı təşkil edib (FOTO,VİDEO)

ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş olub

ETSN: Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək

ETSN-də Serbiyanın nümayəndə heyəti ilə görüş olub

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12