Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Silahlı Qüvvələr Günü münasibəti ilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib

27 İyun 2018, 10:41 (GMT +4)

Bakı, 27 iyun, SalamNews. Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib.

SalamNews-un xəbərinə görə, mərasim açıq elan edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov nitq ilə çıxış edib.

Qonaqları salamlayan Müdafiə naziri bildirib: “Bildiyiniz kimi, bu gün xalqımız Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümünü qeyd edir.Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycan Ordusu 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir. 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi “Azərbaycan Ordusu” günü kimi elan edilmişdir.O tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçmişdir. 1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunmuşdur. O cümlədən, 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük nailiyyətlər əldə etmişdir.1991-ci ildə, xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılmış və Ordu quruculuğu sahəsində mühüm addımlar atılmışdır.Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qısa müddət ərzində Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.Hörmətli mərasim iştirakçıları!Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir.Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, Respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək.Hörmətli tədbir iştirakçıları!Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir çox dövlətlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını ildən-ilə inkişaf etdirir.Bu gün dövlətimizin qarşısında ciddi təhlükəsizlik məsələlərinin olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verməkdədir.Hörmətli tədbir iştirakçıları!Çıxışımın sonunda, dəvətimizi qəbul edib, belə bir tarixi gündə sevincimizə şərik olduğunuz üçün Sizlərə dərin minnətdarlığımı bildirir, bütün dost və qardaş ölkələrə sülh və əmin-amanlıq arzulayıram.Diqqətinizə görə təşəkkür edirəm!”

Sonra bayram münasibətilə Hərbi Paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmələri haqqında müdafiə nazirinin əmri oxunub.

Tədbir xalq mahnıları, Azərbaycan və xarici bəstəkarların əsərlərinin ifa olunduğu geniş bayram konserti ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Silahlı Qüvvələr Günü münasibətilə hakimlərlə vəkillər arasında şahmat yarışı keçirilib

Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı hazırlanıb

Türkiyə MN Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib

Azərbaycan Prezidenti Silahlı Qüvvələr günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Silahlı Qüvvələr Günü münasibətilə xalqı təbrik edib

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

“AtaBank” Silahlı Qüvvələr Günü münasibətilə xüsusi kampaniya keçirir

“Bakcell” Silahlı Qüvvələr Gününə həsr edilmiş yarış keçirib (FOTOLAR)

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr Günü qeyd olunub

Ramazan bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə "ASAN xidmət" 3 gün işləməyəcək

Silahlı Qüvvələr Günü ilə bağlı "N” saylı hərbi hissədə tədbir keçirilib

Vyanada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

07 İyul 2020, 18:00 (GMT +4)
Azərbaycanın bölgələrində yayılan koronavirusla bağlı statistika açıqlanıb

07 İyul 2020, 17:52 (GMT +4)
Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

07 İyul 2020, 17:51 (GMT +4)
Çində məktəb avtobusunun su anbarına düşməsi nəticəsində 21 nəfər ölüb

07 İyul 2020, 17:48 (GMT +4)
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

07 İyul 2020, 17:40 (GMT +4)
Kürdəmirdə bir nəfər Kür çayında batıb

07 İyul 2020, 17:30 (GMT +4)
“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

07 İyul 2020, 17:18 (GMT +4)
ÜST Çindəki qara vəba xəstəliyini təhlükəli hesab etmir

07 İyul 2020, 17:15 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

07 İyul 2020, 17:00 (GMT +4)
YAP tərəfindən yeni kitab nəşr olunub

07 İyul 2020, 16:57 (GMT +4)
İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb

07 İyul 2020, 16:52 (GMT +4)
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

07 İyul 2020, 16:40 (GMT +4)
Peskov İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib

07 İyul 2020, 16:25 (GMT +4)
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

07 İyul 2020, 16:19 (GMT +4)
Xüsusi qabiliyyət imtahanları ilə bağlı norma­tivlər məlum olub

07 İyul 2020, 16:08 (GMT +4)
ABŞ-da son sutkada təxminən 45 min nəfər COVID-19-a yoluxub

07 İyul 2020, 15:44 (GMT +4)
Pompeo Pekinin Honkonqla bağlı tədbirlərini Orveilin antiutopiyası ilə müqayisə edib

07 İyul 2020, 15:44 (GMT +4)
“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:31 (GMT +4)
İranın Yəzd nüvə kompleksində partlayışın baş verməsi iddiası təkzib edilib

07 İyul 2020, 15:20 (GMT +4)
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:16 (GMT +4)
Boliviya prokurorluğu eks-prezident Evo Moralesi terrorçuluqda ittiham edib

07 İyul 2020, 15:06 (GMT +4)
ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

07 İyul 2020, 14:52 (GMT +4)
Yaponiyada güclü yağışlar səbəbiylə 1,3 milyon insan təxliyə edilib

07 İyul 2020, 14:49 (GMT +4)
Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

07 İyul 2020, 14:48 (GMT +4)
İranda son sutkada koronavirusdan 200 nəfər vəfat edib

07 İyul 2020, 14:26 (GMT +4)
ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

07 İyul 2020, 14:12 (GMT +4)
"Roskosmos"un baş direktorunun müşaviri dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb (VİDEO)

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66