Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

03 İyul 2018, 17:57 (GMT +4)

Bakı, 3 iyul, SalamNews. Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan SalamNews-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Müzakirə edilən ilk məsələ “AS Nəqliyyat” MMC-nin direktoru Şuozer Oktayın “Media İnform”un xüsusi müxbiri Xəyyam Qurbanlıya qarşı müraciəti olub. Müzakirələr zamanı bəlli olub ki, portalın əməkdaşı X.Qurbanlı informasiya əldə etmək istəyərkən qanun pozuntularına yol verib. Komissiya üzvləri tövsiyə ediblər ki, portal əməkdaşları informasiya əldə etmək barədə prinsiplərə hörmətlə yanaşsınlar.

İclasda ƏSMM yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Abbasova Könül Şahmalı qızının “dogruxeber.az” və bır sıra digər internet saytlarına qarşı şikayəti araşdırılıb. Mərkəz barədə informasiya hazırlayan xəbər portalları materiallarının maddi sübutlara əsaslandığını bildiriblər. Komissiya üzvləri tərəflərin iddialarında media fəaliyyətindən kənar amillərin üzə çıxdığını müəyyən etdikləri üçün şikayətçiyə tövsiyə ediblər ki, problemin həlli üçün məhkəmə orqanlarına müraciət ünvanlasın.

Müzakirə edilən növbəti məsələ Bakı şəhər sakini Məmmədzadə Elçinin “Minval.az” saytına qarşı şikayəti olub. Şikayətçi bildirib ki, xəbər portalları “Bakıda ərəb turistlərin yaratdıqları problemlər barədə yazılar hazırlayarkən fərqinə varmadan əlavə problemlərə yol açıblar. Xüsusi olaraq, bu cür yazılarda fahişəliyin təbliğinə yönəlmiş elementlər ortaya çıxır. Hansı ki, portal materialı məhz bu problemin həllinə yardım olmaq üçün hazırlayıb”. Komissiya üzvləri məsələnin müzakirəsi zamanı bənzər halların mövcudluğunu aşkarlayıblar. KİV qurumlarına tövsiyə edlib ki, bu cür hallarda həssas davranış lazım olduğunu nəzərə alsınlar.

Şamaxı Dövlət Regional Kollecinin pedaqoji kollektivinin “Rubrika.az” saytına qarşı şikayəti araşdırılarkən vurğulanıb ki, cavabdeh KİV sözügedən kollec barədəki yazısında balans prinsipinə həssas yanaşmalıydı. Ümumən tənqidi materiallar hazırlayarkən AJPDQ-nın bu tələbinə uyğun davranılmasının zəruriliyi önə çəkilib. Eyni zamanda narazılıq doğuran materialın KİV-dən çıxarıldığı əsas götürülüb və məsələ bitmiş hesab edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurası Gürcüstan parlamentinə müraciət ünvanlayıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurası Baş Prokurorluğa və Ukraynanın Azərbaycandakı Səfirliyinə müraciət edib

Veteran jurnalistə Mətbuat Şurasının diplomu təqdim edilib

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası birgə yazı müsabiqəsi təşkil edir  gedib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurası Ramil Usubova müraciət edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası olub

Mətbuat Şurasının sədri KİV-lərə təşəkkür edib

Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib

İordaniya, BƏƏ və Livandan olan jurnalistlər Mətbuat Şurasında olublar

İranın nazir müavini Mətbuat Şurasında olub

Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

İndoneziyalı jurnalistlər Mətbuat Şurasında olublar

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Avropalı proqram direktoru Mətbuat Şurasında olub

Mətbuat Şurası Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yayıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

16 Fevral 2019, 17:00 (GMT +4)
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib

16 Fevral 2019, 16:56 (GMT +4)
AZPROMO: Cənubi Koreyaya ixrac missiyası təşkil ediləcək

16 Fevral 2019, 16:53 (GMT +4)
DSK: Cinayət törətmiş şəxslərin 86%-i heç yerdə işləməyən və oxumayanlar olub

16 Fevral 2019, 16:52 (GMT +4)
Türkiyə prezidenti S-400-lə bağlı planlarından danışıb

16 Fevral 2019, 16:46 (GMT +4)
Azərbaycanda xüsusi səs siqnalları ilə təchiz edilmiş svetoforlar quraşdırılacaq

16 Fevral 2019, 16:41 (GMT +4)
DGK: Qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

16 Fevral 2019, 16:38 (GMT +4)
DBX heyvan xəstəlikləri ilə bağlı risklərin aradan qaldırılması ilə bağlı tədbir keçirilib

16 Fevral 2019, 16:35 (GMT +4)
Aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiya ləğv edilib

16 Fevral 2019, 16:34 (GMT +4)
Ərdoğan İraq və Livanın da Astana danışıqlarına qatıla biləcəyini deyib

16 Fevral 2019, 16:32 (GMT +4)
Mirzə Ələkbər Sabir Fondu yeni layihəsini təqdim edib

16 Fevral 2019, 16:29 (GMT +4)
Paralimpiyaçılarımız güllə atıcılığı üzrə dünya kubokunda mübarizə aparırlar

16 Fevral 2019, 16:25 (GMT +4)
Azərbaycan Müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb

16 Fevral 2019, 16:22 (GMT +4)
Nigariyalı hücumçu yenidən Azərbaycan klubuna transfer olunub

16 Fevral 2019, 16:10 (GMT +4)
Merkel: Avropa Rusiya ilə olan əlaqələrini pozmaqda maraqlı deyil

16 Fevral 2019, 16:04 (GMT +4)
Azərbaycanda daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək

16 Fevral 2019, 15:53 (GMT +4)
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib

16 Fevral 2019, 15:44 (GMT +4)
TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri İlahiyyat İnstitutunu ziyarət edib

16 Fevral 2019, 15:34 (GMT +4)
Bakıda inşaat işlərinin 82,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

16 Fevral 2019, 15:27 (GMT +4)
Senator: ABŞ Suriyadakı qoşunlarının bir hissəsini saxlaya bilər

16 Fevral 2019, 15:25 (GMT +4)
Bakıda “Proqressivləşən sistem skleroz” mövzusunda seminar keçirilib

16 Fevral 2019, 15:24 (GMT +4)
Misirdə radikal birləşmələrin hücumunda 15 hərbçi yaralanıb, 1-i həlak olub

16 Fevral 2019, 15:18 (GMT +4)
UFAZ-da mediatur təşkil olunub

16 Fevral 2019, 14:58 (GMT +4)
Moldova prezidenti Rusiya səfirini geri çağırmayacaq

16 Fevral 2019, 14:52 (GMT +4)
DYP bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

16 Fevral 2019, 14:39 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

16 Fevral 2019, 14:35 (GMT +4)
Sepah Zahidan terroruna görə iki ərəb dövlətinə xəbərdarlıq edib

16 Fevral 2019, 14:32 (GMT +4)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

16 Fevral 2019, 14:28 (GMT +4)
"2019 İxraca dəstək" layihəsi üzrə təlim keçən sahibkarlar təltif edilib (FOTO)

16 Fevral 2019, 14:21 (GMT +4)
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

16 Fevral 2019, 14:15 (GMT +4)
Moskvada bir neçə ticarət mərkəzindən insanlar təxliyə edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66