Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün imam Cəfər Sadiqin (ə) şəhid edildiyi gündür

09 İyul 2018, 09:23 (GMT +4)

Bakı, 9 iyul, SalamNews, M.Sadiq. Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür.

SalamNews-un xəbərinə görə, o həzrət 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açıb. İslam peyğəmbəri həzrət Məhəmmədin (s) pak nəslindən olan imam Sadiq (ə) 65 il ömür sürüb.

O, Mədinə şəhərində o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub.

İmam Cəfər Sadiq (ə) islam dini, eləcə də dünyəvi fənləri olduqca mükəmməl tədris edirdi. Dünyanın müxtəlif məntəqələrindən insanlar Mədinəyə axışır, o həzrətdən məlumat alırdılar.

İma Cəfər Sadiq (ə) elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib.

Bundan əlavə, o, 4000 nəfərdən çox şagird yetişdirməyə və onları müsəlman məmləkətlərinə yaymağa nail olub.

İmam Cəfər Sadiqin (ə) elmindən əhli-sünnə alimləri də bəhrələnirdilər. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə onun dərslərində iştirak ediblər.

İmam Cəfər Sadiqin (ə) tələbələri arasında kimya elminin banisi Cabir ibn Həyyan, kəlam mövzusunda 30-dan artıq kitabın müəllifi Hişam ibn Həkəm, “Möminüt-taq” ləqəbli Məhəmməd ibn Əli ibn Nöman Bəcəli, “Tövhidi-Müfəzzəl” kitabını imamın diktəsi ilə qələmə almış Müfəzzəl ibn Ömər Cüfi, Əban ibn Təğlib, Zürarə ibn Əyün, qardaşları Həmran və Bəkr, Süleyman ibn Mehran Əməş, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac kimi böyük alimlər var idi.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə o, Dəməşqə sürgün olunur. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə imam (ə) iki dəfə sürgünə göndərilir.

O həzrət Mədinəyə qayıtdıqdan sonra təqiyyə edərək yaşayıb. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən imam Sadiq (ə) xəlifə Mənsurun göstərişi ilə zəhərləndirilərək şəhid edilib.

İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında imam Həsən Müctəba (ə), imam Zeynulabidin və imam Məhəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.

Qeyd edək ki, Bəqi qəbiristanlığında yerləşən dörd imamın məzarı üzərində ucaldılmış məqbərə ötən əsrin əvvəllərində (təxminən 1925-ci il) radikal dini cərəyanların şeyxlərinin göstərişləri ilə dağıdılıb. Bu günədək o imamların mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Mart 2019, 01:01 (GMT +4)
Azərbaycanda Novruz bayramı qeyd olunur

20 Mart 2019, 00:58 (GMT +4)
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür

19 Mart 2019, 18:00 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

19 Mart 2019, 17:52 (GMT +4)
Bakıda “Caspian Agro” sərgisi keçiriləcək

19 Mart 2019, 17:46 (GMT +4)
Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə üçün Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:41 (GMT +4)
Dövlət Komissiyası azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb

19 Mart 2019, 17:37 (GMT +4)
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib

19 Mart 2019, 17:37 (GMT +4)
Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcək 

19 Mart 2019, 17:31 (GMT +4)
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

19 Mart 2019, 17:30 (GMT +4)
Ərdoğanın mitinqində Yeni Zelandiyadakı terror hücumunun videosu yayımlanıb (VİDEO)

19 Mart 2019, 17:23 (GMT +4)
DMX işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib

19 Mart 2019, 17:19 (GMT +4)
Xətai rayonunda Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:14 (GMT +4)
İrandan Avropa ölkələrinə aparılan 110 kq-dan çox heroin Azərbaycanda saxlanılıb

19 Mart 2019, 17:13 (GMT +4)
Əfqanıstanın qərbində sel daşqınları 13 nəfərin həyatına son qoyub

19 Mart 2019, 17:12 (GMT +4)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib

19 Mart 2019, 16:58 (GMT +4)
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19 Mart 2019, 16:55 (GMT +4)
Yeni Zelandiya Baş naziri müsəlmanları vuran terrorçunun adını heç vaxt tələffüz etməyəcəyinə söz verib

19 Mart 2019, 16:52 (GMT +4)
Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

19 Mart 2019, 16:44 (GMT +4)
100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

19 Mart 2019, 16:32 (GMT +4)
25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək

19 Mart 2019, 16:26 (GMT +4)
İŞİD-in son qalası nəzarətə götürülüb – Onlarla terroçu təslim olub (VİDEO)

19 Mart 2019, 16:25 (GMT +4)
“Nar” abunəçiləri üçün Novruz kampaniyası keçirir

19 Mart 2019, 16:17 (GMT +4)
Brüsseldə partlayış təhlükəsi səbəbiylə AB qərargahı yaxınlığındakı binadan insanlar təxliyə edilib

19 Mart 2019, 16:15 (GMT +4)
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olunub

19 Mart 2019, 16:03 (GMT +4)
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (VIDEO)

19 Mart 2019, 15:56 (GMT +4)
Rəqəmsal bankçılıq sahəsində Rabitəbank ölkədə ilkə imza atıb

19 Mart 2019, 15:45 (GMT +4)
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

19 Mart 2019, 15:38 (GMT +4)
Yeni Zenlandiya parlamenti iclasını Quran tilavəti ilə açıb (VİDEO)

19 Mart 2019, 15:34 (GMT +4)
“Azərişıq” və “Azərenerji” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

19 Mart 2019, 15:25 (GMT +4)
Bakıda İmam Əlinin (ə) doğum günü ilə bağlı bayram tədbiri keçirilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66