Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

GGİ alimləri maraqlı təkliflə çıxış ediblər

10 İyul 2018, 15:48 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-2012-ci illər ərzində yerinə yetirilmiş“Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair Tədbirlər Planı” çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunun yaratdığı və AMEA müxbir üzvü Tələt Kəngərlinin rəhbərliyi altında fəaliyyət göstərən işçi qrupu ölkənin ayrı-ayrı regionlarında tədqiqatlar aparmış və nadir geoloji obyektlərin (geosaytların) təftişini həyata keçirib.

AMEA GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində YUNESKO və ProGEO-nun tələblərinə uyğun gələn və səciyyəvi geosaytları özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılmış və bu barədə 2013-cü ildə nəşr edilmiş “Azərbaycan Respublikasının geoloji irsi” kitabında məlumat verilmişdir.

Bu baxımdan mühafizə edilən ərazilərin təşkilində “üçü birində” (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan MR-də “İlandağ” geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə təsis edilmiş Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Göstərilən ərazidə geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb də ərazisinin sərhədyanı bölgədə yerləşməsidir: Arazın sağ sahilində İran İslam Respublikası ərazisində (Cənubi Azərbaycanda) hazırda Culfa geoparkının fəaliyyəti YUNESKO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı səviyyəli geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir.

Bununla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun nümayəndələri növbəti addım kimi cari ilin fevral ayında YUNESKO-nun dəvəti ilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında iştirak etmiş və “İlandağ” geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış etmişlər. Katiblik tərəfindən AMEA-nın təşəbbüsü maraqla dinlənmiş və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə , Ümumdünya İrsi Siyahısına salınmasını və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan etmişdir.

Bu barədə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənova və Naxçıvan MR Milli Məclisinin sədri Vasif Talıbova məlumat verilmişdir. Vurğulanmalıdır ki, “İlandağ” geoparkının yaradılması təbiət və humanitar irsinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı Muxtar Respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Fevral 2019, 17:00 (GMT +4)
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib

16 Fevral 2019, 16:56 (GMT +4)
AZPROMO: Cənubi Koreyaya ixrac missiyası təşkil ediləcək

16 Fevral 2019, 16:53 (GMT +4)
DSK: Cinayət törətmiş şəxslərin 86%-i heç yerdə işləməyən və oxumayanlar olub

16 Fevral 2019, 16:52 (GMT +4)
Türkiyə prezidenti S-400-lə bağlı planlarından danışıb

16 Fevral 2019, 16:46 (GMT +4)
Azərbaycanda xüsusi səs siqnalları ilə təchiz edilmiş svetoforlar quraşdırılacaq

16 Fevral 2019, 16:41 (GMT +4)
DGK: Qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

16 Fevral 2019, 16:38 (GMT +4)
DBX heyvan xəstəlikləri ilə bağlı risklərin aradan qaldırılması ilə bağlı tədbir keçirilib

16 Fevral 2019, 16:35 (GMT +4)
Aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiya ləğv edilib

16 Fevral 2019, 16:34 (GMT +4)
Ərdoğan İraq və Livanın da Astana danışıqlarına qatıla biləcəyini deyib

16 Fevral 2019, 16:32 (GMT +4)
Mirzə Ələkbər Sabir Fondu yeni layihəsini təqdim edib

16 Fevral 2019, 16:29 (GMT +4)
Paralimpiyaçılarımız güllə atıcılığı üzrə dünya kubokunda mübarizə aparırlar

16 Fevral 2019, 16:25 (GMT +4)
Azərbaycan Müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb

16 Fevral 2019, 16:22 (GMT +4)
Nigariyalı hücumçu yenidən Azərbaycan klubuna transfer olunub

16 Fevral 2019, 16:10 (GMT +4)
Merkel: Avropa Rusiya ilə olan əlaqələrini pozmaqda maraqlı deyil

16 Fevral 2019, 16:04 (GMT +4)
Azərbaycanda daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək

16 Fevral 2019, 15:53 (GMT +4)
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib

16 Fevral 2019, 15:44 (GMT +4)
TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri İlahiyyat İnstitutunu ziyarət edib

16 Fevral 2019, 15:34 (GMT +4)
Bakıda inşaat işlərinin 82,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

16 Fevral 2019, 15:27 (GMT +4)
Senator: ABŞ Suriyadakı qoşunlarının bir hissəsini saxlaya bilər

16 Fevral 2019, 15:25 (GMT +4)
Bakıda “Proqressivləşən sistem skleroz” mövzusunda seminar keçirilib

16 Fevral 2019, 15:24 (GMT +4)
Misirdə radikal birləşmələrin hücumunda 15 hərbçi yaralanıb, 1-i həlak olub

16 Fevral 2019, 15:18 (GMT +4)
UFAZ-da mediatur təşkil olunub

16 Fevral 2019, 14:58 (GMT +4)
Moldova prezidenti Rusiya səfirini geri çağırmayacaq

16 Fevral 2019, 14:52 (GMT +4)
DYP bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

16 Fevral 2019, 14:39 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

16 Fevral 2019, 14:35 (GMT +4)
Sepah Zahidan terroruna görə iki ərəb dövlətinə xəbərdarlıq edib

16 Fevral 2019, 14:32 (GMT +4)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

16 Fevral 2019, 14:28 (GMT +4)
"2019 İxraca dəstək" layihəsi üzrə təlim keçən sahibkarlar təltif edilib (FOTO)

16 Fevral 2019, 14:21 (GMT +4)
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

16 Fevral 2019, 14:15 (GMT +4)
Moskvada bir neçə ticarət mərkəzindən insanlar təxliyə edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66