Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsi və Caspian European Club əməkdaşlığı genişləndirir

11 İyul 2018, 11:28 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.  Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Caspian European Club"la DGK arasında daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində müstəqilliyimizin əsas atributlarından birinə çevrilən gömrük orqanlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, diqqət və qayğısı nəticəsində ölkəmizin ən dinamik inkişaf edən dövlət qurumlarından biri kimi formalaşdığını diqqətə çatdıran Komitə sədri, son illərdə ölkə başçısının bütün sahələrdə olduğu kimi gömrük sahəsində də həyata keçirdiyi innovativ islahatların gömrük işinin fəlsəfəsini dəyişərək xarici ticarətin sürətləndirilməsinə, ölkəmizin tranzit potensialının artmasına, sahibkalıq mühitinin daha da yaxşılaşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb.

Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sistemininin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası şəffaflığın təmin olunması istiqamətində islahatların davam etdiriləcəyini bildirən Komitə sədri bildirib ki, məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.

Aparılan islahatlar çərçivəsində Dövlət Gömrük Komitəsi rəhbərliyində təmsil olunan şəxslərin və ixtisaslı gömrük mütəxəssislərinin indiyə qədər minlərlə sahibkarlarla görüş keçirərək onların gömrük sistemində tətbiq olunan yeniliklərə münasibətini öyrəndiyini bildirən Səfər Mehdiyev "Caspian European Club" üzvlərinin də təklif və istəklərini dinləyərək nəzərə alacaqlarını vurğulayıb.

Xüsusilə, korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verən DGK sədri, indiyə qədər qanunvericiliyin tələblərini pozan onlarla gömrük əməkdaşının ən sərt şəkildə cəzalandırıldığını bildirib, biznes nümayəndələrini də xarici iqtisadi fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd əməllərdən çəkinməyə çağırıb. Səfər Mehdiyev onu da bildirib ki, gömrük orqanları daim qanuni ticarəti dəstəkləyəcək, qanunsuz ticarətə qarşı isə qanunvericiliyin tələblərinə uyğun olaraq ən sərt şəkildə mübarizə aparacaq.

Tədbirdə çıxış edən "Caspian European Club"un icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasında hər zaman səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyiniə ümidvar olduğunu bildirib. Son illərdə gömrük sistemində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdıran Telman Əliyev təmsil etdiyi qurumun təklif və rəylərinin diqqətə alınmasından, klub üzvlərinin gömrüklə bağlı məsələlərinin operativ şəkildə həllini tapmasından məmnunluqla bəhs edib. Telman Əliyevin əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə iki qurumun mütəxəssislərindən ibarət işçi qrupun yaradılmasının gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Görüşdə iki qurumun üzvlərindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Səfər Mehdiyev sentyabrın 20-də keçiriləcək Beynəlxalq Caspian Energy Forum Baku-2018-in təşkilini yüksək qiymətləndirərək tədbirdə iştirak edəcəyini bildirib.

Daha sonra görüşdə klub üzvlərini maraqlandıran məsələlər müzakirə edilib, onların maraqlandıran suallar ətraflı cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Gömrük Komitəsi Çin şirkəti ilə əməkdaşlığa başlayır

Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başlayıb

Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulu təxirə salınıb

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası İNCU ilə əməkdaşlıq edir

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək

Dövlət Gömrük Komitəsi Şəkidə jurnalistlər üçün seminar keçirir (FOTOLAR)

Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

Azərbaycan Prezidenti Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşını təltif edib

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının 7 yaşı tamam olur

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib

Dövlət Gömrük Komitəsinin 4 vəzifəli əməkdaşı saxlanılıb

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib

14 Noyabr 2019, 11:16 (GMT +4)
Siyasi maraqlar naminə tarixin təhrif edilməsi qəbuledilməzdir - Ərdoğan

14 Noyabr 2019, 11:06 (GMT +4)
Suriya Ordusu İdlibdə hərbi əməliyyata başlayıb

14 Noyabr 2019, 11:06 (GMT +4)
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb

14 Noyabr 2019, 10:54 (GMT +4)
ABŞ Konqresində impiçmentlə bağlı açıq iclas başlayıb

14 Noyabr 2019, 10:47 (GMT +4)
Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

14 Noyabr 2019, 10:33 (GMT +4)
İslam dünyasının birliyi ilə bağlı Beynəlxalq Vəhdət Konfransı işinə start verib (VİDEO)

14 Noyabr 2019, 10:27 (GMT +4)
Türkiyə ABŞ ilə münasibətlərdə yeni bir səhifə açmağa hazırdır - Ərdoğan

14 Noyabr 2019, 10:16 (GMT +4)
Dünya dini liderlərinin II Bakı Sammiti başlayırb

14 Noyabr 2019, 10:04 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

14 Noyabr 2019, 09:57 (GMT +4)
Rusiyada kollecdə atışma olub, ölən və yaralananlar var

14 Noyabr 2019, 09:49 (GMT +4)
İsrail və fələstinli hərəkatlar atəşkəs elan ediblər

14 Noyabr 2019, 09:46 (GMT +4)
Hacı Şahin: Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır

14 Noyabr 2019, 09:34 (GMT +4)
AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər

14 Noyabr 2019, 09:23 (GMT +4)
Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub (FOTOLAR)

14 Noyabr 2019, 09:14 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələrində ölənlərin sayı 32-ə çatıb (FOTO)

14 Noyabr 2019, 09:12 (GMT +4)
ABŞ və Türkiyə bölgədə barışığa töhfə verir - Tramp

14 Noyabr 2019, 09:07 (GMT +4)
Qida məhsullarının idxalının elektronlaşmasına start verilib

13 Noyabr 2019, 18:01 (GMT +4)
Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq

13 Noyabr 2019, 17:50 (GMT +4)
Türkiyə İŞİD-in əsas üzvünün saxlanıldığını açıqlayıb

13 Noyabr 2019, 17:46 (GMT +4)
Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb

13 Noyabr 2019, 17:28 (GMT +4)
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib

13 Noyabr 2019, 17:12 (GMT +4)
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

13 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə İŞİD terrorçusu olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək

13 Noyabr 2019, 17:07 (GMT +4)
Azərbaycanlı skaut Dünya Skaut Hərəkatı tərəfindən mükafatlandırılıb

13 Noyabr 2019, 17:02 (GMT +4)
Hindistanın Kəşmirə humanitar yardım göndərilməsinə icazə verilməyib

13 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

13 Noyabr 2019, 16:47 (GMT +4)
Suriya Ordusu minalanmış kamikadze maşınını zərərsizləşdirib (FOTO)

13 Noyabr 2019, 16:32 (GMT +4)
Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyin edilib

13 Noyabr 2019, 16:30 (GMT +4)
Azərbaycan komandası «Ən yaxşı səhnəciyi»-nə görə mükafatlandırılıb

13 Noyabr 2019, 16:25 (GMT +4)
Musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert  proqramı təqdim edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66