Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Orxan Məmmədov CEO Lunch Baku-nun fəxri qonağı olub

12 İyul 2018, 16:56 (GMT +4)

Bakı, 12 iyul, SalamNewsCaspian European Club bu gün on beşinci CEO Lunch Baku keçirib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Orxan Məmmədov öz çıxışında qısa müddət ərzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Caspian European Club arasında fəal əməkdaşlığın quruldğunu qeyd edərək işgüzar insanların iştirakı ilə bu formatda tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

O.Məmmədov iştirakçılara ölkə başçısının “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi” haqqında sonuncu fərmanına əsasən tətbiq edilən yeniliklər, həmçinin həmin fərmanın icrası ilə bağlı məsələlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Agentliyin missiyası kiçik və orta biznes sektorunun davamlı inkişafına nail olmaqdan və əlverişli biznes mühitini yaxşılaşdırmaq, kiçik və orta biznes subyektlərinin çoxsaylı dəstək tədbirlərindən manesiz və rahat yararlanmasını təmin etmək yolu ilə ölkə iqtisadiyyatındakı rolunu artırmaqdan ibarətdir.

Caspian European Club-un fəxri üzvlük sertifikatını Orxan Məmmədova təqdim edən Telman Əliyev CEO Lunch Baku-da fəal iştirakına, həmçinin tədbir zamanı Caspian European Club-un üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib. O qeyd edib ki, CEO Lunch Baku çərçivəsində şirkətlər onları maraqlandıran bütün suallara cavab tapıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.

Telman Əliyev tədbirə qatılmış bütün qonaqları Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un dəstəyilə 2018-ci il sentyabrın 20-də Bakıda keçiriləcək 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə dəvət edib.

Onun sözlərinə görə, “Caspian Energy Forum Baku – 2018”də sıralarında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Görüşün iştirakçıları üçün Klubun PASHA Insurance və Aggreko kimi üzv-şirkətlərinin təqdimatı keçirilib.

CEO Lunch Baku-da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.

Caspian European Club-a daxil olan və buradakı iştiraklarını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Orxan Məmmədov: Qadın biznes inkubatorları yaradılacaq

Orxan Məmmədov: Sahibkarlara dəstək proqramı hazırlanıb

Orxan Məmmədov: “Əminik ki, “Sahibkar Evləri” ölkəmizin yeni innovativ brendi kimi təqdim ediləcək

Orxan Məmmədov: İşgüzar münasibətlərin inkişafını təşviq etməliyik

Orxan Məmmədov CEO Lunch Baku-nun fəxri qonağı olacaq

20 Mart 2019, 01:01 (GMT +4)
Azərbaycanda Novruz bayramı qeyd olunur

20 Mart 2019, 00:58 (GMT +4)
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür

19 Mart 2019, 18:00 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

19 Mart 2019, 17:52 (GMT +4)
Bakıda “Caspian Agro” sərgisi keçiriləcək

19 Mart 2019, 17:46 (GMT +4)
Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə üçün Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:41 (GMT +4)
Dövlət Komissiyası azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb

19 Mart 2019, 17:37 (GMT +4)
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib

19 Mart 2019, 17:37 (GMT +4)
Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcək 

19 Mart 2019, 17:31 (GMT +4)
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

19 Mart 2019, 17:30 (GMT +4)
Ərdoğanın mitinqində Yeni Zelandiyadakı terror hücumunun videosu yayımlanıb (VİDEO)

19 Mart 2019, 17:23 (GMT +4)
DMX işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib

19 Mart 2019, 17:19 (GMT +4)
Xətai rayonunda Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:14 (GMT +4)
İrandan Avropa ölkələrinə aparılan 110 kq-dan çox heroin Azərbaycanda saxlanılıb

19 Mart 2019, 17:13 (GMT +4)
Əfqanıstanın qərbində sel daşqınları 13 nəfərin həyatına son qoyub

19 Mart 2019, 17:12 (GMT +4)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib

19 Mart 2019, 16:58 (GMT +4)
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19 Mart 2019, 16:55 (GMT +4)
Yeni Zelandiya Baş naziri müsəlmanları vuran terrorçunun adını heç vaxt tələffüz etməyəcəyinə söz verib

19 Mart 2019, 16:52 (GMT +4)
Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

19 Mart 2019, 16:44 (GMT +4)
100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

19 Mart 2019, 16:32 (GMT +4)
25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək

19 Mart 2019, 16:26 (GMT +4)
İŞİD-in son qalası nəzarətə götürülüb – Onlarla terroçu təslim olub (VİDEO)

19 Mart 2019, 16:25 (GMT +4)
“Nar” abunəçiləri üçün Novruz kampaniyası keçirir

19 Mart 2019, 16:17 (GMT +4)
Brüsseldə partlayış təhlükəsi səbəbiylə AB qərargahı yaxınlığındakı binadan insanlar təxliyə edilib

19 Mart 2019, 16:15 (GMT +4)
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olunub

19 Mart 2019, 16:03 (GMT +4)
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (VIDEO)

19 Mart 2019, 15:56 (GMT +4)
Rəqəmsal bankçılıq sahəsində Rabitəbank ölkədə ilkə imza atıb

19 Mart 2019, 15:45 (GMT +4)
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

19 Mart 2019, 15:38 (GMT +4)
Yeni Zenlandiya parlamenti iclasını Quran tilavəti ilə açıb (VİDEO)

19 Mart 2019, 15:34 (GMT +4)
“Azərişıq” və “Azərenerji” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

19 Mart 2019, 15:25 (GMT +4)
Bakıda İmam Əlinin (ə) doğum günü ilə bağlı bayram tədbiri keçirilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66