Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib

12 İyul 2018, 12:16 (GMT +4)

Bakı, 12 iyul, SalamNews. Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır: "Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın, ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam təmin edilməsini tapşırıb".

S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır. Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.

Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.

Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.

İşçi Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr, 3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.

S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.

Nazir sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatların dəqiqliyinin və dolğunluğunun təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar hazırlandığını, ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün indikatorların müəyyən olunması istiqamətində işlərin aparıldığını da qeyd edib. O eləcə də sosial yardımın alınması üçün müraciət edən ailələrin qərar qəbuletmə prosesində digər sosial proqramlara cəlb edilməsi istiqamətində intensiv işlərin aparılmalı olduğunu bildirib.

İclasda işçi qrupunun gördüyü işlər, hazırlanan yeni təkliflər müzakirə olunub, qısamüddətli və ortamüddətli dövr üçün görüləcək tədbirlər müəyyən olunub, işçi qrupuna müvafiq tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSMF-nin əməkdaşı rüşvət alarkən tutulub (RƏSMİ)

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi barəsində cinayət işi başlanılıb

DSMF-də yeni idarələr yaradılıb

DSMF-nin yeni Qəbul Mərkəzi tərəfindən bu günədək 9 minədək vətəndaş qəbul edilib

Azər Bayramov: DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 milyon manat olması nəzərdə tutulur

DSMF-nin Gədəbəy rayon şöbəsində aparılmış auditin nəticələri açıqlanıb

DSMF tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

DSMF-nin gəlirlərində 11,96 faiz artım qeydə alınıb

Azərbaycan sığortaçıları DSMF-yə müraciət etməyə hazırlaşır

DSMF-nin gəlirlərində 7 faiz faiz artım qeydə alınıb

DSMF Gəncə şəhərində seminar-müşavirə keçirib

İyun ayında yol qəzasına düşmüş DSMF-nin şöbə rəisi dünyasını dəyişib  

DSMF tərəfindən pensiyaların bayrama qədər tam maliyyələşdirilməsi təmin olunub

Hesablama Palatası DSMF-in Ağcabədi rayon şöbəsində audit aparıb

DSMF-nin qadın əməkdaşı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirərkən saxlanılıb

DSMF-nin Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

DSMF-nin sektor müdiri: Bu il Göygöl rayonu üzrə pensiyaçıların sayı 48 nəfər artıb 

Milli Məclisdə DSMF-nin 2017-ci il büdcəsinin müzakirəsinə başlanılıb

Neftçalada DSMF-nin yeni inzibati binası istifadəyə verilib 

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66