Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN: Azərbaycanda vətəndaşların əksəriyyəti polietilen paketlərin istifadəsinin əleyhinədir

12 İyul 2018, 17:50 (GMT +4)

Bakı, 12 iyul, SalamNews. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər şurasının üzvləri və AMEA-nın Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə əhali arasında, o cümlədən AMEA-nın elmi işçiləri ilə polietilen paketlərin istifadəsinə dair sorğu keçirilib.

Nazirliyin mətbuat xidmətindən SalamNews=a verilən məlumata görə, sorğunun nəticələrinə əsasən qadınların cəmi 7,9 %-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da Sovet dönəmində mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını almasını göstərir.

Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6%, kişilərdən 91,8%-nin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya sahibdirlər.

Sorğuya əsasən qadınların 88,2%-i, kişilərin isə 90,4%-i eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.

Dünya iqtisadiyyatında belə bir ifadə var: “mənfəətini güdməyən sahibkar- sahibkar deyildir”. Hər bir market sahibi təbii ki, bu ifadəyə istinadən öz işini qurur və alıcıya “havayı” kimi təqdim olunan sellofan paketlərin dəyəri əslində satışa qoyulan hər bir məhsulun üzərinə hesablanır. Keçirilən sorğuya əsasən qadınların yalnız 29,92%-i, kişilərin isə 43,84%-i bunu bilir: "Keçirilən sorğunun nəticəsindən belə qənaətə gəlmək olur ki, əhali polietilen paketlərin ətraf mühitə mənfi təsirini nəzərə alaraq Nazirliyin bu sahədə apardığı siyasəti dəstəkləyir.

Hər bir vətəndaş eko çantalardan istifadə etməklə, plastik tullantıların idarə olunması məqsədilə plastik butulkaların çeşidləndirmə kampaniyasına qoşulmaqla plastik çirklənmənin qarşısının alınmasına öz töhfəsini vermiş olar.

Unutmayaq, bu gün verdiyimiz hər bir qərar sabah özümüzə qayıdacaq, seçim bizə aiddir. Gəlin təmiz təbiətdə, təmiz gələcəkdə yaşamağı seçək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Fevral 2019, 17:13 (GMT +4)
Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

22 Fevral 2019, 16:59 (GMT +4)
Prezident İlham Əliyev Bruney-Darüssalamın dövlət başçısına məktub göndərib

22 Fevral 2019, 16:50 (GMT +4)
Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir

22 Fevral 2019, 16:46 (GMT +4)
Abşeronda “KOB Dostu” fəaliyyətə başlayıb

22 Fevral 2019, 16:41 (GMT +4)
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

22 Fevral 2019, 16:40 (GMT +4)
Ərdoğan hərbi-tibb sahəsində Azərbaycanla əməkdaşlıq haqqında protokolu təsdiqləyib

22 Fevral 2019, 16:36 (GMT +4)
Mingəçevirin innovativ layihələri müəyyənləşib

22 Fevral 2019, 16:31 (GMT +4)
Əməliyyat-axtarış fəaliyyətinin əsasları kitabı çapdan çıxıb

22 Fevral 2019, 16:24 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

22 Fevral 2019, 16:16 (GMT +4)
Pakistan XİN rəhbəri Zahidan terroruna münasibət bildirib

22 Fevral 2019, 16:02 (GMT +4)
Rusiya XİN: ABŞ Venesuelaya yaxın əraziyə xüsusi təyinatlılar və texnika cəmləşdirir 

22 Fevral 2019, 15:55 (GMT +4)
Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq

22 Fevral 2019, 15:44 (GMT +4)
Ekvadorda güclü zəlzələ baş verib

22 Fevral 2019, 15:35 (GMT +4)
Gömrük Akademiyası yeni binaya köçəcək

22 Fevral 2019, 15:30 (GMT +4)
ETSN: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

22 Fevral 2019, 15:26 (GMT +4)
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib

22 Fevral 2019, 15:15 (GMT +4)
İtalyan dilini öyrənənlər üçün Azərbaycan dilində ilk dərslik nəşr edilib

22 Fevral 2019, 15:14 (GMT +4)
Fələstinlilər ilk dəfə olaraq Qüdsdə Rəhmət məscidinə daxil ola biliblər (VİDEO)

22 Fevral 2019, 15:10 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Suriyadan qoşunların çıxarılmasına dair mövqeyini maraqla izləyir

22 Fevral 2019, 15:08 (GMT +4)
Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır

22 Fevral 2019, 14:55 (GMT +4)
DGK yeni yoxlama aparatları quraşdıracaq

22 Fevral 2019, 14:44 (GMT +4)
BDU-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə görüş keçirilib

22 Fevral 2019, 14:31 (GMT +4)
Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb

22 Fevral 2019, 14:22 (GMT +4)
Rəqqa şəhərində 3500 cəsədin olduğu böyük kütləvi məzarlıq tapılıb (FOTO)

22 Fevral 2019, 14:21 (GMT +4)
DİN xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

22 Fevral 2019, 14:10 (GMT +4)
İraq 300 məhbusun qalıqlarını Küveytə təhvil verib

22 Fevral 2019, 14:00 (GMT +4)
UNEC-in əməkdaşları türkiyəli həmkarları ilə staj proqramlarını müzakirə edib

22 Fevral 2019, 13:48 (GMT +4)
İsrail işğal altındakı Qüdsdə 37 fələstinlini həbs edib

22 Fevral 2019, 13:47 (GMT +4)
Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

22 Fevral 2019, 13:45 (GMT +4)
Venesuelada naməlum şəxslər millət vəkillərini daşıyan avtobusla hücum edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66