Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib (FOTOLENT)

12 İyul 2018, 14:39 (GMT +4)

Bakı, 12 iyul, SalamNews, S.Vaqifoğlu. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.

SalamNews xəbər verir ki, tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev tədbiri açaraq, toxumçuluğun və tingçiliyin ölkə daxilində inkişafının, fermerlərin yerli istehsal məhsulu olan toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib.Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə toxum sektorunun inkişafının Strateji Hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.

“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir” – Mirzə Əliyev deyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində bir sıra işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi”layihələri üzrə bir sıra işlər görülüb.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum-təmizləmə xətləri alınıb istifadəyə verildiyini bildirib.

Tədbir beynəlxalq təşkilatların nümayəndələrinin və özəl toxumçuların çıxışlarından sonra müzakirələr formasında davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Mart 2019, 01:01 (GMT +4)
Azərbaycanda Novruz bayramı qeyd olunur

20 Mart 2019, 00:58 (GMT +4)
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür

19 Mart 2019, 18:00 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

19 Mart 2019, 17:52 (GMT +4)
Bakıda “Caspian Agro” sərgisi keçiriləcək

19 Mart 2019, 17:46 (GMT +4)
Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə üçün Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:41 (GMT +4)
Dövlət Komissiyası azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb

19 Mart 2019, 17:37 (GMT +4)
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib

19 Mart 2019, 17:37 (GMT +4)
Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcək 

19 Mart 2019, 17:31 (GMT +4)
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

19 Mart 2019, 17:30 (GMT +4)
Ərdoğanın mitinqində Yeni Zelandiyadakı terror hücumunun videosu yayımlanıb (VİDEO)

19 Mart 2019, 17:23 (GMT +4)
DMX işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib

19 Mart 2019, 17:19 (GMT +4)
Xətai rayonunda Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:14 (GMT +4)
İrandan Avropa ölkələrinə aparılan 110 kq-dan çox heroin Azərbaycanda saxlanılıb

19 Mart 2019, 17:13 (GMT +4)
Əfqanıstanın qərbində sel daşqınları 13 nəfərin həyatına son qoyub

19 Mart 2019, 17:12 (GMT +4)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib

19 Mart 2019, 16:58 (GMT +4)
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19 Mart 2019, 16:55 (GMT +4)
Yeni Zelandiya Baş naziri müsəlmanları vuran terrorçunun adını heç vaxt tələffüz etməyəcəyinə söz verib

19 Mart 2019, 16:52 (GMT +4)
Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

19 Mart 2019, 16:44 (GMT +4)
100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

19 Mart 2019, 16:32 (GMT +4)
25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək

19 Mart 2019, 16:26 (GMT +4)
İŞİD-in son qalası nəzarətə götürülüb – Onlarla terroçu təslim olub (VİDEO)

19 Mart 2019, 16:25 (GMT +4)
“Nar” abunəçiləri üçün Novruz kampaniyası keçirir

19 Mart 2019, 16:17 (GMT +4)
Brüsseldə partlayış təhlükəsi səbəbiylə AB qərargahı yaxınlığındakı binadan insanlar təxliyə edilib

19 Mart 2019, 16:15 (GMT +4)
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olunub

19 Mart 2019, 16:03 (GMT +4)
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (VIDEO)

19 Mart 2019, 15:56 (GMT +4)
Rəqəmsal bankçılıq sahəsində Rabitəbank ölkədə ilkə imza atıb

19 Mart 2019, 15:45 (GMT +4)
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

19 Mart 2019, 15:38 (GMT +4)
Yeni Zenlandiya parlamenti iclasını Quran tilavəti ilə açıb (VİDEO)

19 Mart 2019, 15:34 (GMT +4)
“Azərişıq” və “Azərenerji” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

19 Mart 2019, 15:25 (GMT +4)
Bakıda İmam Əlinin (ə) doğum günü ilə bağlı bayram tədbiri keçirilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66