Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Akkord” AzMİU tələbələrinin xaricdə təhsillərinin davam etdirməsinə maliyyə dəstəyi göstərəcək

12 İyul 2018, 15:09 (GMT +4)

Bakı, 12 iyul, SalamNews.  Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) arasında inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində universitetdə təhsil alan 3 tələbə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin maliyyə dəstəyi ilə magistr təhsillərinin 3-cü semestrini Leiria Politexnik İnstitutunda alacaqlar. Təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri şirkət tərfindən ödəniləcək.

Bu məqsədlə iyulun 12-də AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyətinin iştirakı ilə sözügedən universitetdə təhsil alacaq tələbələr arasında görüş keçirilib.

Rektor universitet ilə “Akkord” şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələrimizin uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini qeyd edib. G.Məmmədova əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib.

“Akkord” şirkətinin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Mütəxəssis hazırlığında digər iri şirkətlərində belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini A.Məmmədov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışarkən bildirib ki, “Akkord” şirkətinin fəaliyyətinin böyük hissəsini tikinti təşkil edir. Şirkət xarici layihələrin işlənib hazırlanmasında dil bilikləri ilə yanaşı, tikinti sahəsini yaxşı bilən yüksək bilik və bacarıqlı kadr potensialına ehtiyac duyur. Bunun görə də şirkət bu sahədə savadlı mütəxəssislərin hazırlanmasında maraqlıdır.

Sonra AzMİU-nun rektoru, professor G.Məmmədova, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini A.Məmmədov və sözügedən universitetdə təhsil alacaq tələbə arasında üçtərəfli fərdi müqavilə imzalanıb.
Rektor sonda Portuqaliyanın Leiria Politexnik İnstitututunda təhsillərini davam etdirəcək universitetin 3 tələbəsinə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, ikili diplom proqramları 2013-2017-ci illəri əhatə edən və Portuqaliyanın Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” adlı TEMPUS layihəsinin nəticəsi olaraq həyata keçirilir. Layihə çərçivəsində İspaniyanın Koruna Universiteti ilə ekologiya mühəndisliyi ixtisası, Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ikili diplom protokolları imzalanmışdır. Hazırda bu proqramlar çərçivəsində AzMİU-da ekologiya mühəndisliyi üzrə 8, inşaat mühəndisliyi ixtisası üzrə isə 3 tələbə təhsil alır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

Qətər Universitetinin tələbələri AzMİU-da olub

AzMİU-nun rektoru “British Council”un nümayəndələri ilə görüşüb

AzMİU-da “Yara” sənədli filmi nümayiş olunub

AzMİU-da Karyera sərgisi təşkil olunub 

AzMİU-nun nümayəndə heyəti Londonda təlimlərdə iştirak edib

AzMİU-da “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüş keçirilib (FOTO)

AzMİU-nun “Qış məktəbi” layihəsi başlayır

AzMİU-da differensial əmək haqqı sistemi tətbiq olunub

AzMİU əməkdaşları talassemiyalı xəstələr üçün qan verib

AzMİU-da respublika elmi-praktik konfransı keçirilib

AzMİU-da Mehdi Hüseynzadənin xatirəsi anılıb

AzMİU-nun Azərbaycan-İtaliya Dizayn Mərkəzində təqdimat mərasimi keçirilib

AzMİU-da Respublika elmi-praktiki konfransı keçirilib (FOTO)

AzMİU-da beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb (FOTO)

AzMİU ilə TİKA arasında əlaqələr genişlənir (FOTO)

“British Council” Azərbaycanın direktoru AzMİU-da olub

AzMİU Rusiyanın imperator universiteti ilə əməkdaşlıq edəcək

AzMİU-da mükəmməl kadr olmaq üçün hər şərait yaradılıb - rektor

Rusiyalı qonaqlar AzMİU-da olublar

20 Mart 2019, 13:58 (GMT +4)
SalamNews İA oxucularını Novruz bayramı münasibətilə təbrik edir

20 Mart 2019, 01:01 (GMT +4)
Azərbaycanda Novruz bayramı qeyd olunur

20 Mart 2019, 00:58 (GMT +4)
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür

19 Mart 2019, 18:00 (GMT +4)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

19 Mart 2019, 17:52 (GMT +4)
Bakıda “Caspian Agro” sərgisi keçiriləcək

19 Mart 2019, 17:46 (GMT +4)
Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə üçün Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:41 (GMT +4)
Dövlət Komissiyası azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb

19 Mart 2019, 17:37 (GMT +4)
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib

19 Mart 2019, 17:37 (GMT +4)
Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcək 

19 Mart 2019, 17:31 (GMT +4)
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

19 Mart 2019, 17:30 (GMT +4)
Ərdoğanın mitinqində Yeni Zelandiyadakı terror hücumunun videosu yayımlanıb (VİDEO)

19 Mart 2019, 17:23 (GMT +4)
DMX işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib

19 Mart 2019, 17:19 (GMT +4)
Xətai rayonunda Novruz şənliyi keçirilib

19 Mart 2019, 17:14 (GMT +4)
İrandan Avropa ölkələrinə aparılan 110 kq-dan çox heroin Azərbaycanda saxlanılıb

19 Mart 2019, 17:13 (GMT +4)
Əfqanıstanın qərbində sel daşqınları 13 nəfərin həyatına son qoyub

19 Mart 2019, 17:12 (GMT +4)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib

19 Mart 2019, 16:58 (GMT +4)
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19 Mart 2019, 16:55 (GMT +4)
Yeni Zelandiya Baş naziri müsəlmanları vuran terrorçunun adını heç vaxt tələffüz etməyəcəyinə söz verib

19 Mart 2019, 16:52 (GMT +4)
Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

19 Mart 2019, 16:44 (GMT +4)
100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

19 Mart 2019, 16:32 (GMT +4)
25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək

19 Mart 2019, 16:26 (GMT +4)
İŞİD-in son qalası nəzarətə götürülüb – Onlarla terroçu təslim olub (VİDEO)

19 Mart 2019, 16:25 (GMT +4)
“Nar” abunəçiləri üçün Novruz kampaniyası keçirir

19 Mart 2019, 16:17 (GMT +4)
Brüsseldə partlayış təhlükəsi səbəbiylə AB qərargahı yaxınlığındakı binadan insanlar təxliyə edilib

19 Mart 2019, 16:15 (GMT +4)
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olunub

19 Mart 2019, 16:03 (GMT +4)
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (VIDEO)

19 Mart 2019, 15:56 (GMT +4)
Rəqəmsal bankçılıq sahəsində Rabitəbank ölkədə ilkə imza atıb

19 Mart 2019, 15:45 (GMT +4)
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

19 Mart 2019, 15:38 (GMT +4)
Yeni Zenlandiya parlamenti iclasını Quran tilavəti ilə açıb (VİDEO)

19 Mart 2019, 15:34 (GMT +4)
“Azərişıq” və “Azərenerji” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66