Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Dəniz Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında işçi qrup yaradılıb

13 İyul 2018, 13:30 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində agentliyin direktoru Qüdrət Qurbanovla Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Bu barədə SalamNews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması üçün qarşılıqlı tədbirlərin vacibliyi qeyd olunub, gəmilərdə formalaşan tullantıların idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər gəmilərdə formalaşan döşəməaltı neftli suların, məişət çirkab sularının və müxtəlif tərkibli bərk tullantıların “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun idarə olunması və utilizasiya edilməsi məsələlərini müzakirə ediblər.

Müzakirələr zamanı Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin CleanSeaNet layihəsi çərçivəsində və Dövlət Dəniz Agentliyinin tabeliyində fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin texniki imkanları vasitəsilə peyk görüntüləri əsasında dənizdə neft ləkələrinin aşkar edilməsi, ləkələrin mənbəyinin müəyyən olunması ilə bağlı məlumatların operativ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürülməsinin təmin ediləcəyi bildirilib.

Yekun olaraq Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması məqsədilə Dövlət Dəniz Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.

Ekologiya və Təbii Sərvətlər Naziri Dövlət Dəniz Agentliyi tərəfindən dənizdə üzən gəmilərin müşahidə edilməsi üçün yaradılmış Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub.

Qeyd edək ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdən ilk dəfə olaraq Azərbaycanda ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb.

Mərkəz “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarəti həyata keçirəcək, həmçinin Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsində naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq bilgilərin, habelə digər mühüm məlumatların ölkə daxilində və beynəlxalq səviyyədə operativ çatdırılmasını təmin edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub

ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

ETSN qanunsuz yolla kəsilən meşə materialı aşkarlayıb

AQTA və ETSN birgə məlumat yayıb

ETSN tərəfindən ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib

ETSN ölkə ərazisində müşahidə olunan anomal hava ilə bağlı açıqlama yayıb

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN rəhbər vəzifələrə işçi axtarır

ETSN “Kristal Abşeron”a 1800 manat məbləğində akt tərtib edib

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

ETSN: Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

25 Fevral 2020, 16:17 (GMT +4)
Kreml martın 5-də Putinlə Ərdoğan arasındakı görüş ehtimalını şərh edib

25 Fevral 2020, 16:15 (GMT +4)
İranın səhiyyə nazirinin müavini də koronavirusa yoluxub (VİDEO)

25 Fevral 2020, 15:40 (GMT +4)
Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

25 Fevral 2020, 15:38 (GMT +4)
AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:35 (GMT +4)
Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

25 Fevral 2020, 15:05 (GMT +4)
Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

25 Fevral 2020, 15:02 (GMT +4)
Tovuzda top mərmisi tapılıb

25 Fevral 2020, 14:57 (GMT +4)
Türkiyə Parlamenti Xocalı ilə bağlı dünyaya səslənib

25 Fevral 2020, 14:40 (GMT +4)
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 Fevral 2020, 14:30 (GMT +4)
DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

25 Fevral 2020, 14:20 (GMT +4)
Türkiyə Prezidenti Azərbaycana gəlib

25 Fevral 2020, 14:18 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 95-ə çatıb

25 Fevral 2020, 14:10 (GMT +4)
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

25 Fevral 2020, 13:52 (GMT +4)
Blumberq artıq prezidentlik kampaniyası üçün 500 milyon dollardan çox pul xərcləyib

25 Fevral 2020, 13:40 (GMT +4)
DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

25 Fevral 2020, 13:35 (GMT +4)
“ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub (FOTO)

25 Fevral 2020, 13:28 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

25 Fevral 2020, 13:21 (GMT +4)
Avropa Kiber İdman Federasiyasında Azərbaycanı Ramil Əliyev təmsil edəcək

25 Fevral 2020, 13:15 (GMT +4)
Ərdoğan Liviyada iki türk əsgərinin öldüyünü açıqlayıb

25 Fevral 2020, 12:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Fevral 2020, 12:55 (GMT +4)
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020, 12:50 (GMT +4)
Həsən Ruhani koronavirusla bağlı: İnşallah bunu da geridə qoyacağıq

25 Fevral 2020, 12:42 (GMT +4)
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 12:29 (GMT +4)
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25 Fevral 2020, 12:23 (GMT +4)
Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

25 Fevral 2020, 12:11 (GMT +4)
Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

25 Fevral 2020, 12:09 (GMT +4)
İraq Parlamenti təşkil edilən yeni hökumətlə bağlı taleyüklü toplantıya hazırlaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66