Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dini icmalarda “Quran” kursları fəaliyyət göstərəcək

18 İyul 2018, 17:45 (GMT +4)

Bakı, 18 iyul, SalamNews. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə və təhsil sahəsində məqsədyönlü fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə iyulun 18-də QMİ-də İdarənin təşkilati tabeçiliyində olan dini icmalarda gənclərin və yaşlıların Qurani-Kərimi öyrənmə kurslarının - “Quran kurs”larının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.

Bu barədə SalamNews-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, QMİ Aparatının rəhbəri Simran Həsənov, İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov, müvafiq bölgə qazıları, səlahiyyətli nümayəndələr və kurslarda çalışacaq müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən QMİ sədrinin birinci müavini Hacı Hacı Salman Musayev “Quran kurs”larının fəaliyyətə başlaması münasibətilə tədbir iştirakçılarını salamlayıb, onlara QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-duasını çatdırıb, “Quran kursu” rəhbərlərini və nümayəndələrini təbrik edib. S. Musayev bildirib ki, “Quran kurs”ları yalnız məscidlərdə və onlara məxsus olan köməkçi tikililərdə bir tədris ili müddətinə təşkil edilir və “Quran kurs”larında tədris Azərbaycan Respublikasında təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı, habelə QMİ tərəfindən icazə verilən digər şəxslər tərəfindən aparılacaq. QMİ sədrinin birinci müavini onu da bildirib ki, “Quran kurs”larının tədris proqramı və tədris müddəti artıq QMİ tərəfindən təsdiq olunub və yaxın zamanlarda QMİ-yə müraciət etmiş digər dini icmalarda da “Quran kurs”larının fəaliyyətə başlaması məsələsinə baxılacaq. S. Musayev çıxışının sonunda “Quran kursu” rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

QMİ-nin Aparat rəhbəri Simran Həsənov çıxışı zamanı qeyd edib ki, “Quran kurs”ları “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də QMİ-nin Nizamnaməsinə əsasən fəaliyyət göstərəcəklər və QMİ kursların açılması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) məlumat verib. QMİ-nin Aparat rəhbəri vurğulayıb ki, “Quran kurs”larının təsdiq edilmiş proqramlar əsasında fəaliyyəti üçün dini qurumun rəhbəri, QMİ-nin bölgə qazısı və rayon üzrə səlahiyyətli nümayəndəsi şəxsən məsuliyyət daşıyır və dini icma “Quran kurs”larının yekunları barədə hər dəfə QMİ-yə yazılı hesabat və DQİDK-nın bölgə şöbəsinə yazılı məlumat təqdim edəcək. S. Həsənov “Quran kurs”larına aid digər hüquqi məsələlərə də aydınlıq gətirib.

İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov “Quran kursu” rəhbərlərinə bu kursların açılması barədə QMİ-nin müvafiq əmrini, QMİ-nin təsdiq etdiyi “Quran kurslarının təşkili haqqında Əsasnamə”ni, Tədris proqramını və digər müvafiq sənədləri təqdim edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Elmi Kitabxanada “Qurani-Kərim”in nüsxələri sərgilənir

İstanbulda ən böyük “Qurani Kərim” təqdim olunub

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Dünyanın ağacdan yonulmuş ən böyük Quranı nümayiş etdirilib (VİDEO)

Yeni Zenlandiya parlamenti iclasını Quran tilavəti ilə açıb (VİDEO)

Rusiyada cəzaçəkmə koloniyasında Quran oxumaq üzrə müsabiqə keçirilib

Tatarıstanda nəşr edilmiş Quran Türkiyədə  yoxlamadan uğurla keçib

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Quran gecəsi keçirilib (FOTO)

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Quran gecəsi keçiriləcək

ABŞ konqresmeni müqəddəs Qurana əl basaraq and içib

ABŞ-da müsəlman konqresmenlər müqəddəs Qurana əl basaraq and içəcək

Gürcüstanda Quran müsabiqəsinə start verilib (FOTOLAR)

Quran və orucla gələn bərəkət, şükür duyğusunu artırır - Ramazan ayının 25-ci gününün duası

Azərbaycanda 35 nəfər Quranı əzbərləyərək hafiz adını qazanıb (FOTO)

Ramazan ayı ilə bağlı Quran tilavəti məclisi keçiriləcək

Azərbaycanda ən kiçik Quran kitabı Gəncədə saxlanılır (FOTO)

"Hacı Cavad" məscidində Quran Gecəsi keçiriləcək

Bağdad-Kərkük yolunda pusqu quran İŞİD silahlıları 10 nəfəri öldürüb

Cümhuriyyəti quran görkəmli şəxsiyyətlərimiz daima hörmət və sevgi ilə yad edilməlidirlər - deputat

Mübariz Qurbanlıya Quran kurslarının təşkil edilməsi ilə bağlı müraciət ünvanlayıblar

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12