Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub

19 İyul 2018, 16:04 (GMT +4)

Bakı, 19 iyul, SalamNews. Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.

SalamNews-un verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Əbülfəs Qarayev, Yevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər.

Qonaqları salamlayan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb.

“Səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli, mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir”,- deyə səfir əlavə edib.

Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir.

“Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, - deyə nazir bildirib.

M.Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür.

Y.Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçıdır.

Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib. O qeyd edib ki, Kiyev şəhər Dövlət Administrasiyası Azərbaycan səfirliyinin irəli sürdüyü bu cür layihələrə həmişə dəstək olmağa hazırdır.

Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Çıxışlardan sonra parkda məşhur müğənninin heykəlin üzərindəki örtüyü götürülüb. Tədbir Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib.

Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi parkın salınması ölkəmizin “ALTE” İnşaat, sənaye və ticarət” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib.

Park Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək salınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

Dneprdə küçələrdən birinə Müslüm Maqomayevin adı verilib

Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə tədbiri keçirilib

Müslüm Maqomayevin vəfatından 10 il ötür

Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Musiqili teatrın banilərindən olan Müslüm Maqomayevin doğum tarixidir

Müslüm Maqomayevin anadan olmasının 76 illiyi qeyd olunacaq

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqənin qalibləri mükafatlandırılıb

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib

Daşkənddə Müslüm Maqomayevin 75 illiyi ilə bağlı konsert təşkil edilib

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə elan edilib

Kiyevdə Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə konsert olub

Xalq artisti Müslüm Maqomayevin anım günüdür

Müslüm Maqomayev Bakıda “Şah İsmayıl”la yad olunub

Azərbaycan peşəkar musiqili teatrının banilərindən olan Müslüm Maqomayevin doğum tarixidir

SSRİ Xalq artisti Müslüm Maqomayev təqaüdünü almaq üçün ərizə qəbulu başlayıb 

Rusiyada Müslüm Maqomayevin barelyefinin açılışı olub

Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyidir

Prezident İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyi haqqında sərəncam imzalayıb

Kreml Sarayında Müslüm Maqomayevin 75 illiyinə həsr edilən konsert keçiriləcək

24 Oktyabr 2019, 09:55 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

24 Oktyabr 2019, 09:40 (GMT +4)
Beni Qansa İsrail hökumətinin qurulması həvalə edilib

24 Oktyabr 2019, 09:37 (GMT +4)
Elmar Məmmədyarov: Fələstin xalqının yanındayıq

24 Oktyabr 2019, 09:24 (GMT +4)
DİN: Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb

24 Oktyabr 2019, 09:15 (GMT +4)
Tramp Türkiyə əleyhinə sanksiyaları ləğv edib

24 Oktyabr 2019, 09:05 (GMT +4)
Azərbaycana qanunsuz narkotik vasitə keçirməyə cəhd edən şəxs saxlanılıb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66