Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 14:17 (GMT +4)

Bakı, 21 iyul, SalamNewsAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

SalamNews xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyət göstərdiyi 9 ildən artıq müddətdə dövlətin mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayırdığını diqqətə çatdırıb. Bildirib ki, bu vəsait əsasən çap mediasının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Fond mütəmadi olaraq müsabiqələr təşkil edir. Budəfəki müsabiqə 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 66 KİV-dən 162 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib gəlib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm bir mərhələsini qeyd edir. Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən milli mediamızın da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə “Əkinçi” qəzeti yaradılıb. “Əkinçi”yə gedən yol uzunmüddətli milli, mədəni, mənəvi inkişafın nəticəsi idi. Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman xalqımızın maariflənməsini heç də istəmirdilər və buna görə də “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərdi. Ermənilər tərəfindən çar Rusiyasına yazılan donoslar qəzetin bağlanmasına rəvac verdi. Ancaq “Əkinçi”nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. “Əkinçi” məktəbində formalaşan ziyalılar Azərbaycan mediasının sonrakı inkişafına öz dəstəklərini verdilər.

Xalq Cümhuriyyəti süquta uğrayandan sonra Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil edildiyini bildirən Əli Həsənov deyib ki, o zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli mənəvi dəyərlərimizi, maarifçiliyimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində - 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi həmin dövrdə milli medianın inkişafına böyük təkan verdi.

Çıxışına davam edən Prezidentin köməkçisi deyib: “Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda müstəqil media nümunələri də yaranmağa başladı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin xidmətləri qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir. Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralist cəmiyyət siyasətinin önəmli rolu var. Bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib. Prezident İlham Əliyev mediaya xüsusi diqqət, qayğı göstərir. Jurnalistlərin sosial problemlərinin aradan qaldırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar öz bəhrəsini verir”.

Əli Həsənov bildirib ki, bu gün Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir, birgə çıxış edirlər. Bu tədbirdə Türkiyədən olan jurnalistlərin iştirakı bunun bariz nümunəsidir.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Səfir ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişafının məmnunluq doğurduğunu vurğulayıb.

Mərasimdə Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan fəxri diplomla təltif olunub.

Tədbir bədii hissə ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov vəzifəsindən azad edilib (RƏSMİ)

Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır

Əli Həsənov: Azərbaycan iqtidarı öz Müəlliminin - Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir

Əli Həsənov: Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır

Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

Əli Həsənov: Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Əli Həsənov: Böyük Zəfər yürüşü uzaqda deyil

Əli Həsənov: Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Əli Həsənov: İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında ciddi amillər dayanır

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Əli Həsənov: Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər

Əli Həsənov: Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir

24 Fevral 2020, 09:03 (GMT +4)
Türkiyə müvəqqəti olaraq İranla sərhədi bağlayıb

24 Fevral 2020, 09:02 (GMT +4)
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66