Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezidentin köməkçisi Əli Həsənov bizə çox böyük etimat göstərdi - Toğrul Allahverdili 

23 İyul 2018, 17:31 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. Artıq üç gündür davam edən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evinin və Mətbuat Şuarasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forumu sona çatdı.

SalamNews xəbər verir ki, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili forum barədə öz fikirlərini bölüşüb.

İlk öncə, tədbirin gerçəkləşməsi üçün dəstək olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. İki ay bundan öncə əziz dostum Aqil Ələsgər bu tədbirin keçirilməsi planlarından danışarkən sual verdim ki, bəs, Aqil biz bunu bacaracağıqmı? Aqil də hərə dəfə həyata pozitiv baxan bir şəxs olduğu üçün bu ağır məsuliyyətli işin də öhdəsindən layiqincə gələcəyimizi bildirdi və sübut üçün bundan əvvəl də keçirdiyimiz “Regionun gələcəyi və perspektivləri” adlı tədbiri misal gətirdi.

Bu işdə bizə ən böyük dəstəkçilərimizdən biri olan dəyərli anamız, ziyalımız Tənzilə Rüstəmxanlı oldu ki, bizə ürək-dilək və stimul verdi. Belə bir deyim var ki, əsl qəhrəmanlar pərdə arxasındadırlar – görünməzlər. Bizim bu tədbirimizin ərsəyə gəlməsində Tənzilə xanım məhz həmin görünməz qəhrəmanlardandır.

Bu tədbirin gerçəkləşməsində dəstəyi olanlardan biri də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və 24 saat bizimlə çalışan, işçi qrupunu yaradan, bütün yükü öz çiyinlərində bizimlə birlikdə daşıyan Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtım müşaviri İrfan Ciftçi oldu. Təbii ki, bunlar tədbirin kənardan görünməyən tərəfləri idi.

Təşəkkür elə bir jestdir ki, insan əməyinə verilən dəyərdir. Bu tədbirin keçirilməsinin səbəbkarlarından biri də Anadolu Yayıncılar Dərnəyinin başkanı, dəyərli Sinan Burhan abimizdir. Ümumiyyətlə, Türkiyədən gələn jurnalist qonaqlarımızın yarısı ilə bundan əvvəlki forumlarda, tədbirlərdə tanış olmuşdum. Yarısı ilə bu forumda tanış oldum. Azərbaycan mediası olaraq yeni-yeni dostlar qazandıq. Tədbir doğrudan da, möhtəşəm keçdi. Mətbuatdan da gördüyünüz qədər ölkə gündəmini zəbt etdi.

Tədbirin keçirilməsində dəstək verənlər arasında hörmətli millət vəkilimiz, Əflatun Amaşovun rəhbərlik etdiyi Mətbuat Şurasının bu tədbirdə böyük rolu oldu. Forumda maraqlı mövzular müzakirə olundu. İki qardaş ölkənin mediasının birləşməsi və informasiya müharibəsində birlikdə çiyin-çiyinə vuruşmasının yolları haqqında danışıldı. Bilirsiz, qardaş ölkənin televiziya, qəzet və sayt rəhbərlərinin Azərbaycan həqiqətləri və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük rolu olub.

Son olaraq, ən böyük təşəkkürümüzü Azərbaycan Respublikasının Prezident Administrasiyasına edirik. Çünki ilk gündən PA bizə mənəvi dəstək oldular. Bizi tək qoymadılar. Onların bizə dəstək olmaları bizi bu işə daha da ciddi yanaşmağımıza sövq etdi və məsuliyyətimizi bir o qədər də artırdı.Bu dəstək bizim üçün məsuliyyət gətirdiyi qədər şərəf də gətirdi. Xüsusi təşəkkürümüzü dəyərli ziyalımız, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənova bildiririk. Ki, qardaş ölkədən təşrif buyuran yazarlarımızı qarşıladı. Onlarla görüş keçirdi və onlara əsl Azərbaycan qonaqpərvərliyini göstərdi. Bu, bizim üçün böyük bir şərəfdir. Bu, bizim üçün böyük bir etimaddır. Biz bu etimada görə, Azərbaycan Respublikasının Prezident Administrasiyasına və Əli müəllim başda olmaqla PA-nın rəsmilərinə öz təşəkkürümüzü bildiririk.

Tədbirin ilk günündən son gününə qədər bizimlə və qonaqlarımızla birlikdə olan Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi Bəhruz Həsənova sonsuz təşəkkürümüzü bildiririk. Ki, onun tədbirimizin keçirilməsində əvvəldən axıra qədər böyük xidmətləri oldu.

İndi isə qayıdaq tədbirin əsas qəhrəmanına və ona öz təşəkkürümüzü bildirək. Tədbirin əsas qəhrəmanı dostum Aqil Ələsgərdir. Biz onunla bu gün birlikdə böyük bir məsuliyyətli yükü çiyinlərimizdə daşıyırıq. Bir neçə gün öncə Aqilin paylaşımının altında şərh yazdım ki, bu barədə ətraflı yazacam. Bax, həmin ətraflı yazım bu günə təsadüf etdi. Bütün çətinliklərə rəğmən Aqil Ələsgər bunu bacardı. Təbii ki, bu, Aqilin uğurudur və Aqilin uğuru isə bütövlükdə mənim də uğurumdur. Mənim üçün Aqil Ələsgər elə Toğrul Allahverdili deməkdir. Bu, Yeniçağ Media Qrupunun uğurudur. Təşəkkür, əziz yeniçağçılar! İndi bizim çağımızdır! Davam yoxsa, tamam?! Cavab bəllidir, yola davam...


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Alxanlıdakı faciə dünyaya və insanlığa qarşı törədilmiş terrordur - Toğrul Allahverdili

Toğrul Allahverdili: Azərbaycanda yaşayan ruslar bizim həmvətənimizdir, Azərbaycanın övladlarıdır

Toğrul Allahverdili: Dünya dövlətləri Türkiyəyə və Azərbaycana ikili standartlarla yanaşır

Toğrul Allahverdili ATEV-də yüksək vəzifəyə təyin olunub

Münhen Təhlükəsizlik Konfransı Azərbaycan üçün xüsusi əhəmiyyətlidir - Toğrul Allahverdili

Toğrul Allahverdili: Prezident İlham Əliyev dünyada barışdırıcı missiya həyata keçirir

Erməni lobbisi Azərbaycan diplomatiyasının uğuruna ləkə salmağa çalışır - Toğrul Allahverdili

Toğrul Allahverdili: Jirinovski kimi siyasətçiləri ciddi qəbul etmək olmaz

ASGA vasitəsilə gənclər beynəlxalq tədbirlərdə Azərbaycanı ən yüksək səviyyədə təmsil ediblər - Toğrul Allahverdili

Diaspor siyasətinə dəstək olmaq prioritet məsələmizdir - Toğrul Allahverdili

Toğrul Allahverdili: "Referendum dünya azərbaycanlıları tərəfindən dəstəklənib"

Məqsədimiz Rusiyada yaşayan Azərbaycan gənclərini bir bayraq altında birləşdirməkdir - Toğrul Allahverdili

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66