Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb

02 Avqust 2018, 09:31 (GMT +4)

Bakı, 2 avqust, SalamNewsAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənovvə nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.

Nazirliyin mətbuat xidmətin SalamNews-a verilən məlumata görə, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. 

Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istilik sistemləri, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Sonra nazir sərhədyanı ucqar dağ kəndlərindən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb. Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı ucqar dağ kəndinə rahat asfalt yolunun salınması, qaz və işıq xətlərinin çəkilməsinə görə öz məmnunluqlarını ifadə edən kənd sakinləri müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.

Kənd camaatı Azərbaycan Ordusunun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini və əhalinin hərbçilərə etimadının yüksək olduğunu da bildirib.

Sonra yerli sakinlərlə söhbət çay süfrəsi ətrafında davam etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 İyul 2020, 12:38 (GMT +4)
Rusiyada son sutkada 175 nəfər koronavirusdan ölüb  

14 İyul 2020, 12:30 (GMT +4)
DİN: Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanılıb

14 İyul 2020, 12:18 (GMT +4)
“Bacarıqlı gənclər” festivalı keçiriləcək

14 İyul 2020, 12:17 (GMT +4)
Qırğızıstan XIN rəhbəri koronavirusa yoluxub

14 İyul 2020, 12:08 (GMT +4)
ABŞ qüvvələri Əfqanıstanda beş hərbi qərargahı tərk ediblər

14 İyul 2020, 12:01 (GMT +4)
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqlənib

14 İyul 2020, 11:51 (GMT +4)
Elmar Məmmədyarov sərhəddə olanlar barədə Aİ-nin ali nümayəndəsinə məlumat verib

14 İyul 2020, 11:35 (GMT +4)
Rəsmi Dəməşq beynəlxalq təşkilatın «kimyəvi hücum»la bağlı hesabatını siyasi qərar adlandırıb

14 İyul 2020, 11:25 (GMT +4)
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 51 ili tamam olur

14 İyul 2020, 11:12 (GMT +4)
ABŞ-da koronavirus peyvəndinin istehsalına başlanacaq

14 İyul 2020, 11:10 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

14 İyul 2020, 11:01 (GMT +4)
Səidə Fətullazadə yüksək vəzifəyə təyin edilib

14 İyul 2020, 10:55 (GMT +4)
BMT baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə çağırır

14 İyul 2020, 10:52 (GMT +4)
DİM: İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər 

14 İyul 2020, 10:41 (GMT +4)
İran nüvə sazişində qalan tək ölkə olmayacağını bildirib

14 İyul 2020, 10:40 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri Tovuzun kəndlərini atəşə tutub

14 İyul 2020, 10:18 (GMT +4)
Türkiyə XİN Ayasofyanın yeni statusu ilə əlaqədar Aİ tənqidlərinə cavab verib

14 İyul 2020, 10:06 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

14 İyul 2020, 09:53 (GMT +4)
İyulun 15-dən etibarən Rusiya gələnlər üçün iki həftəlik karantin ləğv edəcək

14 İyul 2020, 09:47 (GMT +4)
Səudiyyə və İraq illərdir bağlı qalan yeganə sərhəd keçidini açmağı planlaşdırırlar

14 İyul 2020, 09:30 (GMT +4)
MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

14 İyul 2020, 09:25 (GMT +4)
«Liviya Parlamenti» Misiri ölkədə hərbi müdaxilə etməyə çağırıb

14 İyul 2020, 09:14 (GMT +4)
ÜST: Dünyada 13 milyondan çox insan koronavirusa yoluxub

14 İyul 2020, 09:00 (GMT +4)
Ucarda atasını öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

13 İyul 2020, 21:16 (GMT +4)
MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib (VİDEO)

13 İyul 2020, 18:56 (GMT +4)
Rəhim Qazıyev saxlanılıb və barəsində cinayət işi başlanılıb

13 İyul 2020, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

13 İyul 2020, 17:45 (GMT +4)
WP: Tramp andiçmədən sonra 20 min dəfədən çox yalan danışıb 

13 İyul 2020, 17:45 (GMT +4)
Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

13 İyul 2020, 17:41 (GMT +4)
İran Nətənz nüvə obyektindəki partlayışın səbəbinin müəyyənləşdiyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66