Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Turizm Agentliyi əlaqələrini genişləndirir

14 Avqust 2018, 14:10 (GMT +4)

Bakı, 14 avqust, SalamNewsAvqustun 14-də Azərbaycana səfəri çərçivəsində “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

Dövlət Turizm Agentliyindən SalamNews-a bildirilib ki, görüş çərçivəsində Azərbaycanın turizm imkanları, mövcud infrastruktur, bütövlükdə turizm sənayesinin inkişafı haqqında müzakirələr aparılıb.

Akos Niklai Avropanın ən böyük turizm sənayesi iştirakçılarını birləşdirən “HOTREC – Hospitality Europe” təşkilatının Azərbaycanda sabit və güclü hotellər assosiasiyasının formalaşdırılması işində Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosuna dəstək verməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, qabaqcıl turizm təcrübələrinin öyrənilməsi və bunun yerli kolorit əsasında mövcud potensialı inkişaf etdirmək istiqamətində tətbiq edilməsi, bütövlükdə turizm sənayesində, xüsusilə hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətinin artırılması istiqamətində işlərin görülməsi vacib məqamlardandır.

Görüş zamanı Azərbaycanın təşkilata müşahidəçi statuslu üzv olması məsələsi də müzakirə edilərək bunun üçün lazımi proseduralara başlanılması qərarlaşdırılıb.

“HOTREC – Hospitality Europe” Avropanın 30 ölkəsindən 43-dən çox turizm üzrə ixtisaslaşmış assosiasiyaları, hotel, restoran və bu istiqamətdə ixtisaslaşmış şirkətləri birləşdirərək, turizm sənayesinin inkişafı, innovasiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eyni zamanda yeni “yaşıl” texnologiyalar vasitəsilə ətraf mühitin qorunması, qastronomik turizmdə resursların daha effektiv istifadəsi, eləcə də sağlam və təhlükəsiz qida prinsipi əsasında dayanıqlılığın təmini, turizm sənayesi iştirakçıları arasında rəqabətliliyin artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Aprel 2021, 12:00 (GMT +4)
Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb

13 Aprel 2021, 11:54 (GMT +4)
Nətənzdəki təxribata cavab olaraq burada daha sürətli sentrifuqalar quraşdırılacaq – Zərif

13 Aprel 2021, 11:43 (GMT +4)
Bayden müsəlmanları müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib

13 Aprel 2021, 11:30 (GMT +4)
DİM aprelin 15-16-da 26 mindən çox şagird üçün buraxılış imtahanı keçirəcək

13 Aprel 2021, 11:24 (GMT +4)
Türkiyədə koronavirusa yoluxmada gündəlik artım yenidən rekord göstəriciyə yaxınlaşıb

13 Aprel 2021, 11:10 (GMT +4)
İlham Əliyev: Ermənistanın məqsədi Azərbaycan irsini məhv etmək idi

13 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)

13 Aprel 2021, 10:49 (GMT +4)
Sergey Lavrov Tehranda iranlı həmkarı Cavad Zəriflə görüşüb

13 Aprel 2021, 10:46 (GMT +4)
ABŞ-ın Tennessi ştatında məktəbdə atışma baş verib

13 Aprel 2021, 10:45 (GMT +4)
Siyəzəndə gənc qız su kanalında batıb

13 Aprel 2021, 10:30 (GMT +4)
Azərbaycan nefti 63 dollara qədər bahalaşıb

13 Aprel 2021, 10:21 (GMT +4)
CNN: Bayden administrasiyası Sallivanı ABŞ-ın Rusiyadakı səfiri olaraq saxlamağa qərar verib

13 Aprel 2021, 10:15 (GMT +4)
ƏƏSMN: Son 3 ildə Azərbaycanda orta aylıq pensiya 60% artıb

13 Aprel 2021, 10:00 (GMT +4)
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir (CANLI)

13 Aprel 2021, 09:49 (GMT +4)
Rusiya İranın Nətənz nüvə obyektində törədilən təxribata münasibət bildirib

13 Aprel 2021, 09:47 (GMT +4)
Bayden Kristin Uormutu ABŞ Ordu Naziri vəzifəsinə namizəd göstərib

13 Aprel 2021, 09:45 (GMT +4)
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb, 12 nəfər cərimə edilib

13 Aprel 2021, 09:30 (GMT +4)
Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir

13 Aprel 2021, 09:18 (GMT +4)
Rusiya Türkiyə ilə müntəzəm və çarter uçuşlarını məhdudlaşdırır

13 Aprel 2021, 09:10 (GMT +4)
ABŞ İranın Nətənz nüvə obyektində törədilən təxribata münasibət bildirib

13 Aprel 2021, 09:00 (GMT +4)
Bu gecə niyyət gecəsidir, sabah isə Ramazan ayının biridir

12 Aprel 2021, 18:00 (GMT +4)
"Bakı Metropoliteni" qatarların baxış-təmir sahələrində yenilik tətbiq edir

12 Aprel 2021, 17:55 (GMT +4)
Leyla Əliyevanın şeir toplusunun təqdimat mərasimi keçirilib (FOTO)

12 Aprel 2021, 17:51 (GMT +4)
Parisdə naməlum şəxs xəstəxana qarşısında dayanan insanları atəşə tutub

12 Aprel 2021, 17:50 (GMT +4)
Bakının Nobel prospektinin adı dəyişdirilərək 8 Noyabr prospekti adlandırılıb

12 Aprel 2021, 17:45 (GMT +4)
Sumqayıtda Vətən müharibəsi şəhidinin adına bulaq tikilib

12 Aprel 2021, 17:40 (GMT +4)
Ceyhun Bayramov: “Ermənistan terrorçu diversantları “hərbi əsir” kimi qələmə verir”

12 Aprel 2021, 17:40 (GMT +4)
Ankara Ottavanı müdafiə sahəsində qoyulan məhdudiyyətləri nəzərdən keçirməyə çağırıb

12 Aprel 2021, 17:35 (GMT +4)
"Nar" paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)

12 Aprel 2021, 17:30 (GMT +4)
Allahşükür Paşazadə Erkan Özoralı qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66