Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Caspian European Club”la əməkdaşlığı genişləndirir

17 Avqust 2018, 12:45 (GMT +4)

Bakı, 17 avqust, SalamNewsDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Komitədən SalamNews-a verilən məlumata görə, görüşdə təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, ölkədə şəhərsalma və tikinti sahəsinin perspektiv inkişafı istiqamətləri vəqarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S.Nuriyev qurumun qısa- və uzunmüddətli hədəfləri, görülən işlər barədə məlumat verib və qeyd edib ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Onun sözlərinə görə, dövlət başçısının Komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri bu prosesin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsidir. 

İş adamlarını bu sahədə açıq dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edən cənab Samir Nuriyev, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun böyük rolunun və məsuliyyətinin olduğunu vurğuladı, Komitənin cavabdehlik dairəsinə aid olan layihələrlə bağlı “Caspian European Club”un üzvlərinin təkliflərinin öyrənilməsinin vacibliyini qeyd edib.

Göstərilən diqqətə və “Caspian European Club”la sıx əməkdaşlığa görə Komitə sədrinə minnətdarlığını bildirən T.Əliyev, ikitərəfli əməkdaşlığın şəhərsalma və tikinti sahəsində problemlərin həllinə töhfə verəcəyinə, habelə iş adamları ilə davamlı dialoqun, məlumat və təcrübə mübadiləsinin təşkili ilə bağlı təmsil etdiyi özəl sektorun hər cür səy göstərəcəyinə inandığını bildirib.

Görüş çərçivəsində aparılmış fikir mübadiləsinin yekununda, tikinti sahəsində mövcud çağırışların operativ müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə “Caspian European Club”un, “Caspian American Club”un və “Caspian Asian Club”un üzv şirkətlərinin və Komitənin məsul əməkdaşlarının təmsil olunacağı daimi işçi qrupun yaradılması barədə razılıq əldə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

28 Noyabr 2020, 15:53 (GMT +4)
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib

28 Noyabr 2020, 15:44 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66