Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı günü” keçirilib (FOTO)

12 Sentyabr 2018, 17:17 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews. Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” – yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib.

SalamNews xəbər verir ki, görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev ilə yanaşı, Bakı Gəmiqayırma Zavodunun, “Caspian Marine Services”-nin rəhbərliyi, Gəmiçiliyin əməkdaşları, Akademiyanın müəllim heyəti də iştirak ediblər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib.

Bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Belə ki, tələbə adını qazananların iyirmi doqquzu 500-600, üçü isə 600-700 arası bal toplayıb. Bu il Akademiyada 1 Türkmənistan və 5 Türkiyə vətəndaşı da təhsil alacaq.

Çingiz Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təmin olunurlar. Təkcə bu il Gəmiçilik rəhbərliyinin tövsiyəsi ilə xaricdən 10 laboratoriya dəsti alınaraq quraşdırılıb. Ən müasir trenajorlar, laboratoriyalar imkan verir ki, peşəkar kadrlar hazırlayaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev çıxışında Gəmiçiliyin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dənizçiliyin inkişafı uzun və şərəfli yol keçib: “1858-ci ildən başlayan bu yolda qazanılan uğurlar hesabına hazırda AXDG dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmaq imkanındadır. Bu il Gəmiçilik 160 illik yubileyini qeyd edir. Üç əsrə şahidlik edən böyük şirkətin bir parçası olmaq hər kəs üçün qürurvericidir. Əminəm ki, gələcəyin peşəkar kadrları kimi siz Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə apara biləcəksiniz. Və bütün dövrlərdə nüfuzlu peşə sayılan dənizçi adına layiq olacaqsınız.”

Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasında yaradılan şəraitdən də danışıb. Bildirib ki, təhsil ocağına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən daim dəstək verilir: “Burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu il ilk dəfə olaraq Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədris aparılacaq. Ötən ildən “AXDG” QSC-nin hesabına təhsildə fərqlənən tələbələrə əlavə təqaüd verilir. Artıq bu imkandan ADDA-nın 50-dən çox tələbəsi yararlanıb”.

Bundan başqa, Cəmiyyətin sədri Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədi ilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, bu fürsətdən ötən tədris ilində 10-dan çox tələbə faydalanıb. O, eyni zamanda “AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün ADDA məzunlarının dünyanın nüfuzlu ali məktəblərinə göndərilməsi üçün şərait yaradıldığını da vurğulayıb.

Rauf Vəliyev qeyd edib ki, bütün bunlar ilk növbədə tələbələrin təhsilə maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq məqsədi daşıyır. Digər tərəfdən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verdiyini göstərir.

Sədr deyib:“Şirkətimizin qarşısında mühüm strateji hədəflər dayanır. Bu hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır. Məhz, bu səbəbdən Dəniz Akademiyasının tələbələrindən gözləntilərimiz çoxdur. Burada hər cür şərait yaradılıb. Təhsil müəssisəsini yaxşı qiymətlərlə bitirənlərin işlə təmin olunmaları üçün onlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zəmanət Məktubu” verilir”.

QSC-nin sədri ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da bildirib: “Bu il “AXDG”-nin iki gənc əməkdaşı “Columbia Shipmanagement Ltd”-nin gəmilərində təcrübə keçməyə göndərildi. Layihənin sonunda iştirakçılar haqqında müsbət rəy verildi, onlara müvafiq sertifikatlar təqdim olundu. Hətta “Columbia Shipmanagement Ltd” həmin gənclərə iş təklifi də etdi. Lakin, hər iki gənc fəaliyyətlərini Gəmiçilikdə davam etdirmək istədiklərini bildirdilər. Bu onu göstərir ki, ADDA-nın məzunlarına peşəkar kadr kimi hər yerdə təlabat var. Belə imkanlar Akademiyanı yüksək nəticələrlə bitirən məzunlara yaradılacaq. ”

Daha sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kadr siyasəti haqqında hazırlanan “İnsan Sərvətimizdir” filmi nümayiş olunub. Filmdə kadr ehtiyatlarının planlaşdırılması, əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların xidməti fəaliyyətin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması, mükafatlandırma və həvəsləndirmə, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi kimi vacib məsələlərdən bəhs olunub.

Sonda gənclərin və valideynlərin sualları səsləndirilib, arzu və istəkləri dinlənilib.

Tədbirdə 2018-ci ildə Akademiyanı 9 tələbənin fərqlənmə diplomu ilə bitirdiyi qeyd olunub. Onlardan üç nəfərinə ADDA-nın fərqlənmə diplomu və döş nişanları təqdim edilib. Digər 6 nəfər isə hazırda ordu sıralarında Vətən qarşısında borcunu yerinə yetirir.

Daha sonra ADDA-ya yüksək balla daxil olan üç nəfərə tələbə bileti və hədiyyələr təqdim olunub.

Rəsmi hissə bitdikdən sonra görüş iştirakçıları Dəniz Akademiyasının əsas binasında yerləşən trenajor otağı və auditoriyalarla tanış olublar. Qonaqlar Akademiyanın yeməkxanasında nahar ediblər. Valideynlər yeməklərin keyfiyyəti ilə tanış olublar


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində xarici audit keçirilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-geoloji gəmisi təmirə dayanıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Təlim-Tədris Mərkəzi yenilənib (FOTOLAR)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzi beynəlxalq sertifikat alıb

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakıda yaxta turunun təşkili ilə bağlı məlumata aydınlıq gətirib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi qəbulu elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yeni departament yaradılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi vakansiya elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Expo Mərkəzində keçiriləcək Beynəlxalq sərgidə təmsil olunacaq 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” məcburi köçkün ailələrinə bayram sovqatı verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri qurumun Təlim-Tədris Mərkəzində olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC növbəti Təqaüd Proqramını elan edir 

Gənclər Günü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə qeyd olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də elektron bilet sifarişi tətbiq edilir

17 İyul 2019, 19:57 (GMT +4)
“Azercell”: Məlumatlar həqiqəti əks etdirmir

17 İyul 2019, 18:04 (GMT +4)
Gələn il AMEA 75 yaşını qeyd edəcək

17 İyul 2019, 17:56 (GMT +4)
İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

17 İyul 2019, 17:52 (GMT +4)
İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

17 İyul 2019, 17:43 (GMT +4)
SalamNews Azərbaycan İlahiyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

17 İyul 2019, 17:33 (GMT +4)
Türkiyə XİN Ərbildə baş verən hücumla bağlı bəyanat yayıb

17 İyul 2019, 17:27 (GMT +4)
Şurada onlayn konsultativ xidmətin ilk təqdimatı keçirilib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:29 (GMT +4)
"CinemaPlus"da “Super Yay” aksiyasına start verilib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12