Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

15 Sentyabr 2018, 11:08 (GMT +4)

Bakı, 15 sentyabr, SalamNewsSentyabrın 14-də Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi. İclasda mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edirdi.

SalamNews xəbər verir ki, iclası mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının 131 nəfər üzvü var. Onlardan 115 nəfər iclasda iştirak edir. Üzrlü səbəblərə görə iclasda 16 nəfər iştirak etmir.

İclasın katibi seçildikdən sonra növbədənkənar iclas işə başladı.

Gündəlikdə duran məsələlər elan olundu: Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin, komitənin sədrinin, sədr müavinin, eləcə də Təftiş komissiyasının üzvlərinin və Təftiş komissiyası sədrinin seçilməsi.

Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin 9 nəfərdən ibarət tərkibi seçildi. Xalq yaradıcığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədov Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi. Komitənin tərkibi – sədr, sədr müavini və üzvləri təsdiq edildi.

Daha sonra Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının Təftiş komissiyasının tərkibi təsdiq edildi, Lalə Fərəcova komissiyanın sədri seçildi.

İclasda çıxış edən Vüqar Şixəmmədov ona göstərilən etimada görə hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, bundan sonra da həmkarlar ittifaqı olaraq əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının daha səmərəli təşkili üçün çalışacaqlar.

İclasın yekununda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev həmkarlar ittifaqının işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: “Həmkarlar ittifaqı kimi işçilərin fikirlərini ifadə edən belə bir qurumun fəaliyyətinin daha da gücləndirilməsi bizim üçün olduqca vacibdir. İnanıram ki, yeni seçilmiş tərkiblə yeni məsələlər, yeni ideyalar gündəmə gələcək. Kollektivdə sağlam mühitin saxlanılması, əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün daha da artırılması istiqamətində önəmli işlər görüləcək. Çünki kollektivdə sağlam mühit hər zaman işin xeyrinə olur, iş prosesinə müsbət təsir göstərir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi vacibdir”.

Əbülfəs Qarayev hər il nazirliyin kollektivinə gənclərin işə qəbul edildiyini vurğulayaraq bildirdi ki, təcrübəli kadrlarımız onların mədəniyyət sahəsini daha dərindən bilmələrinə yardımçı olmalı, öz təcrübələrini onlarla bölüşməlidirlər.

Nazir əməkdaşların işə davamiyyəti, nizam-intizam, daxil olmuş sənədlərin vaxtında həll olunması kimi məsələlərə daha da diqqətlə yanaşılmalı olduğunu bildirdi.

Əbülfəs  Qarayev mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə kollektiv iştirak, kollektivlər arasında idman yarışları, müsabiqələrin təşkil olunmasının vacibliyini də qeyd etdi.

Nazir sonda bir daha qeyd etdi ki, komitə bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Əbülfəs Qarayev hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenka Putinlə əlaqəyə keçmək niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

15 Avqust 2020, 12:15 (GMT +4)
Çavuşoğlu: BƏƏ və İsrail arasındakı razılaşmanın məqsədi "Sülh Planı"nı dəstəkləməkdir

15 Avqust 2020, 12:00 (GMT +4)
TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

15 Avqust 2020, 11:47 (GMT +4)
Operativ Qərargah son günlər koronavirusa yoluxmada baş verən artımın səbəbini açıqlayıb

15 Avqust 2020, 11:44 (GMT +4)
Hindistan koronavirusa qarşı üç peyvəndi sınaqdan keçirir

15 Avqust 2020, 11:42 (GMT +4)
ABŞ-ın Federal Təhqiqat Bürosu da Beyrut partlayışını araşdıracaq - KİV

15 Avqust 2020, 11:33 (GMT +4)
Hikmət Hacıyev: Tədrisin bərpası kompleks şəkildə araşdırılır

15 Avqust 2020, 11:22 (GMT +4)
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib

15 Avqust 2020, 11:15 (GMT +4)
AB Belarus hökumətinə qarşı sanksiyaların tətbiqi üzərində işə başlayıb

15 Avqust 2020, 11:15 (GMT +4)
Ceyhun Bayramov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

15 Avqust 2020, 11:09 (GMT +4)
İran ABŞ qətnamə layihəsinin BMT TŞ-da rədd edilməsinə münasibət bildirib

15 Avqust 2020, 11:07 (GMT +4)
Azərbaycan çay idxalını artırıb

15 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

15 Avqust 2020, 10:45 (GMT +4)
Ərdoğan və Maduro əməkdaşlıq məsələlərini müzakirə edib

15 Avqust 2020, 10:39 (GMT +4)
Hizbullah lideri BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib (VİDEO)

15 Avqust 2020, 10:30 (GMT +4)
Azərbaycanda kafe və restoranların iş qrafiki açıqlanıb

15 Avqust 2020, 10:18 (GMT +4)
Avqustun 18-dən kafe və restoranların açıq hava şəraitində xidmət göstərməsinə icazə verilir

15 Avqust 2020, 10:12 (GMT +4)
Maykl Cordanın ayaqqabıları rekord qiymətə satılıb

15 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66