Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

17 Sentyabr 2018, 13:44 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır.
SalamNews xəbər verir ki, artıq müştərilər “bulud” üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur: “Office 365 Business Essentials”, “Office 365 Business” və “Office 365 Business Premium”. Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur.
“Microsoft Office 365”-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, “Microsoft Office” proqramları ilə işləmək mümkün olacaq.
Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin “Office 365”-in quraşdırılması və idarə olunması da çox sadədir.
Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün sales@datamerkezi.az ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.
“AzInTelecom” haqqında

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və “bulud” əsaslı xidmətlər.
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
İnfrastruktur (IaaS) və “bulud” xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və “bulud” xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.
Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.datamerkezi.az veb-saytlarından istifadə edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

28 Sentyabr 2020, 15:48 (GMT +4)
Qətər və İran elektrik şəbəkəsinin dənizin altı ilə birləşdiriməsini müzakirə edirlər

28 Sentyabr 2020, 15:41 (GMT +4)
Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb

28 Sentyabr 2020, 15:38 (GMT +4)
Ermənilərin artıq hesab verməyinin vaxtı gəlib çatıb - Ərdoğan

28 Sentyabr 2020, 15:31 (GMT +4)
Ermənistan xaricdən gələn muzdluları geri göndərməlidir - Hulusi Akar

28 Sentyabr 2020, 15:16 (GMT +4)
Peskov: Əliyev ilə Putin ehtiyac olarsa əlaqə saxlayacaq

28 Sentyabr 2020, 15:10 (GMT +4)
Metronun fəaliyyətinə dair rəsmi açıqlama verilib

28 Sentyabr 2020, 15:05 (GMT +4)
İran işğal edilmiş Qarabağdan ölkə ərazisinə bir raket və bir mərminin düşdüyünü bildirib

28 Sentyabr 2020, 15:00 (GMT +4)
Deputat: Düşmənin hərbi əməliyyatı planlaşdırılmış təxribatdır 

28 Sentyabr 2020, 14:54 (GMT +4)
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

28 Sentyabr 2020, 14:50 (GMT +4)
Kaşıkçı cinayət işi ilə bağlı məhkəməyə ikinci dosye göndərilib

28 Sentyabr 2020, 14:30 (GMT +4)
MN: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

28 Sentyabr 2020, 14:23 (GMT +4)
Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

28 Sentyabr 2020, 14:12 (GMT +4)
Merkel gizli şəkildə Navalnını ziyarət edib

28 Sentyabr 2020, 14:01 (GMT +4)
Ümrə ziyarətində yeni qaydalara əsasən Kəbə evinə toxunmağa icazə verilməyəcək

28 Sentyabr 2020, 13:54 (GMT +4)
Ukrayna aviaşirkəti mövcud vəziyyətlə bağlı Ermənistana uçuşları ləğv edib

28 Sentyabr 2020, 13:40 (GMT +4)
Nazirlik: Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 2 məktəbli həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66