Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərkosmos”un peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 34% artıb

17 Sentyabr 2018, 14:15 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews2017-ci ildə “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 530,4 min manat, digər gəlirləri isə 450,4 min manat təşkil edib. Cəmiyyətin ümumi xərcləri isə 43054,8 min manat olub.

SalamNews bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabata istinadən xəbər verir.

Xatırladaq ki, 2016-cı ildə Cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 085,2 min manat, digər gəlirləri isə 1 410,2 min manat təşkil edib, ümumi xərcləri 31 180,2 min manat olub.

Peyk telekommunikasiya xidmətinin göstərilməsi üzrə xərclərinin tərkibində əsas xərcləri 2016-cı ildə 86,4%-i, 2017-ci ildə isə 86,0%-i borca görə faizlər və onunla bağlı xərclər, sığorta xərcləri, bank xidməti üzrə xərclər, amortizasiya xərcləri, əmək haqqı və ona üstəlik xərclər təşkil edib.

2017-ci ildə ümumi xərclərdə amortizasiya xərclərinin artımı "Azersky" layihəsi üzrə peykin yerüstü avadanlıqlarının istismara qəbul olunması və həmin avadanlıqlara 6467,8 min manat məbləğində amortizasiya hesablanması, faiz xərclərinin artımı isə buraxılmış borc qəbzi (notlar) üzrə beynəlxalq kredit təşkilatlarından cəlb edilmiş kredit vəsaitlərinə hesablanmış faiz xərcləri olub.

Cəmiyyət tərəfindən peyk rabitəsi kanallarının güzəşt dövrü ərzində 2016-cı ildə 4 xarici müştəriyə pulsuz verilməsinə görə 163 879,3 manat, 2017-ci ildə 12 xarici müştəriyə pulsuz verilməsinə görə 504 955,04 məbləğində xidmət haqqı üzrə olan debitor borcu (hesablanmış gəlirləri) faktiki olaraq alınmadığı halda 2016-2017-ci illərdə gəlirdən çıxılan xərclərə daxil edilib.

Hesabatda bildirilir ki, “Azerspace-2” layihəsi üzrə yükün saxlanması, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənməsi, boşaldılması, gömrük broker xidməti üçün hesablanmış 14850,1 manat məbləğində vəsait  Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən aktivlərin dəyərinə aid edilməli olduğu halda Cəmiyyət tərəfindən mühasibat uçotunda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.

“Azerspace-2” layihəsi üzrə texniki və sığorta məsləhəti xidməti üçün 2016-cı il ərzində 396 277,61 manat məbləğində vəsait ödənilib və aktivlərin dəyərinə aid edilərək torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılmasına daxil edilməli olduğu halda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.

Hesabatda qeyd olunub ki, “Azərkosmos” ASC zərərlə işlədiyi halda Fransanın Azərbaycandakı səfirliyinə sponsorluq xidmətinə görə 09.06.2016-cı il tarixində 1 655,62 manat məbləğində vəsait ödənilib, həmin ödəniş mühasibat uçotunda gələcəkdə yarana biləcək sərbəst mənfəət hesabına deyil “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66