Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb

18 Sentyabr 2018, 13:12 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb.

İİTKM-dən SalamNews-a verilən məlumata görə, görüşün əsas məqsədi Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələrini təqdim etmək olub. Müzakirə zamanı Strateji yol xəritələrində müəyyən edilmiş strateji hədəflərin yerinə yetirilməsi statusu haqqında Azərbaycanda donor və inkişaf təşkilatlarına məlumatlar verilib və həyata keçirilən islahatlar barədə məlumatlılıq təmin olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı illik hesabatın monitorinq və qiymətləndirmə nəticələrini təqdim edərək bildirib ki, Strateji yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir: “Bu bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökümət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur. Beynəlxalq təşkilatlar strateji yol xəritələrinin icrasında texniki dəstək, bacarıqların inkişafı və araşdırmalara kəmək etməklə yanaşı, həm də sərmayə qoyuluşunda maraqlıdırlar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrinin elə bir dialoq platforması kimi təqdim edir ki, bu müstəvidə hökümət qurumları və donor ictimaiyyəti müzakirələr aparır.

Beləliklə, strateji yol xəritələrinin icrasında səmərəliliyin daha da artırılması imkanları yaranır. İİTKM-in monitorinq və qiymətləndirmə üzrə instutitsional inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm rol oynayır. Xüsusən də monitorinq və qiymətləndirmə metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əhəmiyyətlidir.”

V.Qasımlının təqdimatının ardınca, beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə hesabatın nəticələrinə dair fikir mübadiləsi aparılıb. İcraçı direktor iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, müzakirələrdə BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi, Beynəlxalq Maliyyə Korporasiya və 20-a yaxın xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib. Müzakirə donor qurumların koordinasiya mandatına malik olan BMT-nin İnkişaf Proqramının həmsədrliyi ilə keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Qasımlı startapçılarla görüşüb

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib 

Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

Vüsal Qasımlı ölkə başçısı tərəfindən təltif olunub

Vüsal Qasımlı "enterpriseazerbaijan.com" portalını Silikon Vadisində təqdim edib

Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: "2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb"

2018-ci il iqtisadi inkişaf ili kimi tarixə düşəcək - Vüsal Qasımlı

Vüsal Qasımlı Parisdə Azərbaycanda aparılan iqtisadi islahatlardan danışıb

Vüsal Qasımlı “Bir kəmər - bir yol” təşəbbüsü ilə bağlı müzakirələrə qatılıb

Vüsal Qasımlı Avropa İttifaqının səfirlərini qəbul edib (FOTOLAR)

Vüsal Qasımlı Avropa İttifaqının Azərbaycandakı səfirini qəbul edib (FOTO)

Vüsal Qasımlı “Şərq Tərəfdaşlığı üzrə IV Biznes Forum” da iqtisadi islahatlardan danışıb 

Azərbaycana investisiya yatırmaq üçün ölkəmizə gəlməyə ehtiyac yoxdur - Vüsal Qasımlı

PA-nın strukturunda dəyişikliklər iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisini təmin edəcək - Vüsal Qasımlı

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

20 Avqust 2019, 12:50 (GMT +4)
Honq Konqda bıçaqla silahlanmış şəxs insanlara hücum edib, xəsarət alanlar var

20 Avqust 2019, 12:34 (GMT +4)
"Neftçi" çempionatın ilk turunda qələbə qazana bilməyib

20 Avqust 2019, 12:20 (GMT +4)
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

20 Avqust 2019, 12:14 (GMT +4)
İstanbulda "Visit Chechnya" turizm məlumat mərkəzi açılıb

20 Avqust 2019, 12:09 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 Avqust 2019, 12:00 (GMT +4)
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12