Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

19 Sentyabr 2018, 14:12 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews. Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində dekorativ-tətbiqi sənət sahəsində dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq.

Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.

Simpoziumun beynəlxalq səviyyəli nüfuzlu iştirakçılarından biri Qırğızıstan Rəssamlar İttifaqının üzvü, YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, sənətkarlığın inkişaf etdirilməsi üzrə ekspert Dinara Çoçunbayevadır. Dinara Çoçunbayeva beynəlxalq simpoziumda “Qırğız keçələri: ala-kiyiz və şırdak” mövzusunda məruzə ilə çıxış edəcək.

Məlum olduğu kimi, Qırğızıstanda keçəçilik əsas xalq sənətkarlıq növlərindən biridir və buna görə də bu sənət növü əhəmiyyətini heç vaxt itirməyib. Rəssam, ictimai xadim və art menecer Dinara Çoçunbayeva özünü bu sahədə həm Qırğızıstanda, həm də beynəlxalq səviyyədə parlaq surətdə göstərib. O, həmçinin “Ənənəvi Qırğız şırdak keçəsi” kitabının müəllifidir.

Hal-hazırda Dinara Çoçunbayeva Qırğızıstanda Mərkəzi Asiyanın Sənətkarlığa dəstək üzrə Assosiasiyasının Resurs Mərkəzinin rəhbəri (CACSARC-kg) və 2004-cü ildən YUNESKO-nun Mərkəzi Asiya üzrə mükafat proqramının koordinatorudur. O, 2006-cı ildə məqsədi Mərkəzi Asiya xalqlarının sənətkarlıq və ənənəvi mədəniyyətlərinin qeydiyyat siyahısının tərtib edilməsi olan

"Sənətlər və ənənəvi biliklər" İctimai Fondunu təsis edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyada YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan qəsr yanıb

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar viza prosedurları sadələşdirilir

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

“Dədə Qorqud irsi” YUNESKO-nun siyahısına daxil edilib

Ceyhun Bayramov YUNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibi təsdiqlənib

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək

YUNESKO-nun siyahılarına salınan Azərbaycanın mədəni irs nümunələrinin sayı açıqlanıb

Kamança YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib

Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib

Azərbaycan YUNESKO-nun Hökumətlərarası Bioetika Komitəsinə üzv seçilib

YUNESKO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

YUNESKO-da Azərbaycan bəstəkarının yubileyi qeyd olunacaq

Şəki YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib

Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

Rusiya Polad Bülbüloğlunun YUNESKO baş katibliyinə namizədliyini tam dəstəkləyir - Qriqori Karasin

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

20 Fevral 2020, 09:57 (GMT +4)
Suriyada Rusiya və ABŞ hərbi maşınlarının bir-birilə «yarışması» kameralara düşüb (VİDEO)

20 Fevral 2020, 09:57 (GMT +4)
Paytaxt sakininin çantasını oğurlamaqda şübhəli bilinən şəxs tutulub

20 Fevral 2020, 09:47 (GMT +4)
Yol polisi məktəbliləri maarifləndirir

20 Fevral 2020, 09:35 (GMT +4)
Maqadanda təyyarə havaya qalxarkən yerə çırpılıb

20 Fevral 2020, 09:30 (GMT +4)
Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

20 Fevral 2020, 09:16 (GMT +4)
İranda koronavirusa yoluxan iki nəfər həyatını itirib

20 Fevral 2020, 09:10 (GMT +4)
Tramp Pentaqon rəhbərinin müavininin istefa etdiyini açıqlayıb

20 Fevral 2020, 09:02 (GMT +4)
Səyyar “ASAN xidmət” Qazaxda sakinlərə xidmət göstərir

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır (FOTOLAR)

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

19 Fevral 2020, 15:30 (GMT +4)
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66