Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb

20 Sentyabr 2018, 15:44 (GMT +4)

Bakı, 20 sentyabr, SalamNewsSentyabrın 20-də Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, imzalanma mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirak edib.

Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Anar Ələkbərov 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstəyi, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə barədə danışıb. Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bu layihələr sırasında Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin bu günlərdə açılışını, Macarıstanda reallaşdırılan layihələri, bir neçə gün sonra Vatikanda katakombaların bərpası ilə bağlı orada təqdimat keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, Fond tərəfindən ən böyük layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, Talassemiya Mərkəzinin inşası, daun sindromlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı, mədəniyyət və tariximizin tanıdılması üzrə layihələrin uğurla həyata keçirildiyini bildirib. “Bu gün Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi və regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsi sevindirici haldır. Ümid edirəm ki, Fond və BP arasında imzalanan memorandum təkcə Bakıda deyil, bizim regionlardakı layihələrimiz üzrə də uğurla həyata keçiriləcək”, - deyə Anar Ələkbərov qeyd edib.

Çoxdan bəri Heydər Əliyev Mərkəzinə gəlmək arzusunda olduğunu vurğulayan Qəri Counz deyib: “Belə bir gündə - Azərbaycan Neftçiləri Günündə və bizim Azərbaycanla ilk müqaviləmiz olan “Əsrin müqaviləsinin” 24-cü ildönümü günündə əməkdaşlıq memorandumunun imzalanmasından çox məmnunuq. BP Azərbaycanda işləməsindən qürur duyur. İlk müqaviləmiz imzalandığı vaxtdan etibarən BP şirkəti Azərbaycanın cəsur neftçiləri ilə çiyin-çiyinə bu ölkənin neft sənayesində çalışır”.

Qəri Counz qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü planların uğurla həyata keçməsinin şahidi olub. Belə ki, bu strateji planlar ölkənin mənafeyi və gələcəyi naminə məharətlə həyata keçirilir. Bu cür uğurlu planların əsasında təhsilin, mədəniyyətin inkişafı və insanların qayğısına qalmaq kimi amillərin dayandığını qeyd edən Qəri Couns bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Qəri Counz: Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “BP şirkəti Azərbaycanın parlaq dayanıqlı gələcəyinin qurulmasına yardım etmək səylərimizə qoşulmaq imkanı verən bu memorandumun imzalanmasını yüksək qiymətləndirir. Hesab edirik ki, Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir. Fondun mədəniyyət, təhsil, sosial və ətraf mühit sahələrində gördüyü işlər həm ölkədə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycandakı fəaliyyətimizin ötən 26 ili ərzində biz də təhsilin inkişafı, icmalarda bacarıqların yaradılması, yerli kiçik və orta sahibkarlığın gücləndirilməsi, ölkədə idmanın inkişafı və mədəni irsin təbliğinə dəstək vermək üçün əlimizdən gələn səyləri əsirgəməmişik. Ümid edirik ki, imzalanan memorandum uzunmüddətli etibarlı tərəfdaş olaraq bu möhtəşəm ölkə üçün birlikdə daha çox töhfə verməyimizə imkan yaradacaq”.

Qeyd edək ki, əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda, ekologiya, idman, sosial və təhsil sahələrində, həmçinin regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq.

Qonaqlar, həmçinin Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgi zalları ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin binasının memarlıq nümunəsi olmaqla yanaşı, burada maraqlı layihələrin təqdim edilməsi qonaqlarda böyük maraq doğurub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66