Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür

28 Sentyabr 2018, 10:01 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə DQİDK və Gənclər Fondunun rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, QHT nümayəndələri və gənclər iştirak ediblər.

DQİDK-nın sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və sair bu kimi önəmli məfhumlar daxildir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək.

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Dövlət Komitəsinin sədri dövlət başçısı tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını bu sahəyə diqqət və qayğının növbəti nümunəsi adlandırıb. Fondun Azərbaycan xalqına məxsus mənəvi və milli dəyərlərin gənc nəslə daha geniş şəkildə çatdırılması istiqamətində işlər həyata keçirdiyini deyib.

Milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərlə də rastlaşdığımızı bildirən M.Qurbanlı onların xarici təsirlərə məruz qaldığını qeyd edib. Bu dəyərlərin qorunmasının və gənc nəslə çatdırılmasının ən ümdə vəzifələrdən biri olduğunu deyən DQİDK sədri bu istiqamətdə gənclər təşkilatlarının da fəallıq göstərməsinin önəminə toxunub. O, tarixdən gələn bu xüsusiyyətlərin gələcək nəsillərə ötürülməsi sahəsində müvafiq qurumların həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu söyləyib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda mənəvi dəyərlərin qorunması işinin bir qədər mürəkkəbləşdiyini qeyd edib. F.Cəfərovun sözlərinə görə, dünyada gedən proseslərə diqqət yetirdikdə görmək olur ki, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durur. O əlavə edib ki, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürüdüb. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. F.Cəfərov onu da vurğulayıb ki, Gənclər Fondu bu istiqamətdə gənclər təşkilatlarının yüzlərlə layihəsinə dəstək verir.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətinin əsas hissəsini bu ali dəyərlərin təbliği təşkil edir. Dövlətin bu sahəyə xüsusi diqqət və dəstək verdiyini bildirən S. Həsənov Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinə maddi dəstək göstərilməsin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli qeyd edib ki, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. O, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Bu istiqamətdə müvafiq qurumların fəaliyyət göstərdiyini, dövlət proqramlarının qəbul edildiyini bildirib. Milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunan Aydan Kərimli bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxışlarında bildiriblər ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyükdür. Çıxışlarda o da vurğulanıb ki, informasiya texnologiyalarının sürətli inkişafı müsbət dəyişikliklərlə yanaşı, milli-mənəvi dəyərlər sistemini təhlükə altına alır. Natiqlər, eyni zamanda, milli-mənəvi dəyərlərin təbliği istiqamətində sosial şəbəkələrin imkanlarından istifadənin, qısametrajlı filmlərin çəkilməsinin önəminə toxunublar.

Konfrans milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclər təşkilatlarının üzərinə düşən vəzifələrin müzakirəsi ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlının yeni kitabı nəşr olunub

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Mübariz Qurbanlı : Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

Mübariz Qurbanlı ABŞ-a gedib

Mübariz Qurbanlı: Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır

Mübariz Qurbanlı: Dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

Mübariz Qurbanlı: İnsanların din adı ilə bir-birini qırması cəhalətin nəticəsidir

1000-dən çox dini xadimə maddi dəstək verilir - Mübariz Qurbanlı

Mübariz Qurbanlı yeni vəzifəyə seçilib

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Mindən çox din xadiminə hər ay maddi dəstək göstərilir- Mübariz Qurbanlı

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı İmişlidə vətəndaşların müraciətini dinləyib

Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı: Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar

Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sosial eksperiment keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

12 Dekabr 2019, 13:00 (GMT +4)
İƏT Gənclər Forumunun idarə Heyətinin iclası keçirilib

12 Dekabr 2019, 12:46 (GMT +4)
Erdem Çakar: Azərbaycan “Mastercard” üçün hər zaman vacib bazar olub

12 Dekabr 2019, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Dekabr 2019, 12:41 (GMT +4)
Tiflisdə parlament qarşısında baş verən qarşıdurmalar zamanı 12 nəfər saxlanılıb

12 Dekabr 2019, 12:24 (GMT +4)
Səudiyyə Yəmənə qida və dərman aparan 13 gəminin saxlanılmasını davam etdirir - Mənbə

12 Dekabr 2019, 12:22 (GMT +4)
Antisanitar şəraitdə toyuq emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (FOTOLAR)

12 Dekabr 2019, 12:17 (GMT +4)
Həkimlər Braziliya prezidentinin xərçəngə yoluxmasından şübhələnir

12 Dekabr 2019, 11:52 (GMT +4)
Çili hava qüvvələrinə aid təyyarənin qalıqları tapılıb 

12 Dekabr 2019, 11:46 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

12 Dekabr 2019, 11:44 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66