Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İradə İbrahimova: Əsas işimiz qayda-qanun yaratmaqdan ibarətdir

28 Sentyabr 2018, 16:35 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində sənaye balıq ovu ilə bağlı qaydalar və qadağalar, brakonyerliyə qarşı mübarizə, hava proqnozlarının və xəbərdarlıqlarının hazırlanması və geniş kütləyə ötürülməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

SalamNews xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının tükənmə təhlükəsi ilə üzləşdiyini, eləcə də onların mühafizəsi və qorunmasının olduqca həm aktual, həm də vacib olduğunu diqqətə çatdırıb.

O, həmçinin deyib: “Nazirlik balıq ovu ilə bağlı qayda-qanuna əməl olunmasında, brakonyerliyin qarşısının alınmasında israrlıdır, balıq ehtiyatlarından səmərəli və ədalətli istifadəni ən zəruri məsələ hesab edir. Çalışırıq ki, həm balıq ovu ilə məşğul olanların müraciətləri ədalətli şəkildə təmin olunsun, həm də əhalinin qida zəncirində balıq məhsulları yer alsın, eyni zamanda, su bioresursları gələcək nəsillər üçün qorunsun. Buna görə sənaye balıq ovu ilə məşğul olanların qaydalara əməl etmələri ilə bərabər, vətəndaşlıq mövqeyi göstərmələri də vacibdir. Bəzən balıqçı xırda nərə balığını da tutur və bununla, onsuz da nəsli kəsilməkdə olan həmin növün tamamilə yox olmasına şərait yaradır. Yaxud da qaydalara məhəl qoymadan, qadağan olunmuş ov alətlərindən istifadə etməklə israfçılıq edərək digər balıq növlərinin də sayının azalmasına səbəb olur. Nazirlik tərəfindən bununla bağlı qanunauyğun tədbirlər görülsə də brakonyerliyin tam aradan qaldırılması, tez bir zamanda nəticə əldə olunması üçün birgə mübarizə aparılmasını və hər kəsin bu işdə bizə kömək etməsini gözləyirik. Bəzən ictimai qınaq bəzi hüquqi və inzibati tənbehlərdən daha effektli olur”.

Mətbuat katibi bildirib ki, bəzi hallarda balıqçıların müraciətlərinə ədalətli yanaşılmadığı, inhisarçılığa yol verildiyi barədə nazirliyə şikayətlər də daxil olur. Məqsədimiz bu cür yanaşmaların tamamilə aradan qaldırılmasına nail olmaq, qayda-qanun yaratmaqdan ibarətdir. İ.İbrahimova vətəndaşların neqativ hallarla bağlı dərhal nazirliyin “Qaynar xətt”inə və ya elektron poçtuna məlumat verəcəyi halda qanunsuzluqların qarşısının daha tez alınacağını vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub

ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

ETSN qanunsuz yolla kəsilən meşə materialı aşkarlayıb

AQTA və ETSN birgə məlumat yayıb

ETSN tərəfindən ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib

ETSN ölkə ərazisində müşahidə olunan anomal hava ilə bağlı açıqlama yayıb

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN rəhbər vəzifələrə işçi axtarır

ETSN “Kristal Abşeron”a 1800 manat məbləğində akt tərtib edib

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

ETSN: Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66