Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ETSN-lə “AzerGold” QSC arasında Filizçay yatağında görüş keçirilib

02 Oktyabr 2018, 10:55 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews28 sentyabr tarixində Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin Filizçay yatağında yaradılmış geoloji düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında görüş keçirilib.

QSC-dən SalamNews-a verilən məlumata görə, görüş çərçivəsində nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə həyata keçirilmiş ilkin tədqiqatlar müzakirə edilib, burada aparılan geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar haqqında nazir Muxtar Babayevə geniş məlumat verilib. QSC tərəfindən qeyd edilib ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.

“AzerGold” QSC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov bildirib ki, Filizçay yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndisi-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Z. İbrahimov qeyd edib ki, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq gəlir məbləğinin artması ehtimalı böyükdür.

Görüşün davamında Nazir Muxtar Babayev Filizçay yatağının Zaqatala Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşdiyini qeyd edərək, yataqda aparılacaq bütün işlərdə ətraf mühitə təsirin minimuma endirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. “AzerGold” QSC tərəfindən bildirilmişdir ki, yatağın istismar öncəsi əhəmiyyətli tədqiqat işlərindən biri də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması olacaq.
Görüşdə həmçinin ölkənin bütün nəcib və əlvan metal mədənləri üzrə geoloji məlumatların elektron formata salınması (rəqəmsallaşdırılması), dağ-mədən sahəsində milli qanunverciliyin təkmilləşdirilməsi və bu sahədə işlərin koordinasiyalı şəkildə görülməsi müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

15 Fevral 2020, 16:53 (GMT +4)
Səudiyyənin Yəmənin əl-Couf əyalətinə aviazərbələrində ölənlərin sayı 41-ə çatıb

15 Fevral 2020, 16:53 (GMT +4)
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

15 Fevral 2020, 16:46 (GMT +4)
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

15 Fevral 2020, 16:37 (GMT +4)
Trampın məsləhətçisi koronavirusun ABŞ iqtisadiyyatına təsirindən danışıb

15 Fevral 2020, 16:27 (GMT +4)
Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

15 Fevral 2020, 16:15 (GMT +4)
Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

15 Fevral 2020, 16:06 (GMT +4)
MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

15 Fevral 2020, 15:47 (GMT +4)
İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

15 Fevral 2020, 15:40 (GMT +4)
Fransa səfiri: Azərbaycan beynəlxalq idman arenasında mühüm rol oynayır

15 Fevral 2020, 15:35 (GMT +4)
Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı tapşırıqlar verib

15 Fevral 2020, 15:22 (GMT +4)
İsmayıllı sakinlərindən silah götürülüb

15 Fevral 2020, 15:13 (GMT +4)
ABŞ AB-dən idxal edilən təyyarələrə rüsumları artırır

15 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ bazasına hücumla bağlı Vaşinqtonun özünün etiraf etməsini istəyirik - Sepah

15 Fevral 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

15 Fevral 2020, 14:52 (GMT +4)
Naxçıvanda əhalinin sayı 460 minə yaxınlaşıb

15 Fevral 2020, 14:46 (GMT +4)
Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

15 Fevral 2020, 14:41 (GMT +4)
Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır

15 Fevral 2020, 14:40 (GMT +4)
Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

15 Fevral 2020, 14:40 (GMT +4)
Haitidə yanğında ölən uşaqların sayı artıb

15 Fevral 2020, 14:35 (GMT +4)
Azərbaycan Triatlon Federasiyası ön sıralarda qərarlaşıb

15 Fevral 2020, 14:29 (GMT +4)
Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

15 Fevral 2020, 14:17 (GMT +4)
Maduro Quaydonun həbs ediləcəyinə söz verib  

15 Fevral 2020, 14:05 (GMT +4)
Əfqanıstan hökuməti ABŞ-la Talibanın sülh danışıqlarına ümidvar olduğunu bildirib

15 Fevral 2020, 13:52 (GMT +4)
Çinin hər yerindən 25 mindən çox həkim Hubeyə gəlib

15 Fevral 2020, 13:34 (GMT +4)
ABŞ və Rusiya "START-3"ün uzadılmasını müzakirə edib

15 Fevral 2020, 13:30 (GMT +4)
Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib

15 Fevral 2020, 13:23 (GMT +4)
Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66