Mobil versiya RU AZ
_

DÜNYA » DİN

Bu gün İmam Zeynəlabidinin (ə) şəhid edildiyi gündür

05 Oktyabr 2018, 05:36 (GMT +4)

Bakı, 5 oktyabr, SalamNews. Bu gün müsəlmanların 4-cü imamı, İmam Hüseynin (ə) oğlu Həzrət Əli ibn Hüseyn Zeynəlabidinin (ə) şəhid edildiyi günüdür.

SalamNews-un məlumatına görə, Həzrət İmam Zeynəlabidin (ə) hicrətin 38-ci ilində Şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib. Künyəsi "Əbu Məhəmməd" olsa da, daha çox “Zeynəlabidin” (ibadət edənlərin gözü) ləqəbi ilə tanınıb.

İmam Zeynəlabidinin (ə) anası sonuncu Sasani şahı III Yezdəgirdin qızı xanım Şəhrəbanudur. İmam ömrünün ilk iki ilini babası Həzrət İmam Əlinin (ə) yanında keçirib. İmam Əli (ə) şəhid edildikdən sonra 12 il ərzində əmisi Həzrət İmam Həsənin (ə) imaməti dövründə yaşayıb.

İmam Zeynəlabidin (ə) hicrətin 61-ci ilində atası İmam Hüseynlə (ə) birgə Kərbəla səfərində iştirak edir. Atası İmam Hüseynin (ə), əmilərinin, qardaşlarının və atasının ən yaxın dostlarının amansızca şəhid edilmələrinə şahid olur. Özü ağır yataq xəstəsi olduğu üçün sağ qalır və Aşura faciəsindən sonra əsir kimi Yezidin sarayına gətirilir, burada bir müddət zindan həyatı yaşayır. Məhz Aşura günü xəstə yatağında olsa da, atası İmam Hüseyn (ə) yaxınları və səhabələrilə son görüşündə onu özündən sonra Allahın yer üzündəki höccəti və İmam elan edir.

İmam Zeynəlabidin (ə) atasının şəhadətindən sonra 34 il ömür sürüb və bütün ömrünü dua, ibadət, Allahla münacat halında keçirib, Kərbəla şəhidlərinə yas mərasimləri qurub. Daim namaz və səcdə halında müşahidə edildiyi üçün ona “Səccad” (çox səcdə edən) deyə müraciət olunur.

Bu gün İmam Zeynəlabidinin (ə) yüksək əxlaqı və Allaha bağılığını əks etdirən “Səhifeyi-Səccadiyyə” dualar toplusu bir çox müsəlmanın hər gün müraciət etdiyi bir kitabdır.

İmam Zeynəlabidin (ə) hicrətin 95-ci ilində Məhərrəm ayının 25-də Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlik Mərvan tərəfindən zəhərlə şəhid edilib. İmamın dəfn mərasimi özündən sonrakı imam Həzrət Məhəmməd Baqir (ə) tərəfindən təşkil olunub və Mədinə şəhərində yerləşən Cənnətul-Bəqi qəbiristanlığında dəfn olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

19 Dekabr 2018, 18:00 (GMT +4)
Azərbaycanda toxum və ting istehsalçılarına subsidiyaların verilməsinə başlanılıb

19 Dekabr 2018, 17:50 (GMT +4)
AQTA-da bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə  görüş keçirilib

19 Dekabr 2018, 17:43 (GMT +4)
Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı (VİDEO)

19 Dekabr 2018, 17:40 (GMT +4)
Azərbaycanda 161 əcnəbi saxlanılıb

19 Dekabr 2018, 17:35 (GMT +4)
Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19 Dekabr 2018, 17:29 (GMT +4)
Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub

19 Dekabr 2018, 17:23 (GMT +4)
Moskvada “Rusiya-Azərbaycan. Dünya neft sahəsinin inkişafı” adlı beynəlxalq konfrans keçirilib

19 Dekabr 2018, 17:20 (GMT +4)
ABŞ Türkiyəyə havadan müdafiə Patriot sistemlərinin satışını təsdiqləyib

19 Dekabr 2018, 17:16 (GMT +4)
Palata ilə "PwC" arasında növbəti dövr üçün perspektiv məsələlər müzakirə edilib

19 Dekabr 2018, 16:58 (GMT +4)
Norveç səfirliyi bayram günləri işləməyəcək

19 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycanda 3 məhkəmə binası istifadəyə veriləcək

19 Dekabr 2018, 16:36 (GMT +4)
AQTA jurnalistlər üçün təlimləri davam etdirir (FOTO)

19 Dekabr 2018, 16:26 (GMT +4)
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

19 Dekabr 2018, 16:25 (GMT +4)
İsrail hücum edən fələstinlilərin ailələrini də İordan çayının qərbindən çıxaracaq

19 Dekabr 2018, 16:20 (GMT +4)
“AtaSığorta” Gəncədə “GƏNCƏ” filialının yeni ünvanda ofisini açıb

19 Dekabr 2018, 16:12 (GMT +4)
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

19 Dekabr 2018, 16:10 (GMT +4)
Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil edilib

19 Dekabr 2018, 16:10 (GMT +4)
İran rəhbəri xarici siyasətində qonşuların əhəmiyyətinə xüsusi diqqət ayırır – Cavad Zərif

19 Dekabr 2018, 16:03 (GMT +4)
Abşeronda 72 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib

19 Dekabr 2018, 15:51 (GMT +4)
Bu il Azərbaycana 267 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib

19 Dekabr 2018, 15:32 (GMT +4)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

19 Dekabr 2018, 15:30 (GMT +4)
Azərbaycan millisinin futbolçusu bir aylıq sıradan çıxıb

19 Dekabr 2018, 15:30 (GMT +4)
Bakı Ali Neft Məktəbi və BP-nin birgə layihəsinin növbəti buraxılışı olub

19 Dekabr 2018, 15:23 (GMT +4)
AzMİU-da respublika elmi-praktik konfransı keçirilib

19 Dekabr 2018, 15:15 (GMT +4)
Alonso: 2018-ci ildə ən yaxşı yürüşüm Bakıda olub

19 Dekabr 2018, 15:02 (GMT +4)
ABŞ Senatı Colan Yüksəkliklərinin İsrail ərazisi kimi tanınmasını müzakirəyə çıxarır

19 Dekabr 2018, 14:42 (GMT +4)
Şamaxıda ağır yol qəzası baş verib, ölən və yaralananalar var 

19 Dekabr 2018, 14:36 (GMT +4)
“CinemaPlus”da “Akvamen” filminin premyeradan öncə nümayişi keçirilib

19 Dekabr 2018, 14:30 (GMT +4)
Körfəz ölkələrinə ixrac missiyaları başa çatıb

19 Dekabr 2018, 14:25 (GMT +4)
“Kaspersky Lab” Azərbaycanda ən populyar sosial şəbəkələri müəyyənləşdirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66