Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakı Metropoliteni”nin fəaliyyətində nöqsanlar aşkarlanıb

06 Oktyabr 2018, 10:28 (GMT +4)

Bakı, 5 oktyabr, SalamNews. Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. 

SalamNews-un Palataya istinadən verdiyi xəbərə görə, audit QSC-nin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 561 153,7 min manat məbləğində vəsaiti əhatə edib.

Cəmiyyət tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmayıb, büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq QSC-nin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub.

Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir halda kreditor borc tanınmadan ödənilib, Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib, stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanılıb alınması üzrə Cəmiyyət tərəfindən müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb, 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməəyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.

Audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, kotirovka sorğusu prosedurları keçirilərkən müvafiq Təlimatın tələblərinə əməl olunmayaraq şərtlər toplusu təsdiq edilməyib, potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb, keçirilmiş kotirovka sorğuları üzrə yekun protokolların surətləri müvafiq icra hakimiyyəti orqanına təqdim olunmayıb, satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb və müqavilənin yerinə yetirilməsi təminatı alınmayıb.

Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib və müvafiq rəylər tam alınmamış, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib, “Bakı Metropoliteni” QSC-də yol verilmiş nöqsanların aradan qaldırılması,o cümlədən Metropolitenə məxsus dövlət əmlakından istifadənin səmərəliliyini artırmaqla əlavə gəlirlərin əldə olunması imkanlarından tam istifadə edilməsi, Cəmiyyətin istismar fəaliyyəti üzrə əmək haqqı və əmək haqqına bərabər tutulan ödəmələrin Əmək Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında hesablanılıb ödənilməsi, Metropolitenin fəaliyyəti, o cümlədən istismar və tikinti sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması, nəticəliliyinin artırılması, xüsusilə sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmiş, Qərarın surəti müvafiq qaydada icra edilməsi üçün “Bakı Metropoliteni” QSC-yə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Sentyabr 2019, 18:10 (GMT +4)
Novruz Məmmədov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:01 (GMT +4)
ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

17 Sentyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

17 Sentyabr 2019, 17:48 (GMT +4)
Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

17 Sentyabr 2019, 17:41 (GMT +4)
Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

17 Sentyabr 2019, 17:38 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

17 Sentyabr 2019, 17:20 (GMT +4)
AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

17 Sentyabr 2019, 16:59 (GMT +4)
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:52 (GMT +4)
42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb

17 Sentyabr 2019, 16:45 (GMT +4)
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

17 Sentyabr 2019, 16:25 (GMT +4)
Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

17 Sentyabr 2019, 16:25 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

17 Sentyabr 2019, 16:19 (GMT +4)
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

17 Sentyabr 2019, 16:13 (GMT +4)
“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

17 Sentyabr 2019, 15:59 (GMT +4)
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

17 Sentyabr 2019, 15:57 (GMT +4)
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

17 Sentyabr 2019, 15:36 (GMT +4)
Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

17 Sentyabr 2019, 15:32 (GMT +4)
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17 Sentyabr 2019, 15:16 (GMT +4)
AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

17 Sentyabr 2019, 15:07 (GMT +4)
Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

17 Sentyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

17 Sentyabr 2019, 14:48 (GMT +4)
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66