Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev “Milan Ekspo 2015” sərgisindəki mili pavilyonla tanış olub

08 Oktyabr 2018, 13:59 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews. Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki mili pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.

SalamNews xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Qeyd edək ki, bu bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Azərbaycan “Milan Ekspo 2015” Ümumdünya sərgisinin bütün mərhələlərində seçilən dövlətlər sırasında olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib.

Sərgi müddətində pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərib. Burada Azərbaycan milli mətbəxinin nümunələri və konsert proqramları təqdim olunub. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya incilərinə, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyi, nadir landşaftları, təbii ehtiyat və tarixi abidələri əks etdirən videoçarxları izləyiblər. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu “Milan Ekspo 2015” Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Təşkilat Komitəsi Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyətli olduğunu və dizayn elementlərinin seçildiyini qeyd edib. Bir sözlə, pavilyonumuz ekoloji təmiz, asan emal edilən materiallardan inşa olunub.

Burada “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olundu. Layihə ilə tanış olan dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verdi. Eyni zamanda, dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasına dair tapşırıq verdi.

Qeyd edək ki, “Milan Ekspo 2015” Ümumdünya sərgisindən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər, eləcə də şəhərimizin qonaqlarının istirahəti üçün əlavə olaraq 4 min kvadratmetrə yaxın ərazidə müxtəlif ağac və bitki növlərindən ibarət yaşıllıq zolaqları da salınıb, istirahət üçün sahələr yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, meydançalar yaradılıb, avtomobil və velosipedlərin parklanması üçün dayanacaq sahəsi ayrılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

“Milan Ekspo 2015” Ümumdünya sərgisindəki Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirib. Onun yaradılmasında hər bir detala xüsusi diqqət yetirilib. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyi, həmişə burada dövr edən mədəni və yaradıcı axını simvolizə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2019, 18:13 (GMT +4)
“Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

19 Sentyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanda daha 168 binanın istismarına icazə verilib

19 Sentyabr 2019, 17:56 (GMT +4)
Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

19 Sentyabr 2019, 17:50 (GMT +4)
"Azərsu” sədri Gəncədə vətəndaşları qəbul edib

19 Sentyabr 2019, 17:41 (GMT +4)
Netanyahunu qabaqlayan rəqibi onun koalisiya hökuməti qurmaq təklifini rədd edib

19 Sentyabr 2019, 17:36 (GMT +4)
Bakının Baş planının hazırlanması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib (FOTO)

19 Sentyabr 2019, 17:20 (GMT +4)
Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

19 Sentyabr 2019, 16:58 (GMT +4)
“ABAD”ın ümumi dövriyyəsi 80 faiz artıb

19 Sentyabr 2019, 16:52 (GMT +4)
Tacikistanın nümayəndə heyəti Xaçmaz Konserv Zavodunda olublar

19 Sentyabr 2019, 16:45 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

19 Sentyabr 2019, 16:37 (GMT +4)
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

19 Sentyabr 2019, 16:36 (GMT +4)
Sergey Lavrov Aramco-ya hücuma görə İranın ittihamlandırılmasını qınayıb

19 Sentyabr 2019, 15:52 (GMT +4)
Hazırda neftin satışı ilə bağlı vəziyyətimiz müharibə zamanından da çətindir – İranın neft naziri

19 Sentyabr 2019, 15:46 (GMT +4)
Gələn il Bakıda daha iki «ASAN xidmət» mərkəzi açılacaq

19 Sentyabr 2019, 15:13 (GMT +4)
Pi - Car elektromobilinin NEUTRINOVOLTAIC konvertorlu alman layihəsi elektromobilliyinin uğursuzluğa uğramasının qarşısını alacaq

19 Sentyabr 2019, 15:11 (GMT +4)
Şəmkirin Dəllər Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb

19 Sentyabr 2019, 14:52 (GMT +4)
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

19 Sentyabr 2019, 14:50 (GMT +4)
«B komandası» Trampı aldadıb onu müharibəyə sürükləməyə çalışır  - Cavad Zərif

19 Sentyabr 2019, 14:34 (GMT +4)
Vətəndaşa bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

19 Sentyabr 2019, 14:18 (GMT +4)
Aramco-nun vurulması fonunda Səudiyyə paytaxtında həyəcan siqnalı verilib

19 Sentyabr 2019, 14:17 (GMT +4)
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb

19 Sentyabr 2019, 14:04 (GMT +4)
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb

19 Sentyabr 2019, 13:57 (GMT +4)
İqor Ponomaryov "Sabah"ın müvəqqəti baş məşqçisi təyin olunub

19 Sentyabr 2019, 13:35 (GMT +4)
Bakıda 5 ağacı kəsən şəxs cərimələnib

19 Sentyabr 2019, 13:11 (GMT +4)
"İrəli" üzvləri Beynəlxalq layihədə iştirak edir

19 Sentyabr 2019, 13:05 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 28 dərəcəyə kimi yüksələcək

19 Sentyabr 2019, 12:48 (GMT +4)
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub

19 Sentyabr 2019, 12:42 (GMT +4)
Elektron Hökumətin İnkişafı Mərkəzinin əhatəsi daha da genişlənir

19 Sentyabr 2019, 12:35 (GMT +4)
Tacikistanın nümayəndə heyəti “ABAD Factory” Kompleksi ilə tanış olublar (FOTOLAR)

19 Sentyabr 2019, 12:25 (GMT +4)
İsrailin istənilən yeni baş naziri ilə danışıqlara hazırıq - Fələstinin xarici işlər naziri

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66