Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı Metropoliteni ilk dəfə qadınların maşinist işləməsinə şərait yaradıb

09 Oktyabr 2018, 11:39 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews"Bakı Metropoliteni" QSC-nin hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

Bu barədə SalamNews-a QSC-dən məlumat verilib.

Bildirilib ki, tədris prosesinin ilk mərhələsi 17 iddiaçı ilə başlanıb. Belə ki, seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib.

İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib.

Seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünya görüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb.

Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub.

Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.

Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.

"Bakı Metropoliteni" gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

Ümumiyyətlə, "Bakı Metropoliteni" yaradıldıqdan sonra kadrların hazırlanması və ixtisasının artırılması, peşə hazırlığının yüksəldilməsi sahəsində mühüm tarixi yeniliklər həyata keçirilib. Maşinist peşəsi üzrə elan edilmiş bu seçim prosesi metropoliten tarixində kadr hazırlığına gətirilmiş daha bir yeni münasibət, fərqli yanaşma tərzi, novator yenilik nümunəsidir. Səhmdar cəmiyyətin rəhbərliyi müasir texnologiyaların, ələlxüsus informasiya-kommunkasiya texnologiyalarının vaqon istehsalı sahəsinə gətirdiyi yeni düşüncə tərzinə uyğun olaraq, bu addımı ilə qabaqcıl dünya təcrübəsini metropolitenin daha bir sahəsində tətbiq etməyə başlayır. Məhz bu səbəbdən maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu novator ideya, ilk növbədə, maşinist peşəsinə yiyələnmək istəyənlərin qarşısındakı sədləri, tarixən formalaşmış və günün nəbzini tutmayan süni maneələri aradan qaldırmaqla yanaşı, daha geniş ixtisaslı kadr ordusuna meydan açır.

Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni baxış gətirilir.

Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni"nin təqaüdü veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

"Bakı Metropoliteni" 2 yeni qatarı xəttə buraxıb

Bakı Metropoliteni işçi qəbulu elan edib

"Bakı Metropoliteni" bu gün 2 yeni qatarını xəttə buraxır

“Bakı Metropoliteni”nin daha bir vəzifəli şəxsi vəfat edib

"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxub

Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb

“Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib

Bakı Metropoliteni sabahdan fəaliyyətini bərpa edir

"Bakı Metropoliteni" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət edib (FOTO)

Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur

“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

Bakı Metropolitenində Nəsiminin 650 illik yubileyi çərçivəsində sərgi keçiriləcək

Bakının 20 saylı məktəbinin şagirdləri "Bakı Metropoliteni"nin qonağı olub 

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür

“Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin yeni binasını açılışı olub

"Bakı Metropoliteni" əhaliyə müraciət edib

“Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

05 Dekabr 2020, 12:00 (GMT +4)
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri müəyyənləşib

05 Dekabr 2020, 11:56 (GMT +4)
İranın Bakıdakı səfiri Naxçıvana səfər edib

05 Dekabr 2020, 11:50 (GMT +4)
Moskvada koronavirusa qarşı peyvəndlənmə başlayıb

05 Dekabr 2020, 11:45 (GMT +4)
ƏƏSMN: Erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər təyin edilib

05 Dekabr 2020, 11:30 (GMT +4)
Ötən gün yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

05 Dekabr 2020, 11:18 (GMT +4)
Koçaryan: Ermənistan hakimiyyəti Qarabağdakı müharibəni yaxınlaşdırmaq üçün hər şey etdi

05 Dekabr 2020, 11:17 (GMT +4)
Qətərlə Səudiyyə Ərəbistanı arasında əlaqələr bərpa edilir

05 Dekabr 2020, 11:15 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

05 Dekabr 2020, 11:00 (GMT +4)
MN: Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

05 Dekabr 2020, 10:56 (GMT +4)
Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66