Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycanın İslam həmrəyliyindəki roluna dair fikir mübadiləsi aparılıb

11 Oktyabr 2018, 14:12 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNewsAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.

İnstitutdan SalamNews-a bildirilib ki, növbəti diskussiya “Azərbaycanın İslam həmrəyliyindəki rolu” mövzusuna həsr olunub. Müzakirədə Azərbaycanın İslam həmrəyliyindəki rolu, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində ümummilli lideri Heydər Əliyevin rolu və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Vurğulanıb ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra tezliklə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib.

Müzakirədə ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurduğu və bu çərçivədə həyata keçirilən bir çox layihələrin qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəldiyi bildirilib.

Diskussiyada Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi, 2016-cı ili “İslam həmrəyliyi ili” elan etməsi ilə Azərbaycanın İslam dünyasının vəhdətyaradıcı məkan olduğunu təsdiqlədiyi qeyd olunub. Bu dini dəyərlərin, həqiqətən, bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğu, bu ideyaların təkcə İslam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğu bildirilib.

Tədqiqatçılar Birinci vitse-prezident Mehriban Əliyevanın dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl işlər apardığını, Azərbaycanın Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etdiyini, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olduğunu xüsusi vurğulayıblar.

Diskussiyada, həmçinin Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları haqqında söhbət açılmış, bu oyunların təkcə idman yarışı kimi deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlara yazıldığı qeyd edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib 

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

Aİİ-də Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Aİİ-nin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Aİİ-də “Multikulturalizmin Azərbaycan modeli”mövzusunda seminar keçirilib

Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar təşkil olunub

Aİİ-da Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə diskussiyalar davam edir

Aİİ Aşura günü ilə bağlı qan vermə aksiyası keçirib

İlk tədris ilinə başlayan Aİİ tələbələri ilə görüş keçirib

Aİİ-da “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda seminar keçirilib

Aİİ-nin rektoru Misir Mədəniyyət Mərkəzində olub

Fələstinin Azərbaycandakı səfiri Aİİ-ni ziyarət edib

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə tədbir keçirib

Azad ticarət zonasının yaradılması ilə bağlı Aİİ-İran anlaşması imzalanıb

Bu gün Sankt-Peterburqda Aİİ və KTMT sammitləri baş tutacaq

Belarus prezidenti MDB ölkələrini Aİİ-yə daxil olmağa çağırıb

19 Dekabr 2018, 18:00 (GMT +4)
Azərbaycanda toxum və ting istehsalçılarına subsidiyaların verilməsinə başlanılıb

19 Dekabr 2018, 17:50 (GMT +4)
AQTA-da bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə  görüş keçirilib

19 Dekabr 2018, 17:43 (GMT +4)
Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı (VİDEO)

19 Dekabr 2018, 17:40 (GMT +4)
Azərbaycanda 161 əcnəbi saxlanılıb

19 Dekabr 2018, 17:35 (GMT +4)
Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19 Dekabr 2018, 17:29 (GMT +4)
Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub

19 Dekabr 2018, 17:23 (GMT +4)
Moskvada “Rusiya-Azərbaycan. Dünya neft sahəsinin inkişafı” adlı beynəlxalq konfrans keçirilib

19 Dekabr 2018, 17:20 (GMT +4)
ABŞ Türkiyəyə havadan müdafiə Patriot sistemlərinin satışını təsdiqləyib

19 Dekabr 2018, 17:16 (GMT +4)
Palata ilə "PwC" arasında növbəti dövr üçün perspektiv məsələlər müzakirə edilib

19 Dekabr 2018, 16:58 (GMT +4)
Norveç səfirliyi bayram günləri işləməyəcək

19 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycanda 3 məhkəmə binası istifadəyə veriləcək

19 Dekabr 2018, 16:36 (GMT +4)
AQTA jurnalistlər üçün təlimləri davam etdirir (FOTO)

19 Dekabr 2018, 16:26 (GMT +4)
Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

19 Dekabr 2018, 16:25 (GMT +4)
İsrail hücum edən fələstinlilərin ailələrini də İordan çayının qərbindən çıxaracaq

19 Dekabr 2018, 16:20 (GMT +4)
“AtaSığorta” Gəncədə “GƏNCƏ” filialının yeni ünvanda ofisini açıb

19 Dekabr 2018, 16:12 (GMT +4)
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

19 Dekabr 2018, 16:10 (GMT +4)
Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil edilib

19 Dekabr 2018, 16:10 (GMT +4)
İran rəhbəri xarici siyasətində qonşuların əhəmiyyətinə xüsusi diqqət ayırır – Cavad Zərif

19 Dekabr 2018, 16:03 (GMT +4)
Abşeronda 72 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib

19 Dekabr 2018, 15:51 (GMT +4)
Bu il Azərbaycana 267 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib

19 Dekabr 2018, 15:32 (GMT +4)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

19 Dekabr 2018, 15:30 (GMT +4)
Azərbaycan millisinin futbolçusu bir aylıq sıradan çıxıb

19 Dekabr 2018, 15:30 (GMT +4)
Bakı Ali Neft Məktəbi və BP-nin birgə layihəsinin növbəti buraxılışı olub

19 Dekabr 2018, 15:23 (GMT +4)
AzMİU-da respublika elmi-praktik konfransı keçirilib

19 Dekabr 2018, 15:15 (GMT +4)
Alonso: 2018-ci ildə ən yaxşı yürüşüm Bakıda olub

19 Dekabr 2018, 15:02 (GMT +4)
ABŞ Senatı Colan Yüksəkliklərinin İsrail ərazisi kimi tanınmasını müzakirəyə çıxarır

19 Dekabr 2018, 14:42 (GMT +4)
Şamaxıda ağır yol qəzası baş verib, ölən və yaralananalar var 

19 Dekabr 2018, 14:36 (GMT +4)
“CinemaPlus”da “Akvamen” filminin premyeradan öncə nümayişi keçirilib

19 Dekabr 2018, 14:30 (GMT +4)
Körfəz ölkələrinə ixrac missiyaları başa çatıb

19 Dekabr 2018, 14:25 (GMT +4)
“Kaspersky Lab” Azərbaycanda ən populyar sosial şəbəkələri müəyyənləşdirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66