Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb

12 Oktyabr 2018, 13:55 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) BP-nin dəstəyi ilə öz üzvləri üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovuniştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

Nazir öz çıxışında enerji sektorunda son və gözlənilən dəyişikliklər və islahatlar, alternativ enerji və investisiya imkanları barədə danışıb.

P. Şahbazov qeyd edib ki, xarici və yerli investisiyaların böyük hissəsini təşkil edən “AmCham”ın üzvləri Azərbaycanın iqtisadi uğurlarına və inkişafına dəstək verən şirkətlərdir. Nazir bildirib ki, enerji sektoru ABŞ-dan, o cümlədən böyük transmilli şirkətlərdən investisiyaların cəlb edilməsi üçün ilk sahələrdən, həmçinin, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ölkədəki investisiyalar yaxşı qorunur və bu da investisiyaların Azərbaycana yönəlməsi üçün daha bir təşviqedici amildir. P. Şahbazov daha sonra bərpa olunan enerji potensialı ilə bağlı məlumat verərək“Azəri-Çıraq-Günəşli” (AÇG) müqaviləsinin rolu və Azərbaycan iqtisadiyyatının inkişafı üçün Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, tədbirdə Palatanın növbədənkənar ümumi yığıncağı keçirilib. Palatanın üzvləri müsbət mövqe nümayiş etdirərək “AmCham”ın Direktorlar Şurasının üzvlüyünə namizədliyin uyğunluq meyarlarının qəbul edilməsini dəstəkləyiblər.

Bununla yanaşı, işgüzar nahar “AmCham”ın üzvləri olan “PAŞA Sığorta”, “FireWorks” və “Deloitte Azərbaycan”tərəfindən keçirilmiş şirkət təqdimatları ilə yadda qalıb. Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, “AmCham Azərbaycan”ın üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ülvi Mehdiyev AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

AmCham ölkədə biznes mühitinin yaxşılaşdırılması mövzusunda tədbir təşkil edib

Birinci vitse-prezidentin köməkçisi “AmCham”ın üzvləri ilə görüşüb

AQTA sədri AmCham-ın üzvləri ilə görüşüb

Nazir “AmCham”in nümayəndələri ilə görüşüb (FOTOLAR)

“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər naziri AmCham Azərbaycan üzvləri ilə görüşüb

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

AmCham Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

ABŞ-ın yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

“AmCham” etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

AmCham AZSIĞORTA-nın sədrini mükafatlandırıb

KOBİA-nın sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Təhsil naziri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

AmCham “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

25 Fevral 2020, 10:13 (GMT +4)
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

25 Fevral 2020, 10:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

25 Fevral 2020, 10:10 (GMT +4)
Yaponiyada planetin ən yaşlı sakini vəfat edib

25 Fevral 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub

25 Fevral 2020, 09:43 (GMT +4)
ABŞ-da seçkiyə "müdaxilə"yə Rusiya əleyhinə sanksiyaların tətbiq olunması tələb edilir

25 Fevral 2020, 09:41 (GMT +4)
Misirin vasitəçiliyilə Qəzzada atəşkəs elan edilib

25 Fevral 2020, 09:36 (GMT +4)
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

25 Fevral 2020, 09:19 (GMT +4)
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur

25 Fevral 2020, 09:15 (GMT +4)
Bu gün İmam Məhəmməd Baqirin (ə)mövlud günüdür

25 Fevral 2020, 09:07 (GMT +4)
Çində koronavirus qurbanlarının sayı 2663-ə yüksəlib

24 Fevral 2020, 18:00 (GMT +4)
Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulub

24 Fevral 2020, 17:52 (GMT +4)
İsrailin Dəməşqə hücumunda iki fələstinli hərəkatçının həlak olduğu bildirilib

24 Fevral 2020, 17:42 (GMT +4)
Sumqayıtın nəqliyyat sistemində yenilik edilib

24 Fevral 2020, 17:38 (GMT +4)
Türkiyə və Azərbaycan arasında Güzəştli Ticarət Sazişi imzalanacaq

24 Fevral 2020, 17:30 (GMT +4)
AzTU-nun tələbəsi Avrasiya çempionu olub

24 Fevral 2020, 17:25 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı beşə çatıb

24 Fevral 2020, 17:17 (GMT +4)
Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri sərhəd məntəqələrində olublar

24 Fevral 2020, 17:10 (GMT +4)
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb

24 Fevral 2020, 16:57 (GMT +4)
BBC News: "Brexit" səbəbiylə İngiltərə vətəndaşlarının pasportunun rəngi dəyişəcək

24 Fevral 2020, 16:43 (GMT +4)
Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

24 Fevral 2020, 16:36 (GMT +4)
İraqda İŞİD liderinə yaxın 3 terrorçu məhv edilib, yeddisi ələ keçib

24 Fevral 2020, 16:35 (GMT +4)
İrandan Azərbaycana gələn iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib

24 Fevral 2020, 16:29 (GMT +4)
Azərbaycan universitetlərinin sərgisi keçirilib

24 Fevral 2020, 16:23 (GMT +4)
Artur Rasizadə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

24 Fevral 2020, 16:19 (GMT +4)
Assanj ABŞ-a ekstradisiyası ilə bağlı iclas üçün London məhkəməsinə gəlib

24 Fevral 2020, 16:11 (GMT +4)
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 Fevral 2020, 15:59 (GMT +4)
Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

24 Fevral 2020, 15:58 (GMT +4)
Texasda baş verən atəşma nəticəsində 7 nəfər xəsarət alıb

24 Fevral 2020, 15:40 (GMT +4)
Tramp ABŞ-ın Hindistana 3 milyard dollar dəyərində hərbi vertolyot və avadanlıq verəcəyini açıqlayıb

24 Fevral 2020, 15:29 (GMT +4)
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar (RƏSMİ)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66