Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əczaçılıq kimyası üzrə yeni dərslik çap edilib

16 Oktyabr 2018, 15:10 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNewsYeni 2018/2019-cu tədris ilinin əvvəlində Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən Azərbaycan dilində yeni dərslik çap olunub.

Bu barədə SalamNews-a ATU-nun əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov məlumat verib.

T.Süleymanovun sözlərinə görə, əczaçılıq kimyası üzrə əsas dərs vəsaiti son dəfə 1979-cu ildə hazırlanıb. Hafiz Əliyevin müəllifi olduğu bu dərslik təxminən 40 il ərzində istifadədə olub: “Lakin bu kitab kiril əlifbası ilə çap olunmuşdu. Yeni nəsil tələbələr və əcnəbi tələbələrimiz kiril əlifbasını bilmədiyi üçün bu dərslikdən istifadədə əziyyət çəkirdilər”.

Kafedra müdiri bildirir ki, dərsliyin nəşrindən 40 il keçdiyinə görə, yeni vəsaitin hazırlanması zamanı bir çox nüanslara diqqət verilib: “Bu illər ərzində bir çox dərman preparatları dəyişdirilib, mütəmadi olaraq yeni dərman vəsaitləri istifadəyə verilib, avadanlıqlar müasirləşib və s. Buna görə də son 4 ildir biz bu kitab üzərində çalışırıq”.

Artıq əczaçılıq kimyası üzrə dərsliyin I hissəsi dərc olunub ki, burada əczaçılıq kimyasının ümumi problemlərinə daha çox üstünlük verilib. Dərman vasitələrinin təsnifatı, alınması qaydaları, yeni dərman maddələrinin yaradılma yolları, yeni dərman maddələrinin istiqamətləri, həmçinin müasir analiz üsulları, dərman maddələrinin metobolizmi kimi müasir mövzular əks olunub.

Kitabda hər bir dərman maddəsinin ümumi xüsusiyyətləri, alınma üsulları, keyfiyyətinə nəzarət üsulları, tibb təcrübəsində istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib. Dərslik Azərbaycan dilindədir.

Qeyd edək ki, əczaçılıq kimyası üzrə rus dilində də dərsliklər mövcuddur. İngilisdilli tələbələr üçünsə Azərbaycan dilində olan mühazirə materialları tərcümə edilərək elektron formada sayta yerləşdirilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Yanvar 2021, 15:10 (GMT +4)
Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb

18 Yanvar 2021, 15:00 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

18 Yanvar 2021, 14:50 (GMT +4)
Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)

18 Yanvar 2021, 14:50 (GMT +4)
Türkiyə müdafiə naziri İraqa elan edilməmiş səfərə yollanıb

18 Yanvar 2021, 14:40 (GMT +4)
Yanvarın 20-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Yanvar 2021, 14:25 (GMT +4)
“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

18 Yanvar 2021, 14:14 (GMT +4)
Braziliya iki COVID-19 peyvəndinin istifadəsinə icazə verib

18 Yanvar 2021, 14:00 (GMT +4)
Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb

18 Yanvar 2021, 13:58 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 66 mini keçib

18 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Yanvar 2021, 13:40 (GMT +4)
İran Azərbaycanla sərhəddə yerləşən Hirkan meşələrində yanğına görə helikopterlər cəlb edib (VİDEO)

18 Yanvar 2021, 13:30 (GMT +4)
Nazir müavini: 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib

18 Yanvar 2021, 13:27 (GMT +4)
Amsterdamdakı etiraz aksiyasında 100-dən çox insan saxlanılıb

18 Yanvar 2021, 13:15 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

18 Yanvar 2021, 13:01 (GMT +4)
MN Füzuli rayonunun Merdinli kəndindən videogörüntülər yayıb

18 Yanvar 2021, 12:58 (GMT +4)
ABŞ-da 15 min Milli Qvardiya döyüşçüsü Baydenin andiçmə mərasimi üçün Vaşinqtona gətirilib

18 Yanvar 2021, 12:52 (GMT +4)
Bakıda piyadanı avtomobil vurub

18 Yanvar 2021, 12:43 (GMT +4)
İsrail yenidən Qəzzaya hava zərbələri endirib (FOTO)

18 Yanvar 2021, 12:40 (GMT +4)
Şəhid ailələrinin mənzillə təminatı üçün yeni proqram hazırlanıb

18 Yanvar 2021, 12:30 (GMT +4)
Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO)

18 Yanvar 2021, 12:20 (GMT +4)
Gürcüstanda son sutkada 110 yeni koronavirusa yoluxma aşkar edilib 

18 Yanvar 2021, 12:12 (GMT +4)
MN Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb

18 Yanvar 2021, 12:01 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

18 Yanvar 2021, 11:53 (GMT +4)
Rusiya birgə qurulmuş postların gücləndirilməsi üçün Suriyaya 300 hərbçi göndərib

18 Yanvar 2021, 11:43 (GMT +4)
Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin ödənilməsinə başlanılıb

18 Yanvar 2021, 11:33 (GMT +4)
Fransada son sutkada 16 mindən çox koronavirusa yoluxma aşkar edilib

18 Yanvar 2021, 11:23 (GMT +4)
İran ABŞ-ın regiona strateji B-52 bombardmançı təyyarələr göndərməsinə münasibət bildirib

18 Yanvar 2021, 11:22 (GMT +4)
Caspian Energy Club Qara Dəniz nümayəndəliyin yaradacaq

18 Yanvar 2021, 11:12 (GMT +4)
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

18 Yanvar 2021, 11:02 (GMT +4)
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66