Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ASAN Radioda “DOST məsləhəti” adlı verilişi yayımlanacaq

17 Oktyabr 2018, 12:50 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNewsƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Radio birgə yeni layihəyə start verir. İki qurumun əməkdaşlığı çərçivəsində 100 FM-də “DOST məsləhəti” verilişi efirdə olacaq.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, verilişin adının “DOST məsləhəti” seçilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və mərkəzləri yaradılır. Məqsəd verilişdə bu mərkəzlərin fəaliyyəti barədə əhalinin, xüsusilə həssas qrupların maarifləndirilməsidir.

ASAN Radionun efirində yayımlanacaq “DOST məsləhəti”ndə

- Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı fərman və sərəncamlarından irəli gələn məsələlər,

- Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar;

- Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları;

- Sosial təminat növləri, onların təyini və ödənilməsi qaydaları;

- Dövlət məşğulluq xidmətləri, aktiv əmək bazarı proqramları, kiçik ailə biznesinin qurulmasında özünüməşğulluq proqramının açdığı imkanlar;

- Əmək hüquqları, bu hüquqların müdafiəsi yönündə aparılan işlər;

- Sığorta-pensiya sistemi, pensiya təminatı sahəsində aparılan islahatlar;

- Sosial xidmətlər və onların əhatə etdiyi kateqoriyalar və s. barədə söhbət açılacaq.

Verilişdə dinləyici sualları da cavablandırılacaq. (Şəhər telefonlarından 012-56-56-100, WhatsApp 070-65-56-100).

“DOST məsləhəti” verilişini hər həftənin bazar ertəsi saat 19.05-də ASAN Radioda dinləyə bilərsiniz. Verilişin aparıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur.

Verilişin ilk buraxılışı oktyabrın 22-si, saat 19:05-də efirdə olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Yanvar 2021, 18:00 (GMT +4)
AZAL: Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀

26 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

26 Yanvar 2021, 17:41 (GMT +4)
Səudiyyə Ərəbistanın havadan müdafiə sistemləri paytaxt səmasında bir obyekti vurub

26 Yanvar 2021, 17:40 (GMT +4)
ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib

26 Yanvar 2021, 17:36 (GMT +4)
Silsilə oğurluqlar edən şəxs ifşa olunub

26 Yanvar 2021, 17:27 (GMT +4)
Çində son sutkada 139 koronavirusa yoluxma aşkar edilib

26 Yanvar 2021, 17:25 (GMT +4)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

26 Yanvar 2021, 17:15 (GMT +4)
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

26 Yanvar 2021, 17:11 (GMT +4)
Naxçıvanda bank hesablarının sayı 9% artıb

26 Yanvar 2021, 17:01 (GMT +4)
Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

26 Yanvar 2021, 16:56 (GMT +4)
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir

26 Yanvar 2021, 16:45 (GMT +4)
Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli

26 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

26 Yanvar 2021, 16:33 (GMT +4)
Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Yanvar 2021, 16:28 (GMT +4)
İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)

26 Yanvar 2021, 16:23 (GMT +4)
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

26 Yanvar 2021, 16:20 (GMT +4)
CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 

26 Yanvar 2021, 16:12 (GMT +4)
Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

26 Yanvar 2021, 15:56 (GMT +4)
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib

26 Yanvar 2021, 15:48 (GMT +4)
Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

26 Yanvar 2021, 15:38 (GMT +4)
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

26 Yanvar 2021, 15:27 (GMT +4)
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

26 Yanvar 2021, 15:15 (GMT +4)
Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

26 Yanvar 2021, 15:14 (GMT +4)
ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb

26 Yanvar 2021, 15:06 (GMT +4)
Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66