Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ADRA xaricdən ölkəyə yeni reklam qurğuları gətirir

17 Oktyabr 2018, 14:02 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. Son dövrlər ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Bunu, eləcə də digər amilləri nəzərə alaraq, ölkə üzrə istifadəyə yararsız reklam qurğularının yenilənməsi zərurəti yaranıb. Dövlət Reklam Agentliyi beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarının ölkəyə gətirilməsinə qərar verib.

Bu barədə SalamNews-a Agentlikdən məlumat verilib.

Məlumatda deyilir: "Təəssüf ki, indiyədək bu işi görməli olan reklam operatorları mövcud sahədə kifayət qədər iş görməyiblər. Nəticədə istifadədə olan bəzi reklam qurğuları yol hərəkəti iştirakçılarına maneçilik yaratmaq, təhlükəsizlik tələblərinə cavab verməməklə yanaşı, şəhərin estetik görünüşünə də xələl gətirib. Bu səbəbdən reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında innovativ texnologiyalı daşıyıcıların Azərbaycana gətirilməsi qərara alınıb. Yeni reklam daşıyıcıları Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Görünüşcə daha cəlbedici olan yeni qurğular sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır".

Hazırda Bakıda 1000-dən çox ayrıca dayaqlı reklam daşıyıcısı var və onların mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Bu proses davam etdiriləcək, paytaxtla yanaşı, ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2020, 10:23 (GMT +4)
Emmanuel Makron Qüdsdə İsrail polisi ilə mübahisə edib (VİDEO)

23 Yanvar 2020, 10:13 (GMT +4)
Suriya Ordusu İdlibdə radikal qruplaşmaların hücumu nəticəsində 8 əsgərini itirib

23 Yanvar 2020, 10:05 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

23 Yanvar 2020, 09:54 (GMT +4)
Makron Ramallahda Mahmud Abbasla görüşüb, Fələstin dövlətinin tanınması müzakirə edilib

23 Yanvar 2020, 09:44 (GMT +4)
Kanada məhkəməsi "Volkswagen"i külli miqdarda cərimələyib

23 Yanvar 2020, 09:27 (GMT +4)
Azərbaycan Prezidenti Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib

23 Yanvar 2020, 09:17 (GMT +4)
İraq prezidentinin Trampla görüşdüyünə görə bəzi rəsmilər istefa veriblər

23 Yanvar 2020, 09:16 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

23 Yanvar 2020, 09:01 (GMT +4)
Prezident Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib

22 Yanvar 2020, 18:10 (GMT +4)
İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

22 Yanvar 2020, 18:00 (GMT +4)
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb

22 Yanvar 2020, 17:54 (GMT +4)
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

22 Yanvar 2020, 17:50 (GMT +4)
Paraqvay prezidenti denge xəstəliyinə yoluxub

22 Yanvar 2020, 17:48 (GMT +4)
Səudiyyə Ərəbistanı İranla danışıqlara hazır olduğunu bildirib

22 Yanvar 2020, 17:48 (GMT +4)
Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

22 Yanvar 2020, 17:43 (GMT +4)
Azərbaycan və Monqolustan prezidentlərinin Davosda görüşü olub

22 Yanvar 2020, 17:33 (GMT +4)
Donald Tramp orta sinif insanlara vergi endirimləri söz verib

22 Yanvar 2020, 17:23 (GMT +4)
Netanyahu İordan vadisinin İsrailə əlavə edilməsi üçün ABŞ-dan «yaşıl işıq» gözləyir

22 Yanvar 2020, 17:23 (GMT +4)
Azərbaycanda ali məktəblərə qəbul imtahanların vaxtı açıqlanıb

22 Yanvar 2020, 17:13 (GMT +4)
Türkiyə Rusiyanı İdlibə dair öhdəliklərini yerinə yetirməyə çağırır

22 Yanvar 2020, 17:10 (GMT +4)
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 16:55 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

22 Yanvar 2020, 16:52 (GMT +4)
KİV: Zelenski Ukrayna rəhbərliyində ən az maaş alan məmurdur

22 Yanvar 2020, 16:34 (GMT +4)
"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66