Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi (RƏYLƏR və TƏKLİFLƏR)

24 Oktyabr 2018, 16:12 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews, K.Orxan. Gələn ildən icbari tibbi sığortanıniölkəmizdə daha geniş şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk olaraq pilot layihə Mingəçevir və Yevlax rayonlarında tətbiq edilib. Bu il həmçinin Ağdaş rayonu pilot rayonlar siyahısına daxil edilib. Hazırda həmin pilot ərazilərdə 370 mindən çox sakinə xidmət göstərilir. Növbəti illərdə isə icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində mərhələli şəkildə tətbiq edilməsi nəzərdə tutulur.

SalamNews icbari tibbi sığortanın tətbiqi ilə bağlı jurnalistlərin mövqeyini öyrənib.

"Azərbaycan qəzeti" Fərizə Əhmədova

"Düşünürəm ki, hazırda pilot layihə şəkilində həyata keçirilən icbari tibbi sığorta səhiyyə sistemimizin inkişafına töhfə verən bir amildir. Ölkə üzrə tam tətbiqindən sonra hər birimiz keyfiyyətli tibbi xidmətlə təmin oluna biləcəyik. Bir əmma var ki, bu bizdə alınacaq ya yox?! Qarşılaşa biləcəyimiz problem və nöqsanların qabaqcadan önlənməsi üçün insanlar arasında maarifləndirmə işləri mütləq aparılmalıdır. Savadlı, hüquqlarını bilən insan icbari tibbi sığortadan rahat şəkildə bəhrələnə biləcək, bəs ucqar kəndlərdə yaşayan, gün ərzində heç televizora baxmayan biri nə edəcək? Məncə, o insanların məlumatlandırılması mütləqdir. Çünki onların bu icbari tibbi sığortaya daha çox ehtiyacı var".

"Palitra" qəzeti Tural Tağıyev

Bildiyiniz kimi icbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılıb və bu tibbi xidmətlər modelinin ölkəmizdə də tətbiq edilməyə başlanılması müsbət addımdır. Çünki loru dildə desək bu tibbi xidmətlər modelinin sayəsində insanlarımız istənilən vaxt, əllərində maliyyənin olub-olmamasından asılı olmayaraq tibbi xidmətləri pulsuz əldə edəcəklər. Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistemin geniş tətbiq olunması özü ilə səhiyyə xidmətləri sahəsində bir sıra mühüm yeniliklər də gətirəcək. Düşünürəm ki, icbari tibbi sığorta sistemi daha çox adi vətəndaşların mənafeyinə yönəlib və onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin edilməsinə gətirib çıxaracaq. Qısa şəkildə desək xəstənin lazımsız müayinələrdən keçməsi, ona əlavə dərmanlar yazılması kimi hazırkı praktikada olan bəzi neqativ hallar da aradan qalxacaq.

Məncə icbari tibbi sığorta səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl formasıdır, modelin geniş tətbiqindən sonra bu işdə dövlətin də qazancı o olacaq ki, hər il səhiyyə sektoruna ayırdığı xərclər xeyli azalacaq.

"Kaspi" qəzeti Aygün Əziz

İcbari tibbi sığortanın ölkə ərazisində tətbiq edilməsinin tərəfdarıyam. Çünki bu sistem sadə vətəndaşlara sağlamlığı ilə bağlı rahatlıq gətirən sistemdir. İmkanı olmayan, pulu olmadığı üçün müayinələrdən keçə bilməyən vətəndaşlar üçün tibbi sğortanın həyata keçirilməsini vacib hesab edirəm. Həmçinin Pilot layihələrin nəticəsi də göstərdi ki, bunun Azərbaycanda tətbiqi mümkündür. Hətta ailə həkiminin formalaşdırılması çox yaxşıdır. Ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq. Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq. Həmçinin düşünürəm ki, insanlarda həkim qorxusunu aradan qaldıracaq. Çünki insanların əksəriyyəti xəstəlik ağırlaşdıqdan sonra həkimə müraciət edirlər. Bütün hallarda dünya təcrübəsi də göstərir ki, icbari tibbi sığortanın tətbiqi müsbətir və lazımlıdır.

"Azadinform" İnformasiya Agentliyi Samir Soltanov

Artıq bir çox ölkələrin səhiyyə sistemində icbari tibbi sığortadan geniş şəkildə istifadə edilir. Daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir. Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı məncə daha da genişləndirilməlidir. Təəssüflər olsun ki, icbari tibbi sığortası olmayanlar çoxluq təşkil edir. İnanıram ki gələcək zamanda bu problem tam həllini tapacaq. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Məncə, bu layihənin tətbiq edilməsi ilə vətəndaşın tibbi xərcləri müəyyən miqdarda azalacaq.

"İki Sahil" qəzeti Ceyhun Piriyev

Beynəlxalq təcrübəyə nəzər saldıqda, icbari tibbi sığortanın əhalinin sağlamlıqla bağlı xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkanverdiyi məlum olur. Ancaq düşünürəm ki, ölkəmizdə bunun həyata keçirilməsi üçün hələ bir müddət vaxt lazımdır. Bunun üçün, ilk növbədə,qeyri-rəsmi məşğulluğun tam aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi vacibdir. Qeyri-rəsmi məşğulluğun tam aradan qaldırılmadığı müddətdə, bu, icbari tibbi sığorta yığımlarının əsasənson statistikaya görə, sayı 1540,3 min nəfər olanmuzdla işləyənlərin, eyni zamanda, işəgötürənlərinhesabına formalaşdırılması deməkdir. Hərçənd ki, bu kateqoriyadan olanlar vergi ödəyicisidirlər ki, bu yolla dövlət büdcəsinə ödənilən vəsaitlər həm də ölkəmizin səhiyyə ilə bağlı xərclərinin qarşılanmasına sərf edilir. Digər tərəfdən icbari tibbi sığorta haqqının məbləğinin müəyyənləşdirilməsində sığorta riskləri də nəzərə alınmalıdır. Məsələn, 20-30 yaş arasında olan vətəndaşla yaşı 50-dən yuxarı olanın tibbi ehtiyacları kəskin fərqləndiyindən, icbari tibbi sığorta haqqında da fərq olmalıdır.

"İnterAz TV"  Səbuhi Vaqifoğlu

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrin əhatəsi daha da genişləndirilməlidir. Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödənilməsi müsbət addımdır. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maariflənmə işləri aparılır. Bu maariflənmə işləri daha da intensivləşsə fikrimcə yaxşı olar. Çünki, əhalidə cəmiyyətə tibbi sığortaya maraq oyatmaq lazımdır. Cəmiyyətimiz çoxu bu sahədə hələ də tam məlumatsızdır və ya dolğun məlumatı yoxdur. İnanırıq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sahədə mühüm işlər görəcək.

"Liderxeber.com" Elvin Əliyev

İcbari tibbi sığorta bütün ölkə boyu nə qədər tez tətbiq edilsə bir qədər yaxşıdır. Mən həmçini təklif edərdim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi jurnalisləri Mingəçevir və Yevlax rayonlarına media tur təşkil etsin. Çünki,pilot layihə kimi həmin rayonlarda tətbiq edilməsi cəmiyyət üçün də çox maraqlıdır. Həmçinin gələn il tətbiq ediləcək rayonlara da press-turların təşkil edilməsi bu sahədə maariflənmə işinin aparılmasına kömək ola bilər.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident: İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

İcbari tibbi sığortanın II mərhələdə tətbiqi iyulda həyata keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu dayandırıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

Müvəqqəti qeydiyyatı olan şəxslər icbari tibbi sığortadan necə yararlana bilər? (AÇIQLAMA)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi KİV-lərə müraciət edib

İcbari Tibbi Sığorta üzrə 242 nəfər dəyəri yüksək olan əməliyyatlardan yararlanıb

Azərbaycanda icbari tibbi sığorta sahəsində görülən son yeniliklər açıqlanıb

Culfada icbari tibbi sığorta tətbiq edilib, işçilərin maaşları artırılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 filialı fəaliyyətə başlayıb

Ekspert: İcbari tibbi sığortanın tətbiqi 2020-ci ilin ən böyük sosial islahatlarından biri olacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Azərbaycan müasir icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır

İcbari tibbi sığorta sistemində sahibkarların rolu müzakirə olunacaq

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin təqdimatı olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni ünvana köçüb

Dövlət Agentliyi: Bu islahatlar icbari tibbi sığorta sistemi ilə uzlaşdırılmalıdır

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq konfrans keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib (FOTO)

06 İyul 2020, 09:22 (GMT +4)
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06 İyul 2020, 09:18 (GMT +4)
Liviyada Türkiyə zabitlərinin olduğu bazaya aviazərbələr endirilib, ölənlər var (VİDEO)

06 İyul 2020, 09:11 (GMT +4)
Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının azaldığını açıqlayıb

06 İyul 2020, 09:00 (GMT +4)
Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatları aşkarlanıb

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66