Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika naziri Pərviz Şahbazov Çində bir sıra görüşlər keçirib

19 Oktyabr 2018, 10:43 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews, K.Orxan. Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol Energetika Nazirləri Konfransı” çərçivəsində bir sıra görüşlər keçirib.

Nazirdən SalamNews-a verilən məlumata görə, Pərviz Şahbazovu,ilk növbədə, Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının sədr müavini Liang Veiliang və Milli Enerji Administrasiyasının nazir müavini Li Fanrongun daxil olduğu nümayəndə heyəti qəbul edib. Energetika naziri Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünün reallaşmasına dəstək verən layihələri, ölkənin karbohidrogen ehtiyatları və elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının artırılması ilə bağlı planları barədə ətraflı məlumat verib. SOCAR-la Çin Milli Neft Şirkəti (CNPC) arasında geoloji kəşfiyyat üzrə bu yaxınlarda imzalanmış müqaviləni əməkdaşlıqda yeni istiqamət kimi dəyərləndirib.

Çin nümayəndə heyəti isə Azərbaycanın enerji və nəqliyyat sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirib. Bildirilib ki, bu layihələr “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq üçün güclü əsaslar yaradır və Çin Azərbaycan kimi belə geniş imkanlara malik ölkə ilə əməkdaşlığa böyük önəm verir. 

“Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik” İnstitutunun prezidenti Xie Qiuye ilə görüş zamanı isə Çin şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, xüsusilə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlığa maraq göstərmələri diqqətə çatdırılıb. Bu ölkənin Enerji Administrasiyasına və xaricdə fəaliyyət göstərən şirkətlərinə texniki dəstək verən İnstitutun bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətlərinə uyğun Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Adnan Aminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də müzakirə edilib. Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kangla görüşdə isə “Cənub Qaz Dəhlizi” layihələri, o cümlədən “Trans-Adriatik” (TAP) kəmərinin icra vəziyyəti, Avropa qaz bazarının şaxələndirilməsində rolu, eləcə də təşkilatla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.Beynəlxalq Qaz İttifaqının Azərbaycanla birgə tədbirlər keçirməsinin vacibliyi qeyd olunub.

Enerji Xartiyasının baş katibi Urban Rusnakla görüşdə Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində görüləcək işlər, konfransa hazırlıq prosesi, 2019-cu ildə keçiriləcək birgə tədbirlər və müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Pakistanın energetika naziri Ömər Əyyub Xanla da görüş olub.İki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığı və enerji sektorunda əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Ekoloji cəhətdən təmiz enerjidən istifadə üzrə ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Pərviz Şahbazov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib

Pərviz Şahbazov: BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır

Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

Energetika naziri Pərviz Şahbazov Rusiyaya gedib

Energetika naziri Pərviz Şahbazov Mərkəzi Azəri platformasında olub

23 ildə ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb - Pərviz Şahbazov

Pərviz Şahbazov: TANAP-la Türkiyəyə 1,8 milyard kubmetr təbii qaz göndərilib

Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir

Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub

Pərviz Şahbazov: STAR Neft Emalı Zavodu Türkiyəyə qoyulan investisiyanın bir hissəsidir

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb

Pərviz Şahbazov amerikalı həmkarı ilə görüşüb

Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək

Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi layihəsinin bütün komponentləri uğurla həyata keçirilir"

Azərbaycan və Qazaxıstan münasibətiləri inkişaf edir - Pərviz Şahbazov

Nazir Pərviz Şahbazov OPEC-in Vyana görüşündə iştirak edəcək

Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində çıxış edib

Pərviz Şahbazov Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

Pərviz Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə edib

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

14 Dekabr 2019, 13:00 (GMT +4)
Həmyerlimiz Tofiq Musayev dünyanın MMY üzrə ən nüfuzlu turnirində iştirak edir

14 Dekabr 2019, 12:57 (GMT +4)
Vanuatu sahillərində 5.9 bal gücündə zəlzələ baş verib

14 Dekabr 2019, 12:46 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66