Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Beynəlxalq Muzeylər Şurası: Xalça Muzeyi bütün standartlara cavab verir

19 Oktyabr 2018, 14:23 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews.  Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransına qatılan bir sıra xarici ölkələrin nümayəndələri ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüblər.

Beynəlxalq Muzeylər Şurasının Tarixi ev muzeyləri beynəlxalq komitəsinin prezidenti Elza Rodrigez bildirib ki, Azərbaycana səfər etmədən öncə ölkəmiz haqqında internet vasitəsilə müəyyən bilgilər əldə edib. Bakıda olduqdan məmnunluğunu deyən qonaq Azərbaycan Xalça Muzeyinə heyranlığını gizlətməyib: “Xalça Muzeyi bütün standartlara cavab verir. Ümumiyyətlə, gördüyüm qədər bütün muzeylər kifayət qədər yaxşıdır”, - deyə o, bildirib. Bakının eyni zamanda, bir sıra digər mədəni və tarixi məkanlarına da səfər etdiyini bildirən Elza Rodrigez şəhərimizi bəyəndiyini deyib. “İçəri Şəhəri və onun müasir memarlıqla qarşılığını çox sevdim. Digər ölkələrdə belə bir fərqliliyi tapmaq çox çətindir.

Bu, ruha çox yaxın, amma deyim ki, bir o qədər də fərqlidir”, - deyə o, qeyd edib. Azərbaycan ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin idarə heyətinin üzvü Kai Lobjakas deyib ki, Azərbaycan haqqında eşitmişdim və uşaqlıqdan böyüyəndə buraya gəlmək arzusunda idim. Gözləyirdim ki, müəyyən bir yaşa çatdıqda valideynlərim məni buraya gətuirəcəklər, amma bu baş vermədi, buna görə bu mənim Bakıya ilk səfərimdir. “Ancaq ölkənizi bir az xalça və qədim xalçaçılıq ənənələri, çayı, ənənələrinizin digər tərəfi kimi də tanıyırdım. Həm də, keçmiş prezidentinizin həyat yoldaşı akademik Zərifə Əliyeva vaxtilə Estoniyada təhsil alıb, o, həkim idi və Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti var. Estoniyada səhnələşdirilən bir pyesi və orada rol almış Kəbirlinski soyadlı bir aktyoru da xatırlayıram, amma pyesin adı yadımda deyil.

Bunlar Azərbaycanla bağlı ölkənizə gələnə qədər olan bildiklərim və xatirələrimdir”, - deyə o, əlavə edib. Bakıda söhbətləşdiyi insanların öz ölkələri haqqında danışdıqlarından riqqətə gəldiyini deyən qonaq deyib: “Ölkənizin insanları çox gözəl ünsiyyət qururlar, sahib olduqları ilə qürur duyurlar. Bu hissi mən danışdığım hər bir insanda hiss etdim, mənə elə gəlir ki, güclü identikliyiniz var”.

Kai Lobjakas Bakıda bir neçə ev-muzeylərində, o cümlədən Qara Qarayevin ev muzeyində və Xalça Muzeyində xoş təəssüratlar əldə etdiyini diqqətə çatdırıb. “Qara Qarayevin ev muzeyi məndə çox gözəl təəssürat yaratdı. Müasir ev muzeyinin necə təqdim olunmasının canlı bir nümunəsinə çevrildi. Eyni fikirlər Xalça Muzeyinə də aiddir, hətta daha yüksək dərəcədə. Cünki muzey daha böyükdür, fikrimcə, hər iki muzey gözəl nümünələrdir. Onlar irəliləyişin istiqamətini göstərir, buna görə çox şanslısınız!”, - qonaq vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-12-də keçirilən beynəlxalq konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Milli Xalça Muzeyi bu ilin birinci yarısını uğurla başa vurub (FOTO)

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Azərbaycan Xalça Muzeyi “Tarixə və ənənəyə toxunuş” layihəsinə start verir

Xalça müzeyində beynəlxalq simpozium keçirilib (FOTOLAR)

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb

Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

Xalça Muzeyinin direktoru Şirin Məlikovaya böyük etimad göstərilib

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Xalça Muzeyi ikinci dəfə “Mükəmməllik sertifikatı”na layiq görülüb

Baş İdarənin təşkilatçılığı ilə Xalça Muzeyinə ekskursiya təşkil olunub

İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiə günü qeyd olunub (FOTO)

Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66