Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib23 Oktyabr 2018, 18:08 (GMT +4) akı, 23 oktyabr, SalamNews. Beynəlxalq sularda da fəaliyyət göstərərək üçrəngli bayrağımızı öz gəmilərində şərəflə dalğalandıran, müxtəlif yerli və xarici partnyorlarla əməkdaşlıq edən, şanlı tarixinin 160 illinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyub.
Bundan sonra şirkət “ASCO” adı ilə fəaliyyət göstərəcək. Rebrendinq layihəsi yalnız adın dəyişdirilməsi ilə bitmir. Belə ki, layihə çərçivəsində şirkətin loqosu və rəsmi internet saytı da yenilənib.
Yenilənmiş loqotipdə dənizçilik ruhu ilə milli ruh vəhdət təşkil edir. Ciddilik, dəqiqlik, gücü təcəssüm etdirən loqotip qurumun abreviaturası formasında dizayn edilib. Abreviaturadakı “O” hərfi lövbər və xilasetmə dairəsinin simvolik qarşılaşdırılmasından əmələ gəlib.
Obrazlı qarşılaşdırılmadan yaranan hərf emblemdə dövlət rəmzi sayılan bayrağımızın rənglərindən istifadə olunması millilik baxımından da diqqəti loqotip üzərində cəmləyir. Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, qurumun iş prinsiplərində hərtərəflilik, çeviklik, pozitivlik, dəniz nəqliyyatı sahəsində sabit dəyərlər üzərində dayanıqlılıq prinsiplərini təcəssüm etdirir.
Simvolik olaraq lövbər və xilasetmə dairəsinin qarşılaşdırıldığı emblem özlüyündə etibarlılığın, tarazlılığın, stabilliyin, məqsədyönlülüyün ifadəsidir.
Modern və minimalistik xarakter daşıyan loqotip, həmçinin müasir dövrün dizayn tələblərini özündə əks etdirir. Tipoqrafik hissə stilistika baxımından axıcılığı ilə loqotipi tamamlayır.
|