Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

QDİƏT üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25 Oktyabr 2018, 17:36 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası bu gün öz işini nazirlər toplantısı ilə davam etdirib. 

SalamNews xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides, eləcə də, Rusiya, Ukrayna, Yunanıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib.

Toplantıda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. O, iştirakçıları salamlayaraq bildirib ki, iclas Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində keçirilir.
“Sədrlik dövründə bizim üçün prioritet regionda nəqliyyat qovşaqlarının inkişafı və regional əməkdaşlığın stimullaşdırılmasıdır”, - nazir qeyd edib.

Onun sözlərinə görə, təşkilat yarandığı gündən nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi və ticarət əlaqələrini stimullaşdıra bilən əsas istiqamət kimi müəyyənləşdirilib.

“QDİƏT çərçivəsində həyata keçirilən layihələr tərəflərin regionda yüksək inkişafa malik nəqliyyat infrastrukturu yaratmasına çalışmasını nümayiş etdirir. Biz təşkilat tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk”, - nazir vurğulayıb.
Ramin Quluzadə iclasda çıxışında Azərbaycan tərəfindən müvafiq sahədə həyata keçirilən işlərdən söz açıb.

“Azərbaycan Respublikası xarici investisiyalar, o cümlədən qeyri-enerji sahələrinə sərmayələr üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir. Nəqliyyat kompleksi infrastrukturunun inkişafı, ondan istifadənin sadələşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına yönələn nəqliyyat layihələrinə investisiya qoyuluşu xüsusi əhəmiyyət kəsb edir”, - o deyib.

Nazir, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan bir sıra irimiqyaslı regional nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır: “Məhz nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun iri tranzit və logistika mərkəzinə və vacib nəqliyyat qovşağına çevrilir”.

Bundan əlavə, nazir bildirib ki, Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının yaxşılaşdırılması üzrə geniş işlər davam etdirilir. Avtomobil nəqliyyatı sahəsində yük və sərnişin avtonəqliyyat parkının yenilənməsi, milli daşıyıcıların mövqeyinin və texniki təchizatının möhkəmləndirilməsi, beynəlxalq daşımaların təşkili metodlarının təkmilləşdirilməsi, rəqəmli taxoqrafların və “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı işlər görülür.

“Dəniz donanmasının yenilənməsi üzrə işlər mütəmadi olaraq həyata keçirilir. Xəzər dənizi regionunda multimodal daşımaların geniş tətbiqi, ümumilikdə dəniz daşımalarının sadələşdirilməsi və həcminin artırılması üçün yeni tanker və bərələr alınır”, - R.Quluzadə əlavə edib.

Nazir, həmçinin ötən ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Ələt azad iqtisadi zonasının yaradılması üzrə işlər haqqında danışıb.

R.Quluzadənin sözlərinə görə, bu layihələr və digərləri Qara dəniz və Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil bərə və dəmir yollarının yaradılmasına xidmət etməklə Azərbaycan Respublikasının mühüm nəqliyyat qovşağı kimi tranzit potensialını artırır.

“Nəqliyyat sahəsinin inkişafı iqtisadiyyatın digər sektorlarının inkişafına bilavasitə təsir göstərir, turizm imkanlarının artmasına xidmət edir. Hesab edirik ki, regionun nəqliyyat potensialından maksimum istifadə və yeni çağırışlara reaksiya üçün biz hamımız nəqliyyat əməliyyatlarını effektiv koordinasiya etməli, göstərilən xidmətlərin səviyyəsini artırmalı, innovasiyalar tətbiq etməli, rəqabətli mühiti inkişaf etdirməli, maneələri aradan qaldırmalı və tranziti sadələşdirməliyik”, - nazir deyib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə uğurlu işlərə imza atıb. Eyni zamanda, digər ölkələrin nəqliyyat sahəsində təşkilatla əlaqələrinin inkişafına dəstək olub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan bildirib ki, Bakı-Tbilisi Qars dəmiryolu xətti qitələri birləşdirməklə yanaşı, Qara dəniz bölgəsinin Avropa və Asiya nəqliyyat şəbəkələri üçün də dəhliz rolunu oynayır.

Daha sonra nümayəndə heyətlərinin başçıları, müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələrinin bəyanatları dinlənilib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf prespektivləri və digər məsələlər müzakirə olunub.
Məlumat üçün bildirək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyası Bakıda keçiriləcək

Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib

Elmar Məmmədyarov: "QDİƏT iclası mövcud əməkdaşlıq səviyyəsini müzakirə etməyə imkan yaradacaq

QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsi QDİƏT sammitində müzakirə olunacaq

Ermənistan Bakıda keçiriləcək QDİƏT Nazirlər Şurasının iclasında təmsil olunacaq

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçib

QDİƏT nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

QDİƏT-də sədrlik Azərbaycana keçib

UNEC-in tələbəsi QDİƏT-in keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub

MŞ sədri QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının sessiyasında çıxış edib

AMŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edəcək

Əflatun Amaşov QDİƏTPM-in İstanbulda keçirilən sessiyasında çıxış edib

Ərdoğan QDİƏT toplantısında Azərbaycan əleyhinə danışan Ermənistan nümayəndəsini tənqid edib

Ərdoğan: QDİƏT problemlərin həllində effektiv bir vasitəyə çevrilməlidir

İstanbulda QDİƏT sammiti keçirilir

Dmitri Medvedev QDİƏT sammitində iştirak edəcək

Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib

Əflatun Amaşov QDİƏT-in Parlament Məclisinin Gürcüstandakı iclasında iştirak edəcək

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

11 Noyabr 2019, 16:33 (GMT +4)
Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:21 (GMT +4)
Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib

11 Noyabr 2019, 16:12 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

11 Noyabr 2019, 15:58 (GMT +4)
İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

11 Noyabr 2019, 15:48 (GMT +4)
Lavrov: Suriya ordusu ölkə ərazisini mümkün qədər tez tutmalıdır 

11 Noyabr 2019, 15:33 (GMT +4)
Bakıda pambıq daşıyan yük maşını yanıb

11 Noyabr 2019, 15:07 (GMT +4)
"Ağ dəbilqəlilər"in qurucusu İstanbulda ölü tapılıb

11 Noyabr 2019, 15:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirilib (FOTOLAR)

11 Noyabr 2019, 15:00 (GMT +4)
İsrail ilk dəfə olaraq Dubayda Expo-2020 beynəlxalq sərgisinə qatılacaq

11 Noyabr 2019, 14:51 (GMT +4)
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək

11 Noyabr 2019, 14:42 (GMT +4)
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

11 Noyabr 2019, 14:18 (GMT +4)
Ərdoğan Suriyada "Barış pınarı" əməliyyatının davamını istisna etməyib 

11 Noyabr 2019, 14:15 (GMT +4)
ABŞ İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib

11 Noyabr 2019, 13:57 (GMT +4)
Gəncədə valyutadəyişmə məntəqəsinin işçisinin öldürülməsi barədə rəsmi məlumat yayılıb

11 Noyabr 2019, 13:47 (GMT +4)
Süleyman Soylu: Türkiyə 11 noyabrdan İŞİD-çiləri Avropa ölkələrinə təhvil verməyə başlayacaq

11 Noyabr 2019, 13:38 (GMT +4)
Dövlət-Özəl Tərəfdaşlığı sahəsində AYİB nümayəndələri ilə müzakirələr aparılıb

11 Noyabr 2019, 13:17 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

11 Noyabr 2019, 13:15 (GMT +4)
İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb

11 Noyabr 2019, 13:14 (GMT +4)
"Uber" rəhbəri Kaşıkçının öldürülməsi ilə bağlı dediklərinə görə təəssüfləndiyini bildirib

11 Noyabr 2019, 12:58 (GMT +4)
İranda 53 milyard barel nefti olan yataq aşkarlanıb

11 Noyabr 2019, 12:51 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir - Rusiya XİN

11 Noyabr 2019, 12:36 (GMT +4)
"Əli (ə) ayağında" Nəsimi yad olunub

11 Noyabr 2019, 12:15 (GMT +4)
Moskvada qadın və iki uşağı doqquzuncu mərtəbənin pəncərəsindən yıxılıb

11 Noyabr 2019, 12:05 (GMT +4)
Bəşər Əsəd ölkəsində qarşıdurmanın başlama səbəbini açıqlayıb (VİDEO)

11 Noyabr 2019, 12:01 (GMT +4)
Səfir: Meksikada Azərbaycan məhsullarına çox böyük maraq var

11 Noyabr 2019, 11:33 (GMT +4)
Husilər İsraildə istənilən məkanı hədəfə almağa qadir olduqlarını bildiriblər

11 Noyabr 2019, 11:23 (GMT +4)
Azərbaycan səfiri Malayziyada diplomatik heyətin duayeni təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66