Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Afrika İttifaqının mənzil-qərargahında Bakının “Ekspo 2025” Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

26 Oktyabr 2018, 14:32 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Əddis Əbəbədə Afrika İttifaqının mənzil-qərargahında Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyinin, ölkəmizin Qoşulmama Hərəkatında (QH) qarşıdan gələn sədrliyinin prioritetləri və Azərbaycanın beynəlxalq inkişafa yardımı çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilib.

Ekspo 2025 Bakı əməliyyat katibliyindən SalamNews-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyinin irəli sürülməsinin inkişaf etməkdə olan dövlətlərin və xüsusilə, Afrika dövlətlərinin əsas problemlərinin həllində həmrəyliyin nümayiş etdirilməsi və insan kapitalının inkişafı, təhsil, sosial məsələlər kimi mövzuları əhatə edən tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədi daşıdığını qeyd etmişdir. Səfir E.Abdullayev “EXPO 2025” çərçivəsində ölkəmizin fəaliyyətinin BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uzlaşmasına yönəldiyini bildirmişdir.

Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyi dönəmində ölkəmizin Afrika və digər Cənub ölkələri üçün önəmli məsələlərin Hərəkatın gündəliyində əks olunmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Səfir E.Abdullayev əhalinin rifahının yaxşılaşdırılması sahəsindəki xidmətlərinə görə və Minilliyin İnkişafı Məqsədlərinin uğurlu tətbiqinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Cənub-Cənub Mükafatına layiq görüldüyünü qeyd edərək, Cənub ölkələrinin nəhəng potensialının səmərəli istifadəsi üçün Azərbaycanın digər QH ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulamışdır.

Səfr E.Abdullayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv ölkələrə təhsil təqaüdlərinin ayrıldığını bildirərək, bu addımın Azərbaycan dövlətinin QH-yə və üzv dövlətlərə göstərilən diqqətin təzahürü olduğunu vurğulamışdır.

Tədbirdə əsas qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının Sədr müavini Tomas Kwesi Quartey Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində fəal iştirakını alqışlamış və Afrika ölkələrinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir. Sədr müavini QH-nin fəaliyyətinin ümumi məqsədlərə nail olunması istiqamətində qurulması üçün geniş potensialın olduğunu qeyd etmiş və Afrika İttifaqı Komissiyasının bu istiqamətdə Azərbaycan Respublikası ilə əməkdaşlığa hazır olduğunu bəyan etmişd vəAzərbaycanın QH-də sədrliyi dövründə bütün Afrika dövlətlərinin dəstəyinə arxalana biləcəyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə Milli Komissyasının Baş katibi, Xüsusi Tapşırıqlar üzrə səfir Elnur Sultanov Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyi ilə bağlı təqdimat etmişdir. Baş katib E.Sultanov Bakı şəhərinin namizədliyinin innovativlik, etibarlılıq və rəqabətlilik prinsiplərinə əsaslanaraq, xalqların və mədəniyyətlərin inkişaf məqsədlərinə uyğun olan “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzunu əhatə edən vacib layihə olduğunu qeyd etmişdir. Bu məqsədlə, Baş katib E.Sultanov ölkəmiz tərəfindən təqdim olunan üç önəmli “istedadlıq, həyatilik, nailiyyət” kimi alt-mövzuların hərtərəfli inkişafa yönəlmiş dialoqa çağırış məqsədi daşıdığını diqqətə çatdıraraq, EXPO-nun ictimai və özəl sektorlar arasında səmərəli və güclü tərəfdaşlığın qurulmasına xidmət etməli olduğunu bildirmişdir. Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasından Ümumdünya Sərgisinə yeganə namizəd olduğunu və ölkəmizin qalib olması qlobal səviyyədə inkişaf etməkdə olan ölkələrin birliyinin güclənməsi və maraqlarının təşviq edilməsinə səbəb olacağı qeyd edilmişdir. Bu baxımdan, Bakı şəhərinin namizədliyinin inkişaf etməkdə olan, o cümlədən də Afrika ölkələrinin də maraqlarına tam cavab verdiyi nəzərə çatdırılmışdır.

Daha sonra Beynəlxalq Təhlükəsizlik idarəsinin rəis müavini Yalçın Rəfiyev Azərbaycan Respublikasının QH çərçivəsində qarşıdan gələn sədrliyinin prioritetlərini geniş təqdim edərək, QH-nin beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi üçün  ölkəmiz tərəfindən Hərəkatın konseptual əsasını təşkil edən və özündə ərazi bütövlüyü və suverenliyə hörmət kimi beynəlxalq hüququn ümdə prinsiplərini əks etdirən Bandunq Prinsiplərinin təşviq edilməsi, Hərəkat daxilində həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq çağırışlara qarşı mübarizədə səmərəliliyn artırılması kimi istiqamətlər üzərində fəaliyyətin qurulacağını bidlirmişdir.

Y.Rəfiyev   Azərbaycanın Hərəkata sədrliyi dövründə Afrika ölkələrinin problemlərinin Qoşulmama Hərəkatının gündəliyinə daxil edilməsi istiqamətində səylər göstəriləcəyi, Afrika ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən mövzuların, xüsusilə dayanıqlı inkişaf mövzusuna diqqət ayırılacağı, Afrika İttifaqı və qitənin digər nüfuzlu qurumları ilə dialoq mexanizmlərinin yaradılmasının nəzərdən keçiriləcəyini qeyd etmişdir.

Mərasimdə Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım fəaliyyətini təqdim edən AİDA-nın rəis müavini A.Ağazadə ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi, beynəlxalq inkişafa töhfə verilməsi olduğunu qeyd etmiş və inkişaf etməkdə olan ölkələr üçün təqaüd proqramlarının ayrılması, humanitar və texniki yardım layihələrin həyata keçirilməsi, yoxsulluqla mübarizə istiqamətində görülmüş işlərdən danışmışdır. Daha sonra həmin idarənin üçüncü katibi E.Kərimov AİDA-nın fəaliyyətini əks etdirən slaydları təqdim etmiş və humanitar fəaliyyət barədə ətraflı məlumat vermişdir.

Təqdimat mərasiminin sonunda Səfir E.Abdullayev Afrika İttifaqının Komissiyasının rəhbərliyinə və digər qonaqlara iştiraka görə təşəkkür edərək, diplomatik korpusun tədbiridə fəal iştirakını Afrika dövlətlərinin ölkəmizlə münasibətlərinə, QH çərçivəsində əməkdaşlığa verilən dəyərin göstəricisi olduğunu bildirmişdir. Tədbirin ikinci hissəsində efiopiyalı müğənnin ifasında Afrika musiqiləri canlı ifa edilmiş və ölkəmizə aid tanıtım videoları nümayiş etdirilmiş, iştirakçılara ziyafət verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Facebook Afrika qitəsi boyunca sualtı kabel çəkəcək

Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyi hədəfləyirik - Ərdoğan

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

Tanınmış yazıçı Afrikada öz əsərinin qəhrəmanları ilə görüşəcək

Afrikada yerləşən Qabon Respublikasında çevriliş baş verib (VİDEO)

Bin-Salmanın səfərinə görə Şimali Afrika dövlətlərində kütləvi etirazlar keçirilib (FOTO)

“ASAN xidmət” təcrübəsi “Afrika şəhərlərinin 8-ci Forumu”nda təqdim edilib

Mərkəzi Afrika Respublikasında qarşıdurmalarda  37 nəfər ölüb

Afrika ölkələrində Aşura mərasimləri keçirilib (VİDEO)

Afrika ölkələri 2043-cü il üçün vahid valyutaya keçməyi planlaşdırır

Afrikada öldürülən jurnalistlərdən birinin Orxan Camal olduğu məlum olub

Afrika İttifaqı ilə enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub

İƏT Gənclər Forumu Şimali Afrika regionu üzrə beynəlxalq məşvərət iclası keçirib

Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək

ABŞ dövlət katibi Afrika ölkələrinə səfər edəcək

İtaliyada afrikalı mühacirlərə atəş açan şəxs həbs edilib

Afrikadakı mədəndə böyüklüyünə görə dünyanın ən iri beşinci almazı tapılıb

Elmar Məmmədyarov BMT-nin Afrika üzrə rəsmisi ilə görüşüb 

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub

Pan-Afrika Parlamentinin prezidenti ADA Universiteti ilə tanış olub

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12